İzahlı şəriət hökmləri
117
Məsələ 476: Əgər namazın vaxtı daxil olsa və namazı təxirə
salsa, heyz olacağını bilsə, gərək dərhal namazını qılsın.
Məsələ 477: Əgər qadın, namazını təxirə salsa, namazın əvvəl
vaxtından bir namaz qılmaq miqdarında vaxt keçsə və sonra haiz
olsa, o namazın qəzası ona vacibdir. Amma namazın tez və ya
gec qılmasında və s. işlərdə gərək öz halına diqqət etsin;
məsələn: səfərə çıxan olmayan bir qadın, zöhrün əvvəlində
namazını qılmasa, onun qəzası o halda vacib olur ki, dörd rəkət
namaz qılmaq miqdarında zöhrün əvvəlindən vaxt keçsin və o
qadın da haiz olsun. Səfərdə olan qadın üçün isə iki rəkət namaz
qılmaq miqdarında vaxt kifayətdir. Hətta namazın müqəddimə
işlərinə hazır olduğu halda məsələn dəstəmazının olduğu halda
heyz olsa, əgər bir namaz qılmaq müddətində vaxtı olarsa gərək
onun qəzasını qılsın.
Məsələ 478: Əgər qadın namazın axır vaxtında qandan
paklansa, qüsl, dəstəmaz və namazın ibtidai işlərini görüb (paltar
hazırlamaq, yaxud onu suya çəkmək kimi) və bir rəkət və daha
artıq namaz qılmaq üçün vaxtı olsa, gərək namazı qılsın. Əgər
qılmasa, qəzasını yerinə yetirməlidir.
Məsələ 479: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək
qədər vaxtı olmasa, amma təyəmmüm ilə namazı vaxtında qıla
bilərsə, ehtiyat-vacib budur ki, o namazı təyəmmüm ilə qılsın.
Əgər təyəmmüm ilə qılmasa qəza etməlidir. Amma əgər vaxtın
darlığından digər bir səbəbə görə, vəzifəsi təyəmmüm etmək
olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o namazı
qılmalıdır.
Məsələ 480: Əgər qadın heyzdən pak olandan sonra, namaz
üçün vaxt olub-olmamasında şəkk etsə, gərək namazı qılsın.
Məsələ 481: Əgər namazın müqəddimatı işlərini hazırlayıb
bir rəkət namaz qılmaq üçün vaxt olmadığını güman edərək,
namaz qılmasa və sonradan vaxt olduğunu başa düşsə, gərək o
namazın qəzasını yerinə yetirsin.
118
VACİB QÜSLLƏR
Məsələ 482: Müstəhəbdir ki, heyzli qadın namaz vaxtında
qanlarını təmizləsin, pambığı və dəstmalı dəyişsin, dəstəmaz
alsın, əgər dəstəmaz ala bilmirsə təyəmmüm etsin və namaz
qıldığı yerdə üzü qibləyə oturub zikr, dua, salavat desin.
Məsələ 483: Quran oxumaq, Quranı özü ilə aparmaq, bədənin
hər hansı yerini onun yazılarının arasına vurmaq və həmçinin
həna və s. kimi şeylərlə rənglənmək, haiz qadına məkruhdur.
HAİZ QADINLARIN NÖVLƏRİ
Məsələ 484: Haiz qadınlar altı qismdir:
1-Vəqtiyyə və ədədiyyə adət sahibi olan qadın; o qadındır
ki, ardıcıl olaraq iki ayda, hər ayın müəyyən vaxtlarında heyz
görsün, heyz olduğu günlərin sayı da, hər iki ayda bir-birinə
bərabər olsun; məsələn: iki ay ardıcıl olaraq, hər birində, ayın
əvvəlindən yeddisinə qədər qan görsün.
2-Vəqtiyyə adət sahibi olan qadın; o qadındır ki, ardıcıl
olaraq, iki ayın müəyyən günlərində heyz qanı görsün. Amma
hər iki ayda heyz gördüyü günlərin sayı bir-birinə bərabər
olmasın; məsələn: ardıcıl olaraq iki ayda, hər ayın əvvəlindən
qan görsün. amma birinci ayda yeddinci gün, ikinci ayda isə
səkkizinci gün qandan paklansın.
3-Ədədiyyə adət sahibi olan qadın; o qadındır ki, heyz
günlərinin sayı, ardıcıl olan iki ayda, bərabər olsun, amma o iki
qanın görünmə vaxtı eyni olmasın; məsələn: birinci ayda, ayın
beşindən onuna qədər, ikinci ayda isə on ikisindən on
yeddisinədək qan görsün.
4-Müztəribə; o qadındır ki, bir neçə ayda qan görsün, amma
müəyyən bir adəti olmasın, yaxud adəti pozulusun və təzə bir
adət də tapmamış olsun.
5-Mübtədiə; o qadındır ki, ilk dəfə olaraq qan görsün.
6-Nasiyə; o qadındır ki, öz adətini unutmuş olsun.
İzahlı şəriət hökmləri
119
Bunların hər birinin özünə məxsus hökmləri vardır ki, gələcək
məsələlərdə deyiləcək.
1
-
VƏQTİYYƏ VƏ ƏDƏDİYYƏ ADƏT SAHİBLƏRİ OLAN
QADINLAR
Məsələ 485: Vəqtiyyə və ədədiyyə adəti olan qadınlar üç
qismdir:
1- İki ayda ardıcıl olaraq eyni vaxtda heyz qanı görüb, eyni
vaxtda da pak olanlar; məsələn: iki ayda, hər ayın birinci günü
qan görüb, yeddinci günü pak olsa, onun heyz adəti hər ayın
birindən yeddisinə qədərdir.
2- O qadınlardır ki, qandan pak olmur, amma iki ay ardıcıl
olaraq müəyyən günlərdə; məsələn: ayın əvvəlindən səkkizinə
qədər gördüyü qanda heyzin əlamətləri vardır. Yəni qəliz, qara
və istidir, təziqlə, yandırıcılıqla çölə çıxır. Onun qanının
qalanında isə istihazənin əlamətləri vardırsa, adəti ayın
əvvəlindən səkkizinə qədərdir.
3- O qadınlardır ki, iki ay ardıcıl olaraq müəyyən vaxtda heyz
qanı görsün və üç gün, yaxud daha artıq qan görüb, sonra bir və
ya bir neçə gün pak olsun və yenidən qan görsün. Bu halda qan
gördüyü günlərlə arada pak olduğu günlərin cəmi on gündən
keçməsə və iki ayda qan gördüyü günlərlə pak olduğu günlərin
sayı üst-üstə eyni olsa, belə qadının adəti, qan gördüyü günlərlə
arada pak olduğu günlərin cəminə bərabərdir. Arada pak olduğu
günlərin hər iki ayda sayı bərabər olması lazım deyil; məsələn:
əgər birinci ayda ayın birindən üçünə kimi qan görüb arada üç
gün pak olsa və yenidən üç gün qan görsə, ikinci ayda da yenə üç
gün qan görüb, sonra üç gündən artıq və ya az pak olsa və
yenidən qan görsə, üst-üstə doqquz gündən çox olmasa, bütün bu
günlərdə heyzdir və o qadının adəti, doqquz gündür.
Məsələ 486: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adəti
dövründə, yaxud iki-üç gün əvvəl, yaxud da sonra qan görsə, bu
Dostları ilə paylaş: |