Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə35/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   31   32   33   34   35   36   37   38   ...   209

İzahlı şəriət hökmləri

       91 

 

ehtiramsızlıq  olarsa,  dəstəmaz  almadan  Quranı  tualetdən 



çıxarılsın, yaxud nəcis olduğu halda suya çəkilsin. 

Məsələ  323:  Dəstəmazı  olmayan  şəxslər  üçün  Quranın 

yazılarına məss etmək (yəni bədənin hər hansı bir hissəsini onun 

yazılarına vurmaq) haramdır. Ehtiyat-vacib budur ki, öz tüklərini 

də  quranın  xəttinə  vurmasın.  Amma  Quranı  fars  dilinə  və  ya 

başqa dillərə tərcümə etsələr, məss etməyin eybi yoxdur. 

Məsələ  324:  Uşaqların  və  dəlilərin  Quran  yazısına 

toxunmasının  qarşısını  almaq  vacib  deyil.  Amma  onların 

toxunması Qurana qarşı hörmətsizlikdirsə, gərək qarşısı alınsın. 

Məsələ  325:  Dəstəmazı  olmayan  şəxsin  hansı  dildə 

yazıldığından  asılı  olmayaraq,  Allah-təalanın  adına  və  Ona  xas 

olan  sifətlərini  bildirən  sözlərə  toxunması  ehtiyat-vacibə  əsasən 

haramdır.  Yaxşı  olar  ki,  həzrət  Peyğəmbərin 



(səlləllahu  ələyhi  və 

alihi  və  səlləm),

  İmamların 



(ələyhimus-səlam)

  və  həzrət  Zəhranın 



(ələyha səlam) 

mübarək adlarına da dəstəmazsız toxunmasın. 



Məsələ  326:  Əgər  bir  şəxs  namaz  vaxtından  əvvəl,  təharətli 

olmaq niyəti ilə dəstəmaz alsa, yaxud qüsl etsə, səhihdir. 



Məsələ  327:  Əgər  namaz  vaxtının  daxil  olmasını  yəqın  edən 

bir  şəxs,  vacib  dəstəmaz  niyyəti  edib  dəstəmaz  aldıqdan  sonra, 

vaxtın daxil olmadığını başa düşsə, dəstəmazı səhihdir. 

Məsələ  328:  Müstəhəbdir  ki,  insan  meyyit  namzı,  qəbiristan 

əhlinin  ziyarətinə,  məscidə  və  imamların 



(ələyhimus-səlam)

 

hərəminə getmək üçün dəstəmaz alsın. Həmçinin Quranı özü ilə 



gəzdirmək,  oxumaq,  onun  yazılması,  onun  haşiyələrinə   məss 

etmək və  yatmaq  üçün, dəstəmaz  almaq  müstəhəbdir. Həmçinin 

dəstəmazlı  şəxsin,  ikinci  dəfə  dəstəmaz  alması  müstəhəbdir. 

Əgər  bu  işlərdən  biri  üçün  dəstəmaz  alsa,  dəstəmazla  yerinə 

yetirilməli  olan   hər  işi  görə  bilər;  məsələn:  bu  dəstəmaz  ilə 

namaz qıla bilər. 




92        

DƏSTƏMAZ 

 

DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR 

Məsələ 329: Yeddi şey dəstəmazı batil edir: 

1. Sidik;  

2. Ğait; 

3.Qaitin məxrəcindən xaric olan mədə  və ya  bağırsağın yeli; 

4.Gözün  görmədiyi,  qulağın  eşitmədiyi  yuxu  halı;  amma 

gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz. 

5.Əqli aradan aparan şeylər; dəlilik, sərxoşluq, huşdan getmək 

və s. kimi. 

6.Qadının istihazəsi  (sonrdan deyiləcək); 

7.  Yerinə  yetirilməsı  üçün  qüslün  gərəkli  olduğu  əməllər 

cənabət  və  heyz  kimi.  Həmçinin  ehtiyata  əsasən  meyyiti  məss 

etmək dəstəmazı batil edir. 

CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ 

Yara  və  sınığa  bağlanan  şey,  həmçinin  yara  və  bu  kimi 

şeylərin üzərinə qoyulan dərmanlar “cəbirə” adlanır. 

Məsələ  330: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya 

sınıq  olsa,  belə  ki,  üstü  açıq  olduqda  su  ona  zərər  yetirməzsə, 

gərək adi qaydada dəstəmaz alınsın. 

Məsələ  331:  Əgər  yara,  çiban,  yaxud  sınıqlıq  üzdə,  əllərdə 

olsa və onların üstü açıq, suyun tökülməsinin də zərəri olsa, yaş 

əl ilə onların üstünə çəkilməsinin zərəri olmasa, ehtiyata-vacibə 

görə yaş əl ilə onun üstünə çəksin. Sonra pak bir parçanı yaranın 

üstünə  qoyub  yaş  əl  ilə  o  parçanın  da  üstünə  çəksin.  Əgər  bu 

qədərin  də  zərəri  olsa,  yaxud  yara  nəcis  olsa  və  suya  çəkilməsi 

mümkün  olmasa,  bu  halda,  dəstəmazın  qaydalarında  deyildiyi 

kimi,  yaranın  ətrafını  yuxarıdan-aşağı  yusun.  Ehtiyata-vacibə 

görə  pak  bir  parçanı  yaranın  üstünə  qoyub  yaş  əl  ilə  o  parçanın 

üstünə  çəksin.  Əgər  parça  qoymaq  mümkün  olmazsa,  yaranın 

ətrafını yusun və ehtiyat-vacibə görə, təyəmmüm də etsin. 



İzahlı şəriət hökmləri

       93 

 

Məsələ  332:  Əgər  yara,  çiban,  yaxud  sınıqlıq  başın  qabaq 

tərəfində, yaxud ayağın üstündə olsa və onların üstü də açıq olsa, 

bu  halda  ona  məsh  edilməsi  mümkün  olmazsa,  belə  ki,  yara 

bütün  məss  yerini  tutmyş  olsun  və  ya  sağlam  olan  yerləri  məss 

etmək  mümkün  olmaya,  pak  bir  parçanı  onun  üstünə  qoyub, 

parçanın  üstünə  dəstəmazın  yaşlığı  ilə  məsh  çəkilməlidir. 

Ehtiyat-müstəhəbbə  görə,  təyəmmüm  də  etsin.  Əgər  parça 

qoyulması  mümkün  olmazsa,  təyəmmüm  etməlidir.  Ehtiyat-

müstəhəbbə görə, mümkün olan miqdarda dəstəmaz da alsın. 

Məsələ  333:  Əgər  yara,  çiban,  yaxud  sınıqlığın  üstü,  bağlı 

olsa,  açılması  mümkün  olsa  və  suyun  da  zərəri  olmazsa,  gərək 

onu açsın və dəstəmaz alsın; istər yara və bu kimi şeylər üzdə və 

əllərdə  olsun,  istərsə  də  başın  qabaq  tərəfində,  yaxud  ayağın 

üstündə. 

Məsələ  334: Əgər  yara, çiban,  yaxud sınıqlıq üzdə və əllərdə 

olsa və üstünü açmaq mümkün olsa, bu halda suyu onun üstünə 

tökməyin  zərəri  olsa,  amma  yaş  əl  çəkməyin  zərəri  olmasa, 

ehtiyat-vacib budur ki, yaş əl ilə onun üstünə çəkib və sonra pak 

bir  parça  onun  üstünə  qoyub,  yaş  əl  ilə  parçanın  da  üstünə 

çəksin. 


Məsələ  335:  Əgər  yaranın  üstünü  açmaq  mümkün  olmasa, 

amma  yara  və  onun  üstünə  qoyulmuş  şey  pakdırsa,  suyun  da 

yaraya  çatdırılması  mümkün  olsa  və  zərəri,  məşəqqəti  olmasa, 

tərtibə  riayət  etməklə,  yəni  suyu  yuxarıdan  aşağıya  çatdırsın. 

Əgər su yaraya zərər olarsa və  ya suyu ona çatdırmaq mümkün 

olmazsa  yaxud  da  yara  nəcis  olarsa  və  onu  yumaq  mümkün 

olmazsa,  gərək  yaranın  ətrafını  yusun.  Əgər  cəbirə  pak  olsa, 

onun  üstünə  məsh  edilməlidir.  Amma  nəcis  olsa,  yaxud  onun 

üstünə  yaş əl ilə çəkmək  mümkün olmasa;  məsələn: dərman ələ 

yapışarsa  pak  bir  parçanı  cəbirənin  bir  hissəsi  hesab  olunduğu 

şəkildə, onun üstünə qoyub, yaş əl ilə onun üstünə çəksin. Əgər 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə