Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə30/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   26   27   28   29   30   31   32   33   ...   209

İzahlı şəriət hökmləri

       77 

 

olsun.  Uzunluğu  isə  ehtiyat-müstəhəbbə  əsasən  bir  barmaq 



uzunluğu qədəri olsun. 

Məsələ  257:  Məshin  başın  dərisinə  çəkilməsi  lazım  deyil; 

başın  qabaq  tərəfindən  olan  tüklərə  çəkilsə  də  səhihdir.  Amma 

bir şəxsin başının qabaq tərəfinin tükləri çox uzun olsa; məsələn: 

darananda  üzünə  tökülsə,  yaxud  başın  başqa  bir  yerinə  çatsa, 

tüklərin dibinə məsh çəkməlidir. Yaxud başının tüklərini ortadan 

aralamalı  və  dəriyə  məsh  etməlidir.  Əgər  üzünə  tökülən,  yaxud 

başının  başqa  yerlərinə  çatan  tükləri,  başın  qabağında  bir  yerə 

yığıb  məsh  etsə,  yaxud  başın  sair  yerlərindən  qabaq  tərəfinə 

gələn tükünə məsh etsə, batildir. 

Məsələ  258:  Başı  məsh  etdikdən  sonra,  gərək  əldə  qalan 

dəstəmaz  suyu  ilə  ayaqların  üstünə,  barmaqlardan  birinin 

ucundan,  ayağın  üstündə  olan  çıxıntıya  qədər  məsh  edilsin. 

Ehtitat-vacib budur ki, oynağa qədər məsh edilsin, sağ ayağa sağ 

əllə, sol ayağa isə sol əllə məsh edilsin. 

Məsələ  259:  Ayağa  çəkilən  məshin  eni  hər  ölçüdə  olsa 

kifayətdir.  Amma  daha  yaxşısı  budur  ki,  üç  bağlı  barmağın  eni 

qədəri  olsun,  hətta  ayağın  bütün  üstünə  məsh  çəkilməsi  daha 

yaxşıdır. 



Məsələ  260:  Ehtiyat-vacibə  görə  ayaqların  məshində,  bütün 

əli  ayağın  üstünə  qoyub  bir  az  çəkməklə  deyil,  barmaqların 

ucuna qoyulub sonra ayağın üstünə məsh edilsin. 

Məsələ 261: Ayağa və başa məsh edərkən, əli onların üzərinə 

çəkməlidir.  Əgər  əli  saxlayıb  başı  və  ya  ayağı  ona  çəksə, 

dəstəmaz  batildir.  Amma  əli  çəkdiyi  vaxtda  ayaq,  yaxud  baş 

azacıq hərəkət etsə, eybi yoxdur. 



Məsələ  262:  Məsh  edilən  yer  gərək  quru  olsun.  Əgər  əlin 

içinin  rütubəti  təsir  qoymayacaq  miqdarda  olsa,  məsh  batildir. 

Amma  məsh  yerinin  rütubəti  çox  az  olsa  və  məsh  çəkiləndən 

sonra,  əlin  rütubəti,  məsh  yerində  görünüb,  “əlin  rütubətidir” 

deyilsə, eybi yoxdur. 



78        

DƏSTƏMAZ 

 

Məsələ  263:  Əgər  məsh  üçün  əldə  rütubət  qalmasa,  əlini 

başqa su ilə islada bilməz. Gərək dəstəmazın başqa üzvlərindən 

rütubət götürüb, onunla məsh etsin.  

Məsələ  264:  Əgər  əlin  rütubəti  yalnız  başın  məshinə  çatacaq 

miqdardadırsa,  əldə  olan  həmin  rütubətlə  başa  məsh  çəksin  və 

ayaqların  məshi  üçün  dəstəmazın  başqa  üzvlərindən  rütubət 

götürsün.  



Məsələ  265:  Corab  və  ayaqqabının  üstündən  məsh  çəkmək 

batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və 

bu  kimilərdən  qorxmaq  üzündən  corab  və  ayaqqabını  çıxarda 

bilməsə  corab  və  ayaqqabının  üzərindən  məsh  çəkməyin  eybi 

yoxdur.  Əgər  ayaqqabının  üstü  nəcis  olsa,  pak  bir  şeyi  onun 

üzərinə  salıb,  o  şeyə  məsh  etsin;  ehtiyat-vacib  budur  ki, 

təyəmmüm də etsin. 

Məsələ 266: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək 

üçün suya çəkə bilməsə, təyəmmüm etməlidir. 



İRTİMASİ DƏSTƏMAZ 

Məsələ  267:  İrtimasi  dəstəmaz,  insanın  üzü  və  əllərini 

dəstəmaz  niyyəti  ilə  suya  salmasına  deyilir.  Amma  o  əlin  suyu 

ilə  məsh  etmək  işkallıdır.  Buna  əsasən  sol  əli  irtimasi  yumaq 

olmaz.  


Məsələ  268:  İrtimasi  dəstəmazda  da,  gərək  üz  və  əllər 

yuxarıdan  aşağıya  doğru  yuyulsun.  Əgər  üz  və  əlləri  dəstəmaz 

məqsədilə  suya  batırsa,  gərək  üzü  alın  tərəfdən,  əlləri  isə  dirsək 

tərəfdən suya salsın. 



Məsələ  269:  Əgər  dəstəmaz  üzvlərindən  bəzilərini  irtimasi, 

bəzilərini isə qeyri-irtiması yolla yusa, eybi yoxdur. 



DƏSTƏMAZ VAXTI MÜSTƏHƏB OLAN DUALAR 

Məsələ  270:  Müstəhəbdir  ki,  dəstəmaz  alan  şəxs,  suyu 

gördükdə desin: 




İzahlı şəriət hökmləri

       79 

 

 ّللهاّب


َ

و  ّللها  ّم

ْ

س ّب


 

 

ْ



لا 

َ

ل



َ

ع

َ



ج  ى ّذ

َّ

لا  ّلله 



ُ

د

ْ



م

َ

ح



ْ

لا

َ



و

 

َ



و  ا

 

رو



ُ

ه

َ



ط  َءا

َ

م



 

ْ

م



َ

ل

 



ُ

ه

ْ



ل

َ

ع



ْ

ج

َ



ي

 

 



 

اس ّج


َ

ن

 



Bismillahi  və  billahi  vəl-həmdu  lil-lahilləzi  cəələl-maə  təhurən 

və ləm yəcəlhu nəcisa. 

“Allahın adı ilə. Həmd olsun O Allaha ki, suyu paklayıcı qərar 

verib, onu nəcis qərar vermədi.” 

Dəstəmazdan qabaq əllərini yuyanda desin: 

 ّللهاّب

َ

و  ّللها  ّم



ْ

س ّب


 

 

َّ



و

َّ

تلا 



َ

ن ّم  ى ّن

ْ

ل

َ



ع

ْ

جا 



َّ

م

 



ه

َ

لل



َ

أ

 



َ

نيّبا


 

 ّن


ْ

ل

َ



ع

ْ

جا



َ

و

 



َ

ن ّم  ى


 

َ

ني ّر



ه

ه

َ



ط

َ

ت



ُ

م

ْ



لا

 

Bismillahi  və  billahi  əllahumməcəlni  minət-təvvabinə  vəcəlni 



minəl-mütətəhhirin. 

“İlahi! Məni tövbə edənlərdən, pak olanlardan qərar ver!” 

Ağzında suyu dolandıranda (yəni məzməzə edəndə) desin: 

 

َ



م

ْ

و



َ

ي ى ّت


َّ

ج

ُ



ح ى ّن

ِّ

ق



َ

ل 

َّ



م

ُ

ه



َّ

لل

َ



أ

 ّل 


ْ

ق ّل


ْ

ط

َ



أ

َ

و 



َ

كا

َ



قل

َ

أ



ىّنا

َ

س



 

 

َ



كّر

ْ

ك ّذّب



 

Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrikə. 

“İlahi! Səninlə  görüşdüyüm gün höccətimi  mənə  təlqin et və 

dilimi Sənin zikrinlə danışdır !” 

İstinşaq (yəni suyu buruna çəkdiyi) vaxtı desin: 

 

ُ

ه



َّ

لل

َ



أ

 

َ



ع

ْ

جا



َ

و  ّة


َّ

ن

َ



ج

ْ

لا 



َ

حي ّر 


َّ

ى

َ



ل

َ

ع 



ْ

م

ِّ



ر

َ

ح



ُ

ت 

َ



لا 

َّ

م



ى ّن

ْ

ل



 

 ّم


 ا

َ

ه



َ

حي ّر 


ُّ

م

ُ



ش

َ

ي 



ْ

ن

َّ



م

ا

َ



ه َبي ّط

َ

و ا



َ

ه

َ



ح

ْ

و



َ

ر

َ



و

 

Əllahummə  la  tuhərrim  ələyyə  riyhəl-cənnəti,  vəcəlni  mimmən 



yəşummu riyhəha və rəvhəha və tiybəha. 

“İlahi! Mənə cənnət iyini haram etmə və  məni cənnətin iyini 

iyləyənlərdən qərar ver!” 

Üzünü yuyanda desin: 

 

ْ

ض ِّي



َ

ب 

َّ



م

ُ

ه



َّ

لل

َ



أ

 

 ى ّه



ْ

ج

َ



و 

ْ

د



ِّ

و

َ



س

ُ

ت 



َ

لا

َ



و 

ُ

هو



ُ

ج

ُ



و

ْ

لا  ّهي ّف 



ُّ

د

َ



و

ْ

س



َ

ت 

َ



م

ْ

و



َ

ي ى ّه


ْ

ج

َ



و

 ّهي ّف 


ُّ

ض َي ْب


َ

ت 

َ



م

ْ

و



َ

ي

 



 

ُ

هو



ُ

ج

ُ



و

ْ

لا



 


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə