98
VACİB QÜSLLƏR
etək mümkün deyilsə o suyun çıxmasından əvvəl dəstəmazlı
olubsa, ehtiyat-vacibə əsasən dəstəmaz alıb qüsl də etsin. Əks
təqdirdə yalnız dəstəmaz alsın.
Məsələ 354: Müstəhəbdir ki, insan, məni gələndən sonra bövl
etsin. Əgər bövl etməsə və qüsldən sonra məni və ya başqa bir
şey oduğunu bilmədiyi bir rütubət görsə, məni hökmündədir.
Məsələ 355: Əgər insan qadınla cinsi əlaqədə olarkən alət,
sünnət olunan yerə qədər və ya çox daxil olsa, istər qabaqdan
olsun, istərsə arxadan, istər həddi-büluğa çatsın, istərsə çatmasın,
məni xaric olmasa da, hər ikisi cünub olar.
Məsələ 356: Sünnət olunan miqdarda daxil olub-olmadığında
şəkk edən şəxsin qüsl etməsi vacib deyil.
Məsələ 357: Əgər (nəuzu billah!) heyvanla yaxınlıq etsə və
məni də gəlsə, təkcə qüsl kifayətdir. Amma məni gəlməsə, bu
halda vətydən əvvəl dəstəmazlı olsa, yenə də qüsl kifayətdir.
Əgər dəstəmazlı olmasa ehtiyat budur ki, qüsl edib dəstəmaz da
alsın. Həmçinin kişi və oğlan ilə yaxınlıq (livat) edənin də
hökmü belədir.
Məsələ 358: Əgər məni öz yerindən hərəkət etsə, amma çölə
gəlməsə; yaxud məninin çölə gəlib-gəlməməsində şəkk etsə, qüsl
vacib deyil.
Məsələ 359: Qüsl ala bilməyən, amma təyəmmüm ala bilən
bir şəxs, namaz vaxtı daxil olandan sonra, öz əyalı ilə yaxınlıq
edə bilər. Amma namaz vaxtı dəstəmazlı olarsa gərək cinsi
əlaqədə olmazdan qabaq dəstəmaz ilə namazını qılsın.
Məsələ 360: Əgər bir şəxs öz paltarında məni görsə və onu,
özündən olub, ondan ötrü qüsl etmədiyini bilərsə, qüsl etməlidir.
Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin olduğu
namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq
qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil.
İzahlı şəriət hökmləri
99
CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR
Məsələ 361: Cünuba beş şey haramdır:
1. Bədənin hər hansı bir yerini Quranın yazısına, yaxud
Allahın mübarək adına, vurmaq olmaz. Ehtiyat-müstəb budur ki,
Peyğəmbərlər və İmamların (ələyhimus-salam) adlarına
dəstamazın hökmündə deyildiyi kimi, bədənin hər hansı bir
yerini vurmaq olmaz.
2. Məscidül-Hərama və Peyğəmbər
(səlləllahu ələyhi və a
lihi
və səlləm) məscidinə getmək; hətta əgər bir qapısından daxil
olub digərindən xaric olmaq kimi olsa da.
3. Başqa məscidlərdə dayanmaq; Ehtiyat-vacib budur ki,
İmamların (ələyhimus-səlam) hərəmində də dayanmasın. Amma
bir qapısından daxil olub, başqa qapısından çıxsa, eybi yoxdur.
4. Məscidə bir şey qoymaq; məscidə daxil olmaqla olsa. Əgər
məscidə bir şey qoymaq məscidə daxil olmamaqla da olsa
ehtiyat-vacib budur ki, daxil olmasınlar.
5. Vacibi səcdəsi olan ayələri oxumaq. O surələr bunlardan
ibarətdir:
32-ci “Səcdə” surəsi;
41-ci “Fussilət” surəsi;
53-cü “Nəcm” surəsi;
96-cı “Ələq” surəsi.
Ehtiyat-müstəhəb budur ki, bu dörd surənin digər ayələri də
oxunulmasın.
CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR
Məsələ 362: Doqquz şey cünub şəxsə məkruhdur:
1-2. Yemək-içmək. Lakin dəstəmaz alarsa və ya əllərini
yuyarsa məkruh deyil.
3. Quranın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən
artıq oxumaq.
100
VACİB QÜSLLƏR
4. Bədənindən hər hansı bir yerini Quranın cildinə, haşiyəsinə
və ya yazılarının arasına toxundurmaq.
5. Quranı özü ilə gəzdirmək.
6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamasına
görə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.
7. Həna və buna bənzər şeylərə boyanmaq.
8. Bədənə yağ çəkmək.
9. Möhtəlim olandan (yəni yuxuda məni xaric olandan) sonra
cinsi əlaqədə olmaq.
CƏNABƏT QÜSLÜ
Məsələ 363: Cənabət qüslü öz-özlüyündə vacib deyil, amma
vacibi namazlar və s. kimi işlər üçün vacibdir. Amma meyyit
namazı, şükr səcdəsi və Quranın vacibi səcdələri üçün cənabət
qüslü lazım deyil.
Məsələ 364: Qüsl edərkən vacib və ya müstəhəbb qüsl
edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yəni
Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə
yetirməkdən ötrü qüsl edərsə, kifayətdir.
Məsələ 365: Əgər namaz vaxtının daxil olmasını yəqin edib
vacib qüsl niyyəti etsə, sonradan namaz vaxtından əvvəl qüsl
etdiyi məlum olsa, qüslü səhihdir.
Məsələ 366: İstər vacib, istərsə də müstəhəb qüsl iki şəkildə
almaq olar; tərtibi və irtiması.
TƏRTİBİ QÜSL
Məsələ 367: Tərtibi qüsldə, gərək qüsl niyyəti ilə, əvvəlcə
başı və boynu, sonra ehtiyata əsasən bədənin sağ tərəfini, daha
sonra isə sol tərəfini yumaq lazımdır. Əgər bir şəxs bilərəkdən,
yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu tərtibə
riayət etməsə, qüslü batildir.
İzahlı şəriət hökmləri
101
Məsələ 368: Göbək və övrətin bir yarısını bədənin sağ tərəfi
ilə, o biri yarısını isə sol tərəfi ilə yumaq lazımdır. Daha yaxşı
olar ki, göbəyin və övrəti bütünlüklə hər iki tərəflə yusun.
Məsələ 369: Bədənin üç hissəsini, yəni baş və boyun, sağ
tərəf və sol tərəfini tamamilə qüsl etməsini yəqin etmək üçün,
hər tərəfi yuyanda, başqa tərəfdən də bir miqdarını yusun. Hətta
ehtiyat-müstəhəb budur ki, boyunun bütün sağ tərəfini, bədənin
sağ tərəfi ilə, sol tərəfini isə bədənin sol tərəfi ilə yusun.
Məsələ 370: Əgər qüsl alandan sonra bədəninin hər hansı bir
yerinin yuyulmadığını başa düşsə, amma bədəninin hansı yerinin
yuyulmadığını bilməsə, gərək yenidən qüsl alsın.
Məsələ 371: Əgər qüsldən sonra bədənin bir hissəsinin
yuyulmadığını başa düşsə, bu halda; yuyulmayan sol tərəfdən
olsa, həmin miqdarı yumaq kifayətdir. Amma sağ tərəfdən olsa o
miqdarı yuduqdan sonra yenidən sol tərəfi yumalıdır. Əgər baş
və boyun tərəfdən qalmış olsa, həmin miqdarı yuduqdan sonra,
yenidən bədənin sağ tərəfini və sonra sol tərəfini yumalıdır.
Məsələ 372: Əgər qüsl qurtarmamışdan qabaq, sol tərəfin bir
hissəsinin yuyulub-yuyulmamasında şəkk etsə, həmin miqdarı
yumaq kifayətdir. Amma sağ tərəfin bir hissəsinində şəkk etsə,
ehtiyata görə həmin miqdarı yuyandan sonra gərək sol tərəfi də
yusun. Əgər baş və boyun tərəfin bir hissəsinin yuyulub-
yuyulmamasında şəkk etsə, gərək onu yuyandan sonra sağ və sol
tərəfi yusun.
İRTİMASİ QÜSL
Məsələ 373: İrtimasi qüsldə gərək su bir anda bədənin hər
yerini əhatə etsin. Deməli, əgər irtimasi qüsl niyyəti ilə suya
daxil olsa, onun ayağı yerdə olduğu təqdirdə, gərək ayağını
yerdən qaldırsın.
Məsələ 374: Ehtiyat-vacibə əsasən irtimasi qüsül edəndə
bədəninin bir hissəsi sudan qıraqda olanda niyyət etsin
Dostları ilə paylaş: |