Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə32/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   28   29   30   31   32   33   34   35   ...   209

82        

DƏSTƏMAZ 

 

Məsələ  275:  Bir  şəxs  namaz  qılmaq  istəmədiyi  bir  məscidin 

hovuzunun  hamı  üçünmü,  yoxsa  orada  namaz  qılanlar  üçünmü 

vəqf  edildiyini  bilməzsə,  o  məscidin  hovuzundan  dəstəmaz  ala 

bilməz.  Amma  əgər  adətən  orada  namaz  qılmaq  istəməyən 

şəxslər  də  o  hovuzdan  dəstəmaz  alırsa,  həmin  hovuzdan 

dəstəmaz ala bilər. 



Məsələ  276:  Otellərin,  karvansaların  və  buna  bənzər  yerlərin 

hovuzlarından  orada  yaşamayan  şəxslərin  dəstəmaz  almaları, 

ancaq orada yaşamayan şəxslərin də onların suyundan dəstəmaz 

aldığı təqdirdə səhihdir. 



Məsələ  277:  Sahibinin  razı  olub-olmamasını  bilməməsinə 

baxmayaraq  böyük  çaylarda  dəstəmaz  almağın  eybi  yoxdur. 

Amma  onların  sahibi  dəstəmaz  almağı  qadağan  etsə,  yaxud 

sahibi kiçik uşağ və ya dəli olsa, ehtiyat-vacibə görə oranın suyu 

ilə dəstəmaz almasınlar.  

Məsələ  278:  Əgər  insan  suyun  qəsb  edilmiş  olduğunu 

unudaraq  onunla  dəstəmaz  alarsa,  işkallıdır.  Amma  suyu  özü 

qəsb etmiş olan şəxs onun qəsb etmiş olduğunu unudub həmin su 

ilə dəstəmaz alarsa, dəstəmazı batildir. 



4-cü şərt: Dəstəmazın suyunun qabı da mübah olsun. 

5-ci  şərt:  Dəstəmazın  suyunun  qabı  qızıl  və  ya  gümüş 

olmasın. 



Məsələ  279:  Əgər  dəstəmazının  suyu  qəsbi  və  ya  qızıl  və 

gümüş  qabda  olsa  və  o  sudan  başqa  suyu  olmasa,  gərək 

təyəmmüm etsin, o su ilə dəstəmaz ala bilməz. Əgər başqa suyu 

olsa  və  o  su,  qəsbi  yaxud  qızıl  və  gümüş  qabda  olsa  və  o  suda 

irtiması dəstəmaz  alsa,  yaxud üzünə  və  ya  əllərinə  o qabdan  su 

töksə,  dəstəmazı  batildir.  Amma  ovucu  ilə  suyu  o  qabdan 

götürüb üzünə və əllərinə töksə, dəstəmazı səhihdir. 

Məsələ  280:  Bir  daşı  və  ya  kərpici  qəsbi  olan  hovuzda 

dəstəmaz almaq, camaatın nəzərində o daşlardan və ya kərpicdən 

istifadə  etmək  sayılarsa,  irtimasi  dəstəmaz  kimi,  ehtiyat-vacib 



İzahlı şəriət hökmləri

       83 

 

budur  ki,  dəstəmaz  alınmasın.  Əgər  istifadə  etmək  sayılmazsa 



adətəndə belədir dəstəmaz almağın heç bir maneəsi yoxdur. Əgər 

əli ilə suyu götürüb dəstəmaz üzvlərinə töksə dəstəmaz səhihdir. 



Məsələ  281:  İmamlardan 

(ələyhimus-səlam)

  və  ya  imam 

övladlarından  birinə  aid  olan  yer  əvvəlcədən  qəbiristanlıq  olub, 

sonra orada hovuz düzəldilərsə və ya oradan arx axıdılarsa, insan 

o  səhnin  yerinin  qəbiristanlıq  üçün  vəqf  edilmiş  olduğunu 

bilməzsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın eybi 

yoxdur. 

6-cı  şərt:  Dəstəmaz  üzvləri  yuyulduqda  və  məsh  edildikdə 

pak olsun. 



Məsələ 282: Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu 

və ya məsh etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir. 



Məsələ  283:  Bədənin  dəstəmaz  üzvlərindən  başqa  bir  yeri 

nəcis olsa, dəstəmaz səhihdir. Amma sidik və ya ğaitin məhəllini 

yumamışsa, ehtiyat-müstəhəb budur ki, əvvəlcə onu paklasın və 

sonra dəstəmaz alsın. 



Məsələ  284:  Əgər  dəstəmaz  üzvlərindən  biri  nəcis  olsa  və 

dəstəmazdan  sonra,  əvvəldə  oranı  suya  çəkib-çəkməməsində 

şəkk  etsə,  belə  bir  surətdə  dəstəmaz  alan  zaman  o  yerin  pak, 

yaxud  nəcis  olmasına  diqqət  etməyibsə,  ehtiyat-vacibə  əsasən 

dəstəmazı  batildir.  Amma  diqqət  etdiyini  bilirsə  və  ya  diqqət 

edib-etməməsində  şəkk  edirsə,  dəsatəmaz  səhihdir.  Hər  halda 

nəcis olan yeri gərək suya çəksin. 

Məsələ 

285: 

Üzündə 


və 

ya  qollarında  qanaxması 

dayanmayan,  suyun  zərər  vermədiyi  bir  kəsik  yer  və  ya  yara 

olarsa,  gərək  ardıcıllıqla  o  üzvün  sağlam  yerlərini  yuduqdan 

sonra kəsik və  ya  yara olan  yeri kürr və  ya axar suya salıb qanı 

kəsilincəyə  qədər  sıxmalı  və  onun  üzərindən  su  axması  üçün 

suyun altında  yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və  ya 

kəsiyi sıxmalıdır. Belə alınan dəstəmaz səhihdir. 




84        

DƏSTƏMAZ 

 

7-ci  şərt:  Namaz  və  ya  dəstəmaz  üçün  kifayət  qədər  vaxt 

olsun. 


Məsələ 286: Dəstəmaz alacığı halda namazın hamısı və ya bir 

hissəsi öz vaxtından sonraya qalacaq qədər vaxt az olarsa, gərək 

təyəmmüm  etsin.  Amma  dəstəmaz  və  ya  təyəmmümün  hər  biri 

üçün eyni qədər vaxt olarsa, gərək dəstəmaz alsın. 



Məsələ  287:  Vaxtın  azlığına  görə  təyəmmüm  etməli  olan 

şəxs,  əgər  qürbət  niyyəti  ilə  və  ya  Quran  oxumaq  kimi  bir 

müstəhəb  iş  üçün  dəstəmaz  alsa,  səhihdir.  Əgər  bilərəkdən  o 

namazı qılmaq üçün, dəstəmaz alsa dəstəmazı batildir. 



8-ci şərt: Dəstəmazı qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin 

əmrlərini  yerinə  yetirmək  üçün  dəstəmaz  alsın.  Amma 

sərinlənmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir. 

Məsələ  288:  Dəstəmazın  niyyətini  dili  ilə  söyləməsi  və  ya 

qəlbindən  keçirməsi  lazım  deyil.  Dəstəmazın  bütün  əməllərini 

Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir. 

9-cu  şərt:  Dəstəmazı  qeyd  olunan  ardıcıllıqla  yerinə  yetirsin. 

Yəni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini  yusun. 

Ondan  sonra  başına,  sonra  isə  ayaqlarına  məsh  etsin.  Əgər  bu 

tərtiblə alınmasa, batildir. 

10-cu şərt: Dəstəmazın işlərini fasiləsiz olaraq yerinə yetirsin. 

Məsələ  289:  Əgər  dəstəmazın  işləri  arasında  çoxlu  fasilə 

düşsə,  belə  ki,  bir  yeri  yuyub,  yaxud  məsh  etdikdə,  ondan 

əvvəlki  yerin  və  ya  məshin  rütubəti  qurusa,  dəstəmaz  batildir. 

Əgər bir üzvü yumaq istəyəndə, ondan əvvəl yuduğu və ya məsh 

etdiyi  yerin  rütubəti  qurumuş  olsa;  məsələn:  sol  əli  yumaq 

istəyəndə sağ əli qurusa, amma üzü yaş olsa, dəstamazı səhihdir. 



Məsələ  290:  Dəstəmazın  əməllərini  ardıcıl  olaraq  yerinə 

yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və 

buna  bənzər  səbəblər  üzündən  əvvəlki  yerlərin  nəmliyi 

quruyarsa, dəstəmaz səhihdir. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə