Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə25/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   21   22   23   24   25   26   27   28   ...   209

İzahlı şəriət hökmləri

       61 

 

Məsələ  162:  Əgər  bir  şey,  südəmər,  hələ  yemək  yeməyən, 

donuz südü, kafir qadının südünü yeməyən və başqa nəcis alətinə 

dəyməyən oğlan uşağın bövlü ilə nəcis olsa, onun üstünə bir dəfə 

su  töksələr  və  su  nəcis  yerlərinin  hamısına  dəysə,  pak  olar. 

Amma  ehtiyat-müstəhəb  budur  ki,  ikinci  dəfə  də  həmin  yerin 

üstünə  su  töksünlər.  Bu  halda  paltar,  xalça  və  s.  kimi  şeyləri 

sıxmaq lazım deyildir. 

Məsələ 163: Əkər bir şey, bövldən başqa bir şeylə nəcis olsa, 

nəcasəti  aradan  qaldırdıqdan  sonra,  onun  üzərinə  bir  dəfə  su 

töksələr  və  üstünə  tökülən  su  həmin  şeydən  ayrılsa  pak  olar. 

Həmçinin,  əgər  onun  üzərinə  birinci  dəfə  su  töküləndə  nəcasət 

aradan getsə və nəcasət aradan götürldükdən sonra onun üzərinə 

su yığılarsa, pak olar. Amma hər halda paltar və s. kimi şeyləri 

sıxmaq lazımdır ki, onun ğüsaləsi çıxsın. 

Məsələ  164:  Əgər  iplə  toxunmuş  nəcis  bir  həsiri  kürr  və  ya 

axar  suya  salsalar,  eyni  nəcis  aradan  gedəndən  sonra  pak  olur. 

Amma  onu  az  su  ilə  yumaq  istərlərsə,  ehtiyat-vacibə  əsasən 

gərək  mümkün  olan  bir  yolla,  tapdalamaqla  olsa  belə,  sıxaraq 

ğüsaləsini çıxartsınlar. 

Məsələ  165: Əgər buğda, arpa, düyü, sabun və s. kimi şeylər 

nəcis  olsa  kür,  yaxud  axar  suya  batırmaqla  pak  olar.  Amma 

batini  nəcis  olsa,  pak  olmaları  çətin  məsələdir.  Amma  suyun 

onun batininə çatdığı bilinərsə, o, pak olar.  



Məsələ  166:  Əgər  insan,  nəcis  suyun  sabunun  içinə  keçib-

keçməməsində şəkk edərsə, onun içi pakdır. 



Məsələ  167:  Əgər  düyü,  ət  və  bunlara  bənzər  şeylərin  zahiri 

nəcis olsa onları pak bir qaba qoyaraq, üzərinə üç dəfə su töküb 

boşaltsalar,  pak  olar.  Bu  zaman  qab  da  pak  olur.  Əgər  libas  və 

buna bənzər sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq 

istərsələr,  üzərinə  su  töküldüyü  hər  dəfəsində  sıxılmalı  və  qabı 

əyərək içərisində cəm olan ğüsaləsini tökməlidirlər. 




62        

PAKLAYICILAR 

 

Məsələ  168:  Lil  və  buna  bənzər  bir  rənglə  boyanmış  olan 

nəcis libası, kürr və  ya axar suya batırsalar və su libasın rəngilə 

muzaf halını almazdan qabaq onun hər tərəfinə yetişərsə, sıxanda 

rəngli suyun tökülməsinə baxmayaraq o libas pak olur.  



Məsələ  169:  Paltarı  kürr  və  ya  axar  suda  yuduqdan  sonra 

onun üzərində su yosunu olduğu görünsə və onun, suyun paltarın 

içinə  keçməsinə  mane  olduğu  ehtimal  olunmazsa,  o  paltar 

pakdır. 


Məsələ  170:  Əgər  libas  və  buna  bənzər  şeyləri  yuduqdan 

sonra üzərində palçıq və ya sabun parçası olduğu görünsə, onun, 

suyun  libasa  yetişməsinə  mane  olduğu  ehtimalını  verməsələr,  o 

libas  pakdır.  Amma  nəcis  su  palçığın  və  ya  sabunun  içinə 

işləmişdirsə, onların zahiri pak, daxili isə nəcisdir. 

Məsələ  171:  Hər  nəcis  şeydən,  nə  qədər  ki,  nəcasətin  eyni 

aradan qaldırılmayıb, pak olmaz. Amma nəcasətin rəngi və ya iyi 

o  şeydə  qalsa  eybi  yoxdur.  Deməli,  əgər  qanı  paltardan 

təmizləyib  suya  çəkdikdən  sonra  qanın  rəngi  o  paltarda  qalsa 

paltar  pakdır.  Amma  nəcasətin  iyi  və  ya  rəngi  vasitəsilə 

nəcasətin  zərrələrinin  o  şeydə  qalmasını  yəqin  etsələr,  yaxud 

ehtimal versələr, nəcisdir. 

Məsələ  172:  Əgər  bədənin  nəcasətini  kürr,  yaxud  axar  suda 

aradan qaldırıb təmizləsələr, bədən pak olur və sudan çölə çıxıb, 

yenidən suya girmək lazım deyil. 

Məsələ  173:  Dişlərin  arasında  qalan  nəcis  yemək,  ağıza  su 

alınıb  dolandıraraq  nəcis  yeməyin  hər  tərəfinə  çatdırılsa,  pak 

olar.  Bir  neçə  dəfə  ağıza  su  alıb  dolandırmaq  lazım  olan  yerdə 

gərək bu iş təkrarlansın ki, su nəcis yeməyin hamısına dəysin. 



Məsələ 174: Əgər baş və üzün tükünü az su ilə suya çəksələr, 

ehtiyata əsasən onun ğüsaləsini çıxartmaq üçün, gərək sıxsınlar. 



Məsələ  175:  Bədən  və  ya  paltarın  bir  yeri  az  su  ilə 

yuyulduqda,  o  yerə  bitişik  olub,  yuyulma  zamanı  suyun  adətən 

çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yəni nəcis 



İzahlı şəriət hökmləri

       63 

 

yerin  ətrafını  ayrıca  yumaq  lazım  deyil.  Əksinə  nəcis  yer  və 



onun ətrafı suya çəkilərkən birlikdə pak olurlar. Həmçinin nəcis 

bir  şeyin  yanına  pak  bir  şey  qoyub  və  hər  ikisinin  üzərinə  su 

töküldükdə də hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq 

üçün barmaqların hamısının üzərinə su tökülsə, nəcis su onların 

hamısına  yetişsə,  nəcis  olan  barmaq  pak  olduğu  zaman  o  biri 

barmaqlar da pak olur. 



Məsələ  176:  Nəcis  olan  ət  və  quyruq  digər  şeylər  kimi 

yuyulur. Suyun daxilinə keçməsinə maneə olmayacaq miqdarda, 

az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır. 

Məsələ  177:  Nəcis  olan  bədən  və  ya  qab,  sonradan  suyun 

yetişməsinə  mane  olacaq  bir  şəkildə  yağlansa,  o  bədən  və  ya 

qabı  suya  çəkmək  istədikləri  zaman,  suyun  qabın  səthinə 

yetişməsi üçün yağın aradan aparılması lazımdır. 



Məsələ 178: Kürr suya birləşmiş olan krantdan gələn su, kürr 

su hökmündədir. 



Məsələ 179: Bir şeyi yuyub pakladığını yəqin etdikdən sonra, 

onun  üzərindən  eyni  nəcisin  aradan  aparıb-aparmamasında  şəkk 

edərsə,  eyni  nəcisi  aradan  aparılmasına  yəqin  etməsi  üçün  onu 

yenidən yuması lazımdır. 



Məsələ 180: Üzərində su axa bilməyən torpaq nəcis olarsa, az 

su  ilə  pak  olmaz.  Amma  üstü  çınqıllı  və  qumlu  olan  torpaq,  su 

onun  üstünə  töküləndə  ondan  ayrılıb  quma  və  çınqıla  batdığına 

görə, qəlil su ilə pak olur. Amma, çınqılların altı nəcis qalır. 



Məsələ  181:  Suyun  batmadığı  daş,  kərpic  döşənən  yerlər, 

həmçinin bərk torpaq, nəcis olsa, qəlil su ilə pak olur. Amma, bu 

halda onun üzərinə o qədər su tökülməlidir ki, axmağa başlasın. 

Əgər onun üstünə tökülən su bir dəlikdən axıb çölə çıxsa, torpağ 

bütünlüklə pak olur. Amma axıb çölə çıxmasa, o suyun yığıldığı 

yer  nəcis  qalır.  Onun  pak  olması  üçün  bir  çala  qazmaqla  olsa 

belə,  su  çalaya  yığılsın,  sonra  oranın  suyunu  çölə  çəksinlər. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə