Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə34/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   30   31   32   33   34   35   36   37   ...   209

88        

DƏSTƏMAZ 

 

rütubət xaric olsa, onun sidik və  ya başqa şey olmasını bilməsə, 



dəstəmazı batildir. 

Məsələ  307:  Dəstəmaz  alıb-almamasında  şəkk  edən  şəxs 

gərək dəstəmaz alsın. 



Məsələ  308:  Əgər bir  şəxs dəstəmaz aldığını və ondan hədəs 

baş  verdiyini;  məsələn:  sidik  etməsini  bilsə,  amma  hansının 

qabaq  və  hansının  sonra  olduğunu  bilməsə,  əgər  namazdan 

qabaqdırsa,  gərək  dəstəmaz  alsın.  Əgər  namaz  əsnasındadırsa, 

namazı pozub dəstəmaz alsın; əgər namazdan sonra olsa, qıldığı 

namazı səhihdir. Sonrakı namazlar üçün gərək dəstəmaz alsın.  



Məsələ  309:  Əgər  dəstəmaz  aldıqdan  sonra  və  ya  dəstəmaz 

aldığı zaman dəstəmaz üzvlərinin bəzi yerlərini yumadığını və ya 

məsh  etmədiyini  yəqin  edərsə,  əgər  çox  vaxt  keçdiyindən  o 

yerdən  öncə  olan  yerlərin  rütubəti  qurumuşsa,  gərək  yenidən 

dəstəmaz alsın. Amma qurumamışsa və ya havanın isti olması və 

buna  bənzər  bir  səbəb  üzündən  qurumuşsa,  yadından  çıxardığı 

yeri  və  ondan  sonrakı  yerləri  yumalı  və  məsh  etməlidir. 

Dəstəmaz  aldığı  zaman  bir  yerin  yuyulmasında  və  ya  məsh 

edilməsində şəkk edərsə, yenə də bu qaydaya əməl etməlidir. 

Məsələ  310:  Əgər  namazdan  sonra,  dəstəmaz  alıb-

almamasında  şəkk  etsə,  namaza  başlayan  zaman  ona  diqqət 

etdiyinə  ehtimal  veribsə  namazı  səhihdir,  amma  sonrakı 

namazlar üçün dəstəmaz almalıdır. 



Məsələ  311:  Əgər  namaz  əsnasında  dəstəmaz  alıb-

almamasında şəkk etsə, namazı batildir və gərək dəstəmaz alıb, 

namazı yenidən qılsın. 

Məsələ  312:  Namazdan  sonra,  dəstəmazının  batil  olduğunu 

bilərsə, amma namazdan qabaq və ya sonra batil olduğunda şəkk 

edərsə, qıldığı namaz səhihdir. 

Məsələ  313:  İnsanda  yaranan  bir  xəstəlik  üzündən  ondan 

damla-damla bövl gəlirsə və  ya ğaitinin çıxmasının qarşısını ala 

bilmirsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna qədər 



İzahlı şəriət hökmləri

       89 

 

olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda 



fürsət  tapacağına  yəqini  varsa,  namazı  fürsət  tapacağı  vaxtda 

qılmalıdır.  Əgər  fürsəti  yalnız  namazın  vacibinə  yetəcək  qədər 

olsa,  fürsət  tapan  kimi  namazın  yalnız  vaciblərini  yerinə 

yetirməli,  azan,  iqamə  və  qunut  kimi,  müstəhəb  olan  əməlləri 

tərk etməlidir. 

Məsələ  314:  Əgər  dəstəmaz  və  namaz  miqdarında  vaxt 

tapmasa,  belə  ki,  namaz  əsnasında  ondan  bir  neçə  dəfə  sidik  və 

ya qait xaric olsa, onun hər dəfəsində dəstəmaz ala bilərsə və bu 

iş onun üçün çətin olmazsa, onda gərək öz yanında bir qabda su 

qoysun  ki,  hər  vaxt  sidik  və  ya  qait  ondan  xaric  olsa,  dərhal 

dəstəmaz  alıb  namazın  qalan  hissəsini  qılsın.  Zahir  budur,  o 

namazı bir dəstəmaz ilə qılmaq kifayət edir. 

Məsələ  315:  Qaiti  ya  sidiyi  ardıcıl  şəkildə  xaric  olan  və  hər 

dəfədən  sonra,  onun  üçün  dəstəmaz  almaq  çətin  olan  bir  şəxs, 

namazının müəyyən miqdarını dəstəmaz ilə qıla bilsə, gərək hər 

namaz üçün bir dəstəmaz alsın. 



Məsələ  316:  Sidiyi  və  ya  qaiti  ardıcıl  olaraq  xaric  olan  bir 

şəxs,  əgər  namazın  heç  bir  miqdarını  dəstəmazla  qıla  biləmsə 

ehtiyat-vacib budur ki, hər namaz üçün bir dəstamaz alsın. 

Məsələ  317:  Əgər  bir  şəxs  xəstəlik  səbəbi  ilə  yel  çıxmasının 

qarşısını ala bilməsə, sidik və ya qaitin çölə gəlməsinin qabağını 

ala biməyən şəxslər kimi əməl etməlidir. 

Məsələ  318:  Səcdə  və  unudulmuş  təşəhhüd  namazın  digər 

üzvlərinin hökmündədir. Lakin ehtiyat namazı, müstəqil namazın 

hökmündədir.  Hər  birində  314,  315  və  316-cı  məsələlərə  uyğun 

əməl etməlidir.  



Məsələ 319: Əgər bir şəxsdən damcı-damcı sidik xaric olursa, 

namaz  üçün,  pambıq  və  başqa  şey  olan,  bövlun  və  bədəninin 

başqa yerlərinə dəyməsinin qarşısını alan bir kisənin vasitəsi ilə, 

özünü qorumalıdır. Ehtiyat-vacib budur ki, hər namazdan qabaq, 

bövlun  nəcis  olmuş  məxrəcini  suya  çəksin,  amma  kisəni  suya 



90        

DƏSTƏMAZ 

 

çəkmək  vacib  deyil.  Həmçinin  qaitin  çölə  gəlməsinin  qarşısını 



ala  bilməyən  şəxs,  imkan  daxilində,  namaz  qıldığı  müddətdə 

qaitin başqa yerlərə sirayət etməsinin qarşısını almalıdır. Ehtiyat-

vacib  budur  ki,  çətinlik  olmayan  halda  hər  namaz  üçün  qaitin 

məxrəcini suya çəksin. 



Məsələ  320:  Əgər  bir  şəxs  sidik  və  qaitin  çölə  çıxmasının 

qarşısını  ala  bilmirsə,  mümkün  olan  halda  gərək  namaz  qıldığı 

müddətdə, hətta xərci də olsa, sidik və qaitin çıxmasının qarşısını 

alsın.  Ehtiyat-vacibə  əsasən  onun  xəstəliyi  asan  yolla  müalicə 

olunarsa gərək özünü müalicə etsin. 

Məsələ  321:  Sidik  və  qaitin  xaric  olmasının  qarşısını  ala 

bilməyən  şəxsin  xəstəliyi  sağalandan  sonra,  xəstəlik  halında  öz 

vəzifəsinə  uyğun  olaraq  qıldığı  namazları  qəza  etməsi  lazım 

deyil.  Amma  namaz  əsnasında  xəstəliyi  sağalsa,  gərək  həmin 

namazı yenidən qılsın. 

DƏSTƏMAZ ALINMASI VACİB OLAN ƏMƏLLƏR 

Məsələ 322: Altı şey üçün dəstəmaz almaq vacibdir: 

1-Meyyit namazından başqa sair vacib namazlar üçün.  

2-Unudulmuş  təşəhhüd  və  səcdə  üçün;  əgər  onlar  ilə  qıldığı 

namaz  arasında  hədəs  (sidik  kimi)  baş  vermiş  olarsa.  Ehtiyat-

müstəhəbbə əsasən səcdeyi-səhv üçün də dəstamaz alınsın. 

3-Allah evinin (Kəbənin) vacibi təvafı üçün. 

4-Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya 

nəzr  etsə. 

5-Əgər  bədənin  hər  hansı  yerini  Quranın  yazılarına  vurmağı 

nəzr etmişsə. 

6-Nəcis  olmuş  Quranı  suya  çəkmək,  yaxud  onu  tualet  və.  s 

kimi  yerlərə  düşdüyü  halda  çıxardılan  zaman,  əgər  əli  və 

bədəninin  başqa  yerlərini,  Quranın  yazılarına  vurmağa  məcbur 

olsa.  Amma  dəstəmaz  almaq   miqdarındaki  fasilədə,  Qurana 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə