Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə28/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   24   25   26   27   28   29   30   31   ...   209

70        

PAKLAYICILAR 

 

Məsələ  218:  Üzərində  meyyit  yuyulan  taxta  və  ya  daş, 

meyyitin övrət  yerinə  örtülən parça və  meyyitə qüsl verənin əli, 

meyyitlə  yuyulan  hər  bir  şey  meyyitin  qüslü  sona  çatdıqdan 

sonra pak olur. 



Məsələ  219:  Əgər  bir  şəxs  əli  ilə  bir  şeyi  yuyarsa,  o  şey  pak 

olduqdan sonra onunla birlikdə yuyulan əli də pak olur. 



Məsələ  220:  Paltar  və  buna  bənzər  şeylər  az  su  ilə  yuyulsa, 

normal həddə sıxılıb onun  yuyulduğu suyu çıxardıqdan sonra, o 

libasda qalan su pakdır. 

Məsələ  221:  Az  su  ilə  yuyulan  nəcis  qabın  paklanması  üçün 

onun üzərinə tökülən suyun ayrılmasından sonra, onun üzərində 

qalan su damlaları pakdır. 



-

 

NƏCASƏTİN ARADAN GETMƏSİ 

Məsələ  222:  Əgər  heyvanın  bədəni,  nəcisin  eyni  (qan  kimi), 

və  ya  nəcis  olmuş  su  ilə  nəcis  olsa,  onlar  aradan  getdikdə, 

heyvanın  bədəni  pak  olur.  Həmçinin  insanın  bədəninin  batini, 

ağızın,  burnunun  içi  də  eyni  qayda  ilə;  məsələn:  əgər  dişin 

dibindən qan gəlsə və ağız suyunda həll olub aradan getsə, ağızın 

içini  suya  çəkmək  lazım  deyil.  Amma  süni  diş  ağızda  nəcis 

olarsa onu yusunlar. 

Məsələ  223:  Əgər  bir  şəxsin  dişinin  dibində  yemək  qalığı 

qalsa  və  ağızın  daxilindən  qan  gəlsə,  bu  qanın  (ağızda  qalan) 

yemək qalıqlarına dəyib-dəyməməsini bilməsə, ağzındakı yemək 

pakdır. Əgər qan, ona dəysə, nəcis olur. 



Məsələ 224: Dodaqların və göz qapaqlarının bağlanan zaman 

üst-üstə düşən bir miqdarı, həmçinin insan bədəninin zahiri və ya 

batini hissələrindən olub-olmamasını bilmədiyi yerlər nəcis olsa, 

gərək suya çəksin. 



Məsələ  225: Əgər nəcis toz və ya torpaq quru libas, xalça və 

buna  bənzər  şeylərə  qonsa  silkələdikdə  ondan  toz  və  torpaq 

tökülərsə, o pakdır. 



İzahlı şəriət hökmləri

       71 

 

10 

-

 

NƏCASƏT YEYƏN HEYVANIN İSTİBRASI

 

Məsələ  226:  İnsan  nəcasətini  yeməyə  adət  edən  heyvanın 

sidik  və  qaiti  nəcisdir.  Onların  pak  olması  üçün,  gərək  heyvan 

istibra  olunsun.  Yəni,  bir  müddət  nəcasət  yeməsinin  qabağı 

alınmalı,  ona  daha  “nəcasət  yeyən”  deyilməyəcəyi  müddət 

ərzində,  pak  yem  verilməlidir.  Nəcasət  yeyən  dəvənin  ehtiyat-

vacibə  görə  qırx  gün,  inəyin  otuz  gün,  qoyunun  on  gün,  su 

quşları  yeddi  ya  beş  gün,  ev  toyuğunun  üç  gün,  nəcasət 

yeməsinin  qabağı  alınmalı,  pak  yeməklər  verilməlidir.  Əgər  bu 

müddətdən  sonra  da  onlara  “nəcasət  yeyən”  heyvan  deyilsə, 

gərək  onların  nəcasət  yeyən  heyvan  deyilməyəcəyi  mqddət 

qədəri nəcasət yeməklərinin qarşısını alsınlar. 

11- 

MÜSƏLMANIN QAİB OLMASI 

Məsələ  227:  Əgər  bir  müsəlmanın  paltarı,  bədəni  və  yaxud 

ixtiyarında olan qab-qacaq, xalça və s. nəcis olsa və o müsəlman 

qaib olsa, altı şərt ilə pakdır: 

Birinci: Müsəlman bədən və ya paltarını nəcis edib, onu nəcis 

bilərsə. Deməli; məsələn: paltarı haram yol ilə cünub olan şəxsin 

tərinə  bulanarsa  və  onu  nəcis  bilməsə,  müsəlman  qaib  olandan 

sonra onun paltarını pak bilmək olmaz.  



İkinci: Bədən ya paltarının nəcis olduğunu bilsin. 

Üçüncü:  İnsan  onun,  şərti  paklıq  olan  bir  işdə  istifsdə 

ediləcəyini  görsün;  məsələn:  o  paltarla  namaz  qılınmasını 

görsün. 

Dördüncü:  İnsan  onun,  şərti  paklıq  olan  bir  işdə  istifsdə 

etdiyini  bilsin.  Deməli,  məsələn:  namaz  qılanım  paltarının  pak 

olmasının  gərəkliliyini  bilməsə  nəcis  paltar  ilə  namaz  qılsa  o 

paltarı pak bilmək olmaz. 



Beşinci:  İnsan,  o  müsəlmanın  nəcis  olmuş  bir  şeyi  suya 

çəkməsini ehtimal versin. Deməli, suya çəkmədiyinə yəqini olsa, 

gərək  o  şeyi  pak  hesab  etməsin.  Həmçinin,  nəzərində  nəcis  və 



72        

PAKLAYICILAR 

 

pakın  aralarında  fərqi  olmayan  müsəlman  olarsa,  o  şeyi  pak 



bilmək işkallıdır. 

Altıncı:  O  müsəlman  baliğ  və  ya  yaxşını-pisi  ayıran  uşaq 

olsun. Yəni pak ilə nəcisi təyin edə bilsin 



Məsələ  228:  Əgər  insanın  özü,  nəcis  olan  bir  şeyin  pak 

olduğuna yəqin etsə və yaxud iki adil şəxs şəhadət verərsə o şey 

pakdır.  Həmçinin,  bir  şəxs,  öz  ixtiyarında  olan  nəcis  bir  şeyin 

pak olduğunu söyləyərsə və ya bir müsəlman nəcis olan bir şeyi 

paklamaq  məqsədi  ilə  yuyarsa  onun  düzgün  şəkildə  suya  çəkib-

çəkməməsi bilinməsə də, o şey pakdır. 



Məsələ  229: İnsanın libasını  yumağı öz boynuna götürən (bu 

işə vəkil olan) bir şəxs, onu yuduğunu söyləyərsə o libas pakdır. 



Məsələ  230: Əgər insanda, nəcis bir şeyi  yuyarkən onun pak 

edildiyinə yəqin etmədiyi bir hal varsa, camaatın yuduğu normal 

şəkildə yuyarsa kifayət edər. 

12 

-

 

QANIN ADİ ŞƏKİLDƏ AXMASI 

Məsələ  231: Şəri üsullarla başı kəsilən heyvanın qanı normal 

miqdarda axdıqdan sonra, onun bədənində qalan qan pakdır. 98-

ci  məsələdə  qeyd  olunduğu  kimi  bu  hökm  əti  halal  olan 

heyvanlara  məxsusdur  və  əti  haram  olan  heyvanlara  aid  deyil. 

Hətta  ehtiyat-müstəhəbbə  əsasən  bu  hökm  əti  halal  olan 

heyvanların haram üzvlərinə aid deyil. 



QABLARIN HÖKMLƏRİ 

Məsələ  232:  İtin,  donuzun,  yaxud  murdar  olmuş  heyvanın 

dərisindən  hazırlanan  qablarda  yeyib-içmək  haramdır.  Bir  halda 

ki,  rütubət  nəticəsində,  o,  yeməli  şeyin  nəcis  olmasına  səbəb 

olsun. O qablar dəstəmaz, qüsl və pak şeylərlə yerinə yetirilməsi 

lazım olan sair işlərdə gərək istifadə edilməsin. Ehtiyat-müstəhəb 

budur ki, it, donuz və ya murdar olmuş heyvanın dərisi, hətta qab 

şəklində olmasa da, istifadə olunmasın. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə