Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə33/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   29   30   31   32   33   34   35   36   ...   209

İzahlı şəriət hökmləri

       85 

 

Məsələ  291:  Dəstəmaz  əsnasında  yol  getməyin  eybi  yoxdur. 

Deməli,  bir  şəxs  üzü  və  əlləri  yuduqdan  sonra  bir  neçə  addım 

gedib sonra başa və ya ayaqlara məsh etsə, dəstəmazı səhihdir. 

11-cu  şərt:  Üzün,  əllərin  yuyulmasını,  başa  və  ayağa  məsh 

çəkilməsini  insanın  özü  yerinə  yetirsin.  Başqası  onun  üçün 

dəstəmaz  alsa  və  ya  suyu  onun  üzünə  və  əllərinə  tökməkdə 

yaxud da baş və ayaqlarına məsh etməkdə kömək etsə, dəstəmazı 

batildir. 



Məsələ  292:  Əgər  bir  şəxsin  özü  dəstəmaz  ala  bilmirsə, 

dəstəmaz  almaq  üçün  gərək  özünə  nayib  tutsun.  Əgər  (nayib) 

muzd  istəsə,  verə  biləcəyi  təqdirdə  gərək  versin.  Amma  gərək 

onun özü dəstəmaz niyyəti etsin. Ehtiyata əsasən, tutduğu nayib 

də  dəstəmaz  niyyəti  etsin.  Gərək  öz  əli  ilə  məsh  çəksin.  Əgər 

bunu  edə  bilməsə,  nayibi  gərək  onun  əlini  tutub  məsh  yerlərinə 

çəksin.  Bu  da  mümkün  olmasa,  nayib  onun  əlinin  rütubətindən 

götürüb başına və ayaqlarına məsh etməlidir. 



Məsələ  293:  Dəstəmazın  bəzi  əməllərini  ozü  (köməksiz) 

yerinə yetirə bilirsə onlar üçün kömək almamalıdır. 

12-cu  şərt:  Sudan  istifadə  etməyin  dəstəmaz  alan  üçün  bir 

maneəsi olmamalıdır. 



Məsələ  294:  Dəstəmaz  aldığı  zaman,  susuz  qalacağından  və 

ya  bərk  xəstələnəcəyindən  qorxan  şəxsin  vəzifəsi,  dəstəmaz 

almaq  deyildir,  gərək  təyəmmüm  etsin.  Əgər  bu  həddə  çatmasa 

amma  suyu  istifadə  etmək  onun  üçün  çətin  olsa  belə  ki,  əksər 

camaat ona dözə bilmirlərsə, dəstəmazı tərk edib təyəmmüm edə 

bilər.  Əgər  çətinliyə  dözüb  dəstəmaz  alsa  dəstəmazı  səhihdir. 

Əgər sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib 

dəstəmaz alarsa, həqiqətdə isə suyun ona zərəri varsa, dəstəmazı 

işkalıdır. 

Məsələ 295: Əgər üz və qollarına dəstəmazın səhih olacağı az 

bir  miqdarda  su  toxundurmasının  zərəri  olmazsa  və  ondan 

çoxunun zərəri olarsa, o az miqdar su ilə dəstəmaz almalıdır. 



86        

DƏSTƏMAZ 

 

13-ci  şərt:  Dəstəmaz  üzvlərində  suyun  bədənə  dəyməsinin 



qarşısını alan maneə olmasın. 

Məsələ  296:  Əgər  dəstəmaz  üzvlərinə  bir  şeyin  yapışdığını 

bilirsə,  amma  onun  suyun  yetişməsinə  mane  olub-olmadığında 

şəkk  edirsə,  onu  aradan  aparmalı  və  ya  suyu  onun  altına 

çatdırmalıdır. 



Məsələ  297:  Dırnağın  altının  çirkli  olmasının  dəstəmaz  üçün 

eybi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o çirklər suyun 

dəriyə  çatmasına  maneçilik  törədərsə,  gərək  dəstəmaz  üçün 

onları  təmizləsin.  Həmçinin  əgər  dırnaq  normadan  artıq  uzun 

olarsa, normadan artığının altındakı çirkləri təmizləmək gərəkdir. 

Məsələ  298:  Üzdə,  qollarda,  başın  ön  hissəsində  və  ya 

ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabar olarsa, 

onun  üstünü  yumaq  və  ya  məsh  etmək  kifayətdir.  Bu  qabar 

deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər 

qabarın  bir  bölümünün  dərisi  soyulsa  belə,  suyu  soyulmamış 

olan qisminin altına çatdırmaq lazım deyil. Amma soyulmuş dəri 

bəzən  bədənə  yapışır,  bəzən  də  qalxırsa,  onu  qopartmalı  və  ya 

suyu onun altına çatdırmalıdır. 



Məsələ  299:  Əgər  insan,  dəstəmaz  üzvlərinə  bir  şey  yapışıb-

yapışmamasında  şəkk  etsə,  bu  halda  onun  ehtimalı  camaatın 

nəzərində  yerli ehtimal olsa; məsələn: palçıqla işlədikdən sonra, 

palçığın  əlinə  yapışıb-yapışmamasında  şəkk  etsə,  gərək  axtarış 

aparsin və ya əlini o qədər sürtsün ki, əminlik hasil olsun ki, olan 

halda o təmizlənib və ya olan halda su onun altına çatıb. 



Məsələ  300:  Yuyulmalı  və  məsh  edilməli  yerlərdə  hər  nə 

qədər  çirk  olarsa,  suyun  bədən  üzvlərinə  çatmasına  maneçilik 

törətməzsə  eybi  yoxdur.  Həmçinin,  əgər  gəc  (təbaşir)  və  s.  iş 

nəticəsində əldə qalan ağartı kimi şeylər, suyun bədənin dərisinə 

çatmasının  qarşısını  almasa  (eybi  yoxdur).  Amma  onun  olması 

ilə  suyun  bədənə  çatıb-çatmamasında  şəkk  etsə,  gərək  onu 

təmizləsin. 



İzahlı şəriət hökmləri

       87 

 

Məsələ  301:  Əgər  dəstəmazdan  qabaq,  dəstəmaz  üzvlərinin 

bəzisində,  suyun  üzüvlərə  çatmasının  qarşısını  alan  maneə 

olduğunu  bilib  dəstəmazdan  sonra,  dəstəmaz  alan  vaxt  suyun  o 

hissələrə  çatıb-çatmamasında  şəkk  etsə,  dəstəmazı  səhihdir.  Bu 

şərtlə  ki,  dəstəmaz  aldığı  zaman  (sözü  gedən  yerə)  suyun 

dəyməsində diqqət yetirməsinə ehtimal versin. 



Məsələ  302:  Əgər  dəstəmaz  üzvlərinin  hər  hansı  birində  bir 

maneə  olsa  ki,  bəzi  vaxtlar  su  öz-özünə  onun  altına  çatır,  bəzi 

vaxtlar isə çatmır və insan dəstəmazdan sonra, suyun onun altına 

çatıb-çatmamasında  şəkk  etsə,  bu  halda  dəstəmaz  aldığı  vaxt 

suyun  onun  altına  çatmasına  diqqət  yetirməyibsə,  ehtiyat-vacib 

budur ki, dəstəmazı yenidən alsin. 



Məsələ  303:  Dəstəmazdan  sonra  dəstəmaz  üzvlərində  suyun 

dəriyə  keçməsinin  qarşısını  alan  maneənin  olduğunu  görsə  və 

onun  dəstəmaz  alanda  mövcud  olduğunu,  yoxsa  sonradan 

meydana  gəldiyini  bilməzsə,  dəstəmazı  səhihdir.  Amma 

dəstəmaz  alarkən  o  maneədən  agah  olmadığını  bilirsə,  ehtiyat-

vacibə əsasən yenidən dəstəmaz alsın. 



Məsələ 304: Əgər dəstəmazdan sonra, suyun dəriyə çatmasına 

mane olan bir şeyin dəstəmaz üzvlərində olub-olmamasında şəkk 

etsə,  dəstəmaz  alan  zaman  o  maneəyə  diqqət  etdiyini  ehtimal 

versə, dəstəmazı səhihdir. 



DƏSTƏMAZIN HÖKMLƏRİ  

Məsələ  305:  Əgər  bir  şəxs  dəstəmazın  işlərində  və  onun 

şərtlərində,  məsəlsən,  suyun  pak  olması  və  onun  qəsbi 

olmamasında çox şək etsə, əgər vəsvəsə həddinə çatsa, gərək öz 

şəkkinə etina etməsin 



Məsələ  306: Əgər dəstəmazının batil olub-olmamasında şəkk 

etsə, dəstəmazlı olduğunu qəbul etməlidir. Amma sidikdən sonra 

istibra  etməmiş  dəstəmaz  alsa  və  dəstəmazdan  sonra  ondan 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə