Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə38/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   34   35   36   37   38   39   40   41   ...   209

102        

VACİB QÜSLLƏR 

 

Məsələ  375: İrtimasi qüsldən sonra bədənin bir miqdarına  su 

dəymədiyini bilərsə, istər onun yerini bilsin, istərsə də bilməsin, 

yenidən qüsl etməlidir. 

Məsələ  376:  Əgər  tərtibi  qüsl  etməyə  vaxtı  olmasa,  irtimasi 

qüsl üçün vaxtı varsa, irtimasi qüsl etməlidir. 



Məsələ  377: Vacib oruc tutan,  yaxud Həcc və  ya Ömrə üçün 

ehram  bağlayan  bir  şəxs  irtimasi  qüsl  edə  bilməz.  Amma 

unutqanlığ üzündən irtimasi qüsl etsə səhihdir. 

QÜSLÜN HÖKMLƏRİ 

Məsələ  378:  İrtimasi  və  ya  tərtibi  qüsldə,  bədənin  qüsldən 

qabaq  tamamilə  pak  olması  lazım  deyil,  qüsl  niyyəti  ilə  suya 

batmaqla, yaxud axar suyu bədənə tökməklə bədən pak olsa, qüsl 

gerçəkləşmiş olur.  



Məsələ  379:  Haramla  cünub  olmuş  şəxs  isti  su  ilə  qüsl  etsə, 

hətta  tərləsə  belə,  onun  qüslü  səhihdir.  Ehtiyat-müstəhəb  budur 

ki, soyuq su ilə qüsl etsin. 

Məsələ  380:  Qüsl  edərkən  bədəndə  başın  bir  tükü  qədər 

yuyulmamış yer qalsa, qüsl batildir. Amma qulağın, burunun içi 

kimi bədənin iç hissəsi sayılan yerin yuyulması vacib deyil. 

Məsələ  381:  Bədənin  zahirindən  və  ya  batinindən  olmasında 

şəkk edilən yer, ehtiyat-vacibə əsasən yuyulmalıdır. 



Məsələ  382:  Əgər  sırğanın  dəliyi  və  s.  kimi  yerlər  çox  geniş 

olub  daxili  görünsə  və  bədənin  zahiri  hesab  olunsa,  gərək  onu 

yusun. Əks halda yuyulması lazım deyildir. 

Məsələ 383: Suyun bədənə çatmasına mane olan şeylər gərək 

aradan  qaldırılsın.  Əgər  aradan  qaldırılmasına  yəqin  hasil 

etmədən qüsl etsə, qüslü batildir. 

Məsələ  384:  Əgər  qüsl  edən  vaxt,  bədənində  suyun  bədənə 

çatmasına mane olan bir şeyin olub-olmamasında şəkk etsə, 299-

cu məsələdə qeyd olunduğu kimi, maneənin olmamasına əminlik 

hasil etmək üçün, gərək axtarış aparsın. 




İzahlı şəriət hökmləri

       103 

 

Məsələ  385:  Qüsldə bədənin hissələrindən sayılan qısa tüklər 

yuyulmalıdır,ehtiyat-vacibə əsasən uzun tüklər və onların dibini 

də yumaq lazımdır. 

Məsələ 386: Dəstəmazın səhih olmasında qeyd olunan şərtlər, 

suyun  pak  olması,  qəsbi  olmaması  və  s.  bütünlüklə  qüslün  də 

səhih  olması  üçün  şərtdir.  Amma  qüsldə  bədənin  yuxarıdan 

aşağıya  doğru  yuyulması  lazım  deyil.  Həmçinin  tərtibi  qüsldə, 

bədənin  bir  hissəsini  yuduqdan  sonra,  dərhal  digər  üzvü  yumaq 

lazım  deyildir.  Belə  ki,  baş  və  boyunu  yuduqdan  sonra  bir 

müddət  səbr  edərək  sonra  sağ  tərəfi  və  bir  müddət  sonra  sol 

tərəfi  yumağın  eybi  yoxdur.  Amma  sidik  və  ya  ğaitinin 

gəlməsinin  qarşısını  ala  bilməyən  şəxs,  əgər  qüsl  edib,  namaz 

qıla biləcəyi bir müddət ərzində ondan ğait və ya sidik gəlməsə, 

gərək  dərhal  qüsl  etsin  və  qüsldən  dərhal  sonra  namazı  qılsın. 

İstihazəli qadının hökmü də belədir, sonradan deyiləcək. 



Məsələ  387:  Hamamçının  razı  olub-olmadığını  bilmədən 

hamamda  nisyə  yuyunmaq  niyyətində  olan  şəxsin  qüslü, 

sonradan hamamçını razı salsa belə, batildir. 

Məsələ 388: Hamamçının pulun nisyə verilməsinə razı olduğu 

təqdirdə,  qüsl  edən  şəxsin  məqsədi,  onun  pulunu  ödəməmək  və 

ya haram puldan ödəmək olarsa, qüslü batildir. 

Məsələ  389: Əgər xümsü verilməmiş pulu  hamamçıya versə, 

harama  düşməsinə  baxmayaraq,  onun  qüslü  səhihdir  və  xümsə 

müstəhəqqlərin haqqı onun boynunda qalır. 

Məsələ  390:  Əgər qaitin məxrəcini hamamın ambarının suyu 

ilə  paklayıb  sonra,  qüsldən  qabaq  hamamın  suyundan  pakladığı 

üçün  hamamçının  onun  qüsl  etməsinə  razı  olub-olmamasında 

şəkk  etsə,  onun  qüslü  batildir.  Amma,  qüsl  almamışdan  qabaq 

hamamçını razı etsə, batil olmaz.  

Məsələ  391:  Qüsl  edib-etmədiyində  şəkk  edən  şəxs,  qüsl 

etməlidir.  Amma  qüsldən  sonra  etdiyi  qüslün  səhih  olub-

olmadığında şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil. 



104        

VACİB QÜSLLƏR 

 

Məsələ  392:  Əgər  qüsl  əsnasında  kiçik  hədəs  baş  versə, 

məsələn,  bövl  etsə,  ehtiyat-vacib  budur  ki,  qüslü  tamamlayıb 

yenidən  qüsl  etsin  və  dəstəmaz  da  alsın.  Yaxud  qüslü  tərk  etsin 

yenidən qüsl edib dəstəmazda alsın. 



Məsələ  393:  Əgər  qüsl  və  namaz  üçün  lazımi  qədər  vaxtın 

olduğunu güman edib, namaz üçün qüsl etsə, əgər qüsldən sonra 

bir rəkət ya çox vaxt qalsa qüslü səhihdir. Bundan başqa hallarda 

da qüslün səhih olmasına hökm olunur. 



Məsələ 394: Cünub olan şəxs qusl edib-etməməsi barədə şəkk 

etsə,əgər  ehtimal  verə  ki,  namazın  başlayan  vaxt  ona  diqqət 

edibsə, qıldığı namazlar səhihdir. Amma gərək sonrakı namazlar 

üçün  qusl  alsın.  Əgər  namazdan  sonra  kiçik  hədəs  baş  versə 

dəstəmaz alması lazım deyil. 

Məsələ 395: Boynunda bir neçə vacibi qüsl olan bir şəxs həm 

onların hamısını niyyət edərək bir qüsl ala bilər, həm də onların 

hər biri üçün ayrılıqda qüsl ala bilər.  

Məsələ  396:  Cünub  olan  bir  şəxsin  bədəninin  müəyyən 

yerində  Quran  ayəsi  və  ya  Allah-təalanın  adı  yazılmış  olsa, 

ehtiyat-müstəhəbə  görə  onu  aradan  qaldırsın,  əgər  mümkün 

olmasa  qüsl  və  dəstəmazı  irtimasi  yerinə  yetirsin.  Əgər  qüsl  və 

dəstəmazı  tərtibi  yerinə  yetirmək  istəsə  gərək  suyu  bədənə  elə 

töksün ki, əli yazılara dəyməsin. 



Məsələ  397:  Cənabət  qüslü  edən  şəxs  gərək  namaz  üçün 

dəstəmaz  almasın.  Digər  vacib  qüsüllər  və  hökmləri  651-ci 

məsələdə deyiləcək müstəhəb qüsüllər ilə də dəstəmazsız namaz 

qılmaq olar. Amma daha yaxşı olar dəstəmazda alınsın. 



QADINLARA MƏXSUS OLAN QÜSÜLLƏR 

İSTİHAZƏ 

Qadından  xaric  olan  qanlardan  biri  də  istihazə  qanıdır. 

İstihazə qanı görən qadına müstəhazə deyilir. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə