Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə37/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   33   34   35   36   37   38   39   40   ...   209

98        

VACİB QÜSLLƏR 

 

etək  mümkün  deyilsə  o  suyun  çıxmasından  əvvəl  dəstəmazlı 



olubsa,  ehtiyat-vacibə  əsasən  dəstəmaz  alıb  qüsl  də  etsin.  Əks 

təqdirdə yalnız dəstəmaz alsın. 



Məsələ 354: Müstəhəbdir ki, insan, məni gələndən sonra bövl 

etsin. Əgər bövl etməsə  və  qüsldən sonra  məni və  ya  başqa  bir 

şey oduğunu bilmədiyi bir rütubət görsə, məni hökmündədir. 

Məsələ  355:  Əgər  insan  qadınla  cinsi  əlaqədə  olarkən  alət, 

sünnət  olunan  yerə  qədər  və  ya  çox  daxil  olsa,  istər  qabaqdan 

olsun, istərsə arxadan, istər həddi-büluğa çatsın, istərsə çatmasın, 

məni xaric olmasa da, hər ikisi cünub olar. 



Məsələ  356: Sünnət olunan miqdarda daxil olub-olmadığında 

şəkk edən şəxsin qüsl etməsi vacib deyil. 



Məsələ  357:  Əgər  (nəuzu  billah!)  heyvanla  yaxınlıq  etsə  və 

məni  də  gəlsə,  təkcə  qüsl  kifayətdir.  Amma  məni  gəlməsə,  bu 

halda  vətydən  əvvəl  dəstəmazlı  olsa,  yenə  də  qüsl  kifayətdir. 

Əgər dəstəmazlı olmasa ehtiyat budur ki, qüsl edib dəstəmaz da 

alsın.  Həmçinin  kişi  və  oğlan  ilə  yaxınlıq  (livat)  edənin  də 

hökmü belədir. 



Məsələ  358: Əgər  məni öz  yerindən hərəkət etsə, amma çölə 

gəlməsə; yaxud məninin çölə gəlib-gəlməməsində şəkk etsə, qüsl 

vacib deyil. 

Məsələ  359:  Qüsl  ala  bilməyən,  amma  təyəmmüm  ala  bilən 

bir  şəxs,  namaz  vaxtı  daxil  olandan  sonra,  öz  əyalı  ilə  yaxınlıq 

edə  bilər.  Amma  namaz  vaxtı  dəstəmazlı  olarsa  gərək  cinsi 

əlaqədə olmazdan qabaq dəstəmaz ilə namazını qılsın. 



Məsələ  360:  Əgər  bir  şəxs  öz  paltarında  məni  görsə  və  onu, 

özündən olub, ondan ötrü qüsl etmədiyini bilərsə, qüsl etməlidir. 

Belə  ki,  o  məninin  gəlməsindən  sonra  qıldığına  əmin  olduğu 

namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq 

qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil. 



İzahlı şəriət hökmləri

       99 

 

CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR 

Məsələ 361: Cünuba beş şey haramdır: 

1.  Bədənin  hər  hansı  bir  yerini  Quranın  yazısına,  yaxud 

Allahın mübarək adına, vurmaq olmaz. Ehtiyat-müstəb budur ki, 

Peyğəmbərlər  və  İmamların  (ələyhimus-salam)  adlarına 

dəstamazın  hökmündə  deyildiyi  kimi,  bədənin  hər  hansı  bir 

yerini vurmaq olmaz. 

2. Məscidül-Hərama və Peyğəmbər 

(səlləllahu ələyhi və a

lihi 

və  səlləm)  məscidinə  getmək;  hətta  əgər  bir  qapısından  daxil 

olub digərindən xaric olmaq kimi olsa da. 

3.  Başqa  məscidlərdə  dayanmaq;  Ehtiyat-vacib  budur  ki, 

İmamların  (ələyhimus-səlam) hərəmində də  dayanmasın. Amma 

bir qapısından daxil olub, başqa qapısından çıxsa, eybi yoxdur.  

4. Məscidə bir şey qoymaq; məscidə daxil olmaqla olsa. Əgər 

məscidə  bir  şey  qoymaq  məscidə  daxil  olmamaqla  da  olsa 

ehtiyat-vacib budur ki, daxil olmasınlar. 

5.  Vacibi  səcdəsi  olan  ayələri  oxumaq.  O  surələr  bunlardan 

ibarətdir: 

32-ci “Səcdə” surəsi; 

41-ci “Fussilət” surəsi; 

53-cü “Nəcm” surəsi; 

96-cı “Ələq” surəsi. 

Ehtiyat-müstəhəb  budur  ki,  bu  dörd  surənin  digər  ayələri  də 

oxunulmasın. 



CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR 

Məsələ 362: Doqquz şey cünub şəxsə məkruhdur: 

1-2.  Yemək-içmək.  Lakin  dəstəmaz  alarsa  və  ya  əllərini 

yuyarsa məkruh deyil. 

3.  Quranın  vacib  səcdəsi  olmayan  surələrdən  yeddi  ayədən 

artıq oxumaq. 



100        

VACİB QÜSLLƏR 

 

4. Bədənindən hər hansı bir yerini Quranın cildinə, haşiyəsinə 



və ya yazılarının arasına toxundurmaq. 

5. Quranı özü ilə gəzdirmək. 

6.  Yatmaq;  amma  dəstəmaz  alsa,  yaxud  suyun  olmamasına 

görə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil. 

7. Həna və buna bənzər şeylərə boyanmaq. 

8. Bədənə yağ çəkmək. 

9. Möhtəlim olandan (yəni yuxuda məni xaric olandan) sonra 

cinsi əlaqədə olmaq. 



CƏNABƏT QÜSLÜ 

Məsələ  363:  Cənabət  qüslü  öz-özlüyündə  vacib  deyil,  amma 

vacibi  namazlar  və  s.  kimi  işlər  üçün  vacibdir.  Amma  meyyit 

namazı,  şükr  səcdəsi  və  Quranın  vacibi  səcdələri  üçün  cənabət 

qüslü lazım deyil. 



Məsələ  364:  Qüsl  edərkən  vacib  və  ya  müstəhəbb  qüsl 

edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yəni 

Allahın  dərgahında  bəndəçilik  və  Onun  əmrini  yerinə 

yetirməkdən ötrü qüsl edərsə, kifayətdir. 



Məsələ  365:  Əgər  namaz  vaxtının  daxil  olmasını  yəqin  edib 

vacib  qüsl  niyyəti  etsə,  sonradan  namaz  vaxtından  əvvəl  qüsl 

etdiyi məlum olsa, qüslü səhihdir. 

Məsələ  366:  İstər  vacib,  istərsə  də  müstəhəb  qüsl  iki  şəkildə 

almaq olar; tərtibi və irtiması. 



TƏRTİBİ QÜSL 

Məsələ  367:  Tərtibi  qüsldə,  gərək  qüsl  niyyəti  ilə,  əvvəlcə 

başı  və  boynu,  sonra  ehtiyata  əsasən  bədənin  sağ  tərəfini,  daha 

sonra  isə  sol  tərəfini  yumaq  lazımdır.  Əgər  bir  şəxs  bilərəkdən, 

yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu tərtibə 

riayət etməsə, qüslü batildir. 



İzahlı şəriət hökmləri

       101 

 

Məsələ  368:  Göbək  və  övrətin  bir  yarısını  bədənin  sağ  tərəfi 

ilə,  o  biri  yarısını  isə  sol  tərəfi  ilə  yumaq  lazımdır.  Daha  yaxşı 

olar ki, göbəyin və övrəti bütünlüklə hər iki tərəflə yusun. 

Məsələ  369:  Bədənin  üç  hissəsini,  yəni  baş  və  boyun,  sağ 

tərəf  və  sol  tərəfini  tamamilə  qüsl  etməsini  yəqin  etmək  üçün, 

hər tərəfi yuyanda, başqa tərəfdən də bir miqdarını yusun. Hətta 

ehtiyat-müstəhəb  budur  ki,  boyunun  bütün  sağ  tərəfini,  bədənin 

sağ tərəfi ilə, sol tərəfini isə bədənin sol tərəfi ilə yusun. 

Məsələ  370: Əgər qüsl alandan sonra bədəninin hər hansı bir 

yerinin yuyulmadığını başa düşsə, amma bədəninin hansı yerinin 

yuyulmadığını bilməsə, gərək yenidən qüsl alsın. 

Məsələ  371:  Əgər  qüsldən  sonra  bədənin  bir  hissəsinin 

yuyulmadığını  başa  düşsə,  bu  halda;  yuyulmayan  sol  tərəfdən 

olsa, həmin miqdarı yumaq kifayətdir. Amma sağ tərəfdən olsa o 

miqdarı  yuduqdan  sonra  yenidən  sol  tərəfi  yumalıdır.  Əgər  baş 

və  boyun  tərəfdən  qalmış  olsa,  həmin  miqdarı  yuduqdan  sonra, 

yenidən bədənin sağ tərəfini və sonra sol tərəfini yumalıdır. 



Məsələ  372: Əgər qüsl qurtarmamışdan qabaq, sol tərəfin bir 

hissəsinin  yuyulub-yuyulmamasında  şəkk  etsə,  həmin  miqdarı 

yumaq  kifayətdir.  Amma  sağ  tərəfin  bir  hissəsinində  şəkk  etsə, 

ehtiyata  görə  həmin  miqdarı  yuyandan  sonra  gərək  sol  tərəfi  də 

yusun.  Əgər  baş  və  boyun  tərəfin  bir  hissəsinin  yuyulub-

yuyulmamasında şəkk etsə, gərək onu yuyandan sonra sağ və sol 

tərəfi yusun.  

İRTİMASİ QÜSL  

Məsələ  373:  İrtimasi  qüsldə  gərək  su  bir  anda  bədənin  hər 

yerini  əhatə  etsin.  Deməli,  əgər  irtimasi  qüsl  niyyəti  ilə  suya 

daxil  olsa,  onun  ayağı  yerdə  olduğu  təqdirdə,  gərək  ayağını 

yerdən qaldırsın. 



Məsələ  374:  Ehtiyat-vacibə  əsasən  irtimasi  qüsül  edəndə 

bədəninin bir hissəsi sudan qıraqda olanda niyyət etsin 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə