120
VACİB QÜSLLƏR
halda “heyzi irəliyə düşmüşdür” və ya “təxirə düşmüşdür”
deyilsə, hətta bu qanda heyzin əlamətləri olmasa da, gərək haiz
qadın üçün deyilən hökmlərə əməl etsin. Əgər sonradan heyz
olmadığını başa düşsə, məsələn; üç gündən qabaq pak olarsa,
yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə yetirməlidir.
Məsələ 487: Vəqtiyyə və ədədiyyə adəti olan bir qadın, əgər
adətindən bir neçə gün qabaq başlayıb, bütün adət günlərində və
adət günlərindən bir neçə gün sonraya qədər qan görərsə, bu
müddət birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on
gündən artıq olarsa, yalnız öz adət günlərində gördüyü qan
heyzdir. Ondan qabaq və sonrakı günlərdə gördüyü qan isə
istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə
yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə
birlikdə bir neçə gün də adətindən qabaq qan görsə və hamısı
birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən
artıq olarsa, yalnız adət günləri heyzdir. Ondan qabaq gördüyü
qanlar istihazədir. Belə ki, əgər o günlərdə ibadətlərini yerinə
yetirməyibsə, gərək onları qəza etsin. Əgər bütün adət günləri ilə
birlikdə bir neçə gün adətindən sonra qan görsə və hamısı
birlikdə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən
artıq olarsa, adət günləri heyz, qalanı isə istihazədir.
Məsələ 488: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər bir
miqdar adət günlərində və ondan əvvəl bir neçə gün qan görsə və
üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən
artıq olsa, adət günlərində gördüyü qan, adətindən bir neçə gün
qabaq gördüyü qanın adəti miqdarına çatanı heyz, əvvəlki
günləri isə istihazə hesab edilməlidir. Əgər adət günlərindən bir
miqdarını və adətindən bir neçə gün sonra qan görsə və üst-üstə
on gündən çox olmasa, hamısı heyzdir; əgər on gündən artıq
olsa, adəti günlərində gördüyü qan ilə, sonrakı bir neçə gün
gördüyü qanın adət günlərinə çatdığı qədərini, gərək heyz hesab
etsin, qalanlarını isə istihazə hesab etməlidir.
İzahlı şəriət hökmləri
121
Məsələ 489: Adəti olan qadın üç gün, yaxud üç gündən daha
artıq qan görüb paklansa və yenidən qan görsə, bu iki qan
arasındakı zaman fasiləsi on gündən az olsa və qan gördüyü
günlərin hamısı, arada pak olduğu günlərlə birlikdə on gündən
artıq olsa; məsələn, beş gün qan görüb sonra beş gün pak olsa və
yenidən beş gün qan görsə, bu halda bunun bir neçə şəkli vardır:
1-Birinci dəfə gördüyü qanın hamısı, yaxud bir miqdarı adət
günlərində olsa və paklandıqdan sonra gördüyü ikinci qan adət
günlərində olmasa, gərək birinci dəfədəki qanın hamısını heyz,
ikinci dəfədəkini isə istihazə hesab etsin.
2-Birinci qan adət günlərində olmasa və ikinci qanın hamısı,
yaxud bir miqdarı adət dövrünə düşsə, gərək ikinci qanın hamısı
heyz, birinci isə istihazə hesab etsin.
3-Birinci və ikinci qanın bir miqdarı adət vaxtına düşsə, adət
vaxtına düşən birinci qan, üç gündən az olmasa və ortadakı
paklıq və adət dövründə olduğu ikinci qanın bir miqdarı, adət
günlərində olub, on gündən çox olmazsa, bu halda onların hamısı
heyzdir. Birinci qanın bir miqdarı, adət günlərindən əvvəl olsa və
ikinci qanın bir miqdarı, adət günlərindən sonra olsa, istihazədir;
məsələn: əgər qadının adəti, ayın üçündən onuna qədər olsa, bu
halda birinci ayın əvvəlindən altısınaqək qan görüb, iki gün
paklansa və sonra ayın on beşinə kimi qan görsə, üçündən onuna
qədər heyz, birindən üçünə və onundan on beşinə qədər
istihazədir.
4-Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa,
amma adət günlərində olan birinci qan, üç gündən az olsa, bu
halda gördüyü birinci və ikinci qanın hamısı və aradakı paklıq
müddətində, haiz qadına haram olan işləri (əvvəldə deyildiyi
kimi) gərək tərk etsin, istihazənin əməllərini yerinə yetirsin. Yəni
müstəhazə qadın üçün deyilən göstərişlərə uyğun olaraq öz
ibadətlərini yerinə yetirməlidir.
122
VACİB QÜSLLƏR
Məsələ 490: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət
vaxtında qan görməsə və ondan başqa vaxtda heyz günlərinin
sayında və heyzin nişanələri olan qan görsə, istər adət vaxtından
qabaq olsun, istərsə ondan sonra olsun, gərək onu heyz qərar
versin.
Məsələ 491: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər öz
adəti vaxtında qan görsə, amma onun günlərinin sayı, adətinin
vaxtından az və ya çox olsa, pak olduqdan sonra da yenidən öz
adətinin günlərinin sayı müddətində qan görsə, gərək hər iki qanı
onların arasında olan paklıq müddəti ilə heyz hesab etsin. Bu bir
haldadır ki, bütün bu günlərin (yəni qan gördüyü və pak olduğu
günlərin sayının) cəmi, on gündən artıq olmasın. Əgər on gündən
artıq olsa, adət vaxtında gördüyü qan heyz və digərini isə
istihazə hesab etsin. Əgər birinci qan adət günlərinin saından çox
olsa və bu müddətdə heyizin əlamətləri çox olsa hamısı heyz
qanıdır.
Məsələ 492: Vəqtiyə və ədədiyyə adəti olan qadın, əgər on
gündən artıq qan görsə, adəti günlərində gördüyü qan, hətta
heyzin əlamətləri onda olmasa da heyzdir; və adəti günlərindən
sonra gördüyü qan, hətta heyzin əlamətləri də onda olsa,
istihazədir; məsələn: bir qadının heyz adəti, ayın əvvəlindən
yeddisinə qədər olsa, əgər ayın əvvəlindən on ikisinə qədər qan
görsə, əvvəldəki yeddi günü heyz, qalan beş günü isə istihazədir.
2
-
VƏQTİYYƏ ADƏT SAHİBİ OLAN QADINLAR
Məsələ 493: Vəqtiyyə adəti olan qadınlar üç qismdir:
1-Ardıcıl olaraq iki ayın hər birində müəyyən vaxtda heyz
qanı görüb, bir neçə gündən sonra paklanan, amma qan gördüyü
günlərin sayı, hər iki ayda bir-birinə bərabər olmayan qadın;
məsələn: ardıcıl olaraq iki ayın hər birində ayın əvvəlindən qan
görsə, amma birinci ayda yeddinci gün, ikinci ayda isə səkkizinci
Dostları ilə paylaş: |