Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə41/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   37   38   39   40   41   42   43   44   ...   209

İzahlı şəriət hökmləri

       111 

 

istihazəsi əməllərini,  yerinə  yetirsin. Həmçinin əgər  mütəvəssitə 



istihazə qəliləyə çevrilsə, gərək birinci namaz üçün mütəvəssitə, 

sonrakı  namazlar  üçün  isə,  qəlilə  istihazəsi  əməllərini  yerinə 

yetirsin. 

Məsələ 432: Əgər istihazəli qadın, ona vacib olan əməllərdən 

hər  hansı  birini,  hətta  pambığı  dəyişməyi  tərk  etsə,  namazı 

batildir. 

Məsələ  433:  Ehtiyata  əsasən  istihazəli  olan  qadın,  ixtiyari 

halda  bədəninin  bir  yerini  Quranın  yazısına  toxundura  bilməz. 

Amma çarəsiz halda eybi  yoxdur. Amma ehtiyata  əsasən namaz 

üçün  olan  qüsl  və  ya  dəstəmaz  vəzifəsini,  Quranın  yazısına 

toxunmaq üçün yerinə yetirsin.  

Məsələ  434:  İstihazəli  qadın,  ona  vacib  olan  qüslləri  yerinə 

yetirdiyi təqdirdə, məscidə daxil olması, orada dayanması, vacib 

səcdəsi  olan  ayəni  oxuması  və  əri  ilə  yaxınlıq  etməsi,  hərçənd 

namaz  üçün  yerinə  yetirmiş  olduğu,  pambığı  və  parçanı 

dəyişdirmək  kimi  digər  işləri  yerinə  yetirməmiş  olsa  belə,  ona 

halal olur.  



Məsələ 435: Kəsirə və mütəvəssitə istihazəsi olan qadın, əgər 

namaz vaxtından əvvəl, vacib səcdəsi olan ayəni oxumaq və  ya 

məscidə getmək istəsə, ehtiyat-müstəhəb budur ki, qüsl etsin. Əri 

onunla yaxınlıq etmək istədiyi təqdirdə də, eyni hökmü daşıyır. 



Məsələ  436:  Ayət  namazı  istihazəli  qadına  vacibdir  və  gərək 

ayət namazı üçün də gündəlik namazlar üçün deyilən bütün işləri 

yerinə yetirsin. 

Məsələ  437:  Gündəlik  namazın  vaxtında,  istihazəli  qadına 

ayət namazı vacib olsa, hər ikisini ardıcıl yerinə yetirmək istəsə, 

hər ikisini bir qüsl və dəstəmazla qıla bilməz. 

Məsələ  438: Müstəhazə qadın qəza namazı qıla bilməz. Əgər 

ağıllı  insanların  nəzirində  olan  bir  ehtimal  versə  ki,  namazını 

təxirə  salsa  bir  daha  qıla  bilməyəcək  belə  olan  halda  qıla  bilər. 



112        

VACİB QÜSLLƏR 

 

Amma  hər  namaz  üçün  əda  namazında  vacib  olan  əməlləri 



yerinə yetirsin.  

Məsələ  439:  Əgər  qadın,  ondan  xaric  olan  qanın,  yara  və 

bəkarət  qanı  olmadığını  bilsə  və  şərən  də  heyz  və  nifas 

hökmündə deyilsə, gərək istihazə göstərişlərinə əməl etsin. Hətta 

əgər qanın istihazə qanı, yoxsa sair qanlar olduğunda şəkk etsə, 

bu  halda  sair  qanların  əlamətləri  olmasa,  gərək  istihazə 

əməllərini yerinə yetirirsin. 



HEYZ 

Heyz,  əksər  halda,  hər  ayda,  bir  neçə  gün  müddətində, 

qadınların bətnindən xaric olan bir qandır. Qadın heyz gördükdə 

haiz adlanır. 



Məsələ  440:  Heyz  qanı  əksər  hallarda  qəliz  və  istidir,  rəngi 

qara yaxud qırmızıdır. Təzyiqlə və yandırıcılıqla xaric olur. 



Məsələ  441:  Məşhur  nəzərə  əsasən  səyyid  olmayan  qadınlar 

əlli  yaşları  tamam  olandan  sonra  yaisə  olurlar.  Amma  ehtiyata 

əsasən  səyyid  olmayan  və  səyyid  olan  qadınlar  əlli  yaşından 

sonra altımış yaşının tamam olmasına qədər heyz əlamətləri olan 

və ya adət günlərində bir qan görsə haizə haram olan şeyləri tərk 

edib, istihazəliyə lazım olan işləri yerinə yetirməlidir. 



Məsələ  442:  Qızın (hicri-qəməri tarixilə) doqquz  yaşı tamam 

olmamışdan əvvəl və qadının yaisə olduqdan sonra gördüyü qan 

heyz deyildir. 

Məsələ 443: Hamilə və uşağa süd verən qadının heyz görməsi 

mümkündür. 



Məsələ  444:  Yaşının  doqquz  olub-olmadığını  bilməyən  bir 

qız,  əgər  heyzin  nişanələri  olmayan  qan  görsə,  heyz  deyildir. 

Əgər heyzin nişanələri olarsa, onun heyz olma hökmü, işkallıdır. 

Amma  əgər  onun  heyz  olduğuna  xatircəmlik  hasil  edərsə, 

heyzdir və bu təqdirdə, doqquz yaşını tamamladığı məlum olur. 



İzahlı şəriət hökmləri

       113 

 

Məsələ  445:  Yaisə  olub-olmamasında  şəkk  edən  qadın,  qan 

görsə  və  heyz  olub-olmamasını  bilməsə,  gərək  yaisə  olmaması 

qərarına gəlsin. 

Məsələ  446:  Heyzin  müddəti  üç  gündən  az,  on  gündən  çox 

olmur, əgər üç gündən azacıq az olsa, heyz deyildir. 



Məsələ  447:  Heyzin  əvvəlinci  üç  günü  ardıcıl  olmalıdır. 

Deməli, əgər  məsələn; iki gün qan görüb, bir gün pak  olursa və 

yenidən bir gün qan görürsə, heyz deyildir. 

Məsələ 448: Tamam üç gün ərzində qanın çölə gəlməsi lazım 

deyil; hətta əgər övrətinin daxilində qan olsa, kifayətdir. Üç gün 

müddətində müxtəsər olaraq pak olsa, (belə ki,) onun pak olduğu 

müddət “bütün üç gün ərzində övrətində qan olub” deyilsə, yenə 

də heyzdir. 

Məsələ  449:  Birinci  və  dördüncü  gecədə  qan  görməsi  lazım 

deyil.  Amma  ikinci  və  üçüncü  gecələrdə  qan  dayanmamalıdır. 

Deməli,  əgər  birinci  günün  sübh  azanından  üçüncü  günün 

qürubunadək  ardıcıl  olaraq  qan  gəlsə;  yaxud  birinci  günün 

ortalarında başlayıb dördüncü günün həmin vaxtında dayansa, üç 

gecə ki dörd günün içərisindədir qan dayanmasa, heyzdir. 



Məsələ  450:  Əgər  üç  gün  ardıcıl  olaraq  qan  görüb  sonra  pak 

olsa  və  yenidən  qan  görsə,  bu  halda  qan  gördüyü  və  arada  pak 

olduğu  günlər  üst-üstə  on  günü  keçməsə,  arada  pak  olduğu 

günlərdə də heyzdir. 



Məsələ  451:  Əgər  qadın,  müddəti  üç  gündən  artıq  və  on 

gündən az  olan qan görüb o qanın çiban və  ya  yara  yaxud heyz 

qanı olduğunu bilməsə, onu heyz qanı hesab etməməlidir. 

Məsələ  452:  Əgər  qadın  yara  yaxud  heyz  qanı  olduğunu 

bilmədiyi  bir  qan  görsə,  əvvəlki  halı  heyz  olmamışdırsa 

ibadətlərini yerinə yetirməlidir. 

Məsələ  453:  Əgər  qan  görüb  heyz,  yaxud  istihazə  olmasında 

şəkk etsə, bu halda heyzin şərtləri varsa, gərək heyz hesab etsin. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə