Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə22/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   18   19   20   21   22   23   24   25   ...   209

İzahlı şəriət hökmləri

       51 

 

ağlıkəsən  olub  müsəlman  olduğunu  bildirsə,  ata,  ana,  baba  və 



nənəsinin kafir olmasına baxmayaraq pakdır.  

Məsələ  110:  Müsəlman  olub-olmadığı  bilinməyən  bir  şəxs 

əgər qabaqcada kafir idisə nəcis və əgər müsəlman idisə pakdır. 

Müsəlmanların  digər  hökmlərini  də  daşıyırl.  Əgər  onun  əvvəl 

vəziyyəti  məlum  olmazsa  pakdır.  Lakin  müsəlmanların  sair 

hökmləri  ona  aid  edilmir;  məsələn:  müsəlman  qadınla  evlənə, 

yaxud  müsəlmanların  qəbiristanlığında  dəfn  oluna  bilməz.  Əgər 

müsəlman  ölkəsində  yaşasa  müsəlmanların  bütün  hökmləri  ona 

aid olunur. 



Məsələ  111:  Əgər  müsəlman  şəxs,  on  iki  İmamlardan 

(ələyhimus-səlam)

  birinə  düşmənlik  üzündən  nalayiq  söz  desə, 

nəcisdir. Ehtiyata əsasən düşmənçilk olmasa da nalayiq söz desə, 

ondan qorunulsun. 





-

 

ŞƏRAB 

Məsələ  112:  Şərab  və  insanı  məst  edən  hər  bir  şey,  əgər  öz-

özlüyündə, zatən maye olsa nəcisdir; əgər (narkotik maddələrdən 

sayılan həşiş kimi) mahiyyətcə maye olmasa, hətta bir şeydə həll 

edilib məhlul halına salınmaqla da axıcı olsa, pakdır.  



Məsələ  113:  Qapı,  miz,  stul  və  s-nin  rənglənməsində  işlənən 

texniki alkol həmçinin zatən içilməli olmayan alkollar və onların 

içilməsi zəhərlənməyə səbəb olan alkollar pakdırlar.  

Məsələ  114:  Üzüm  suyu,  özü-özünə  və  ya  bişirmək  vasitəsi 

ilə qaynayarsa içilməsi haram, ehtiyat-vacibə əsasən də nəcisdir. 

Üçdə  ikisinin  aradan  getməsi  ilə  pak  olmur.  Əgər  bişirmək 

vasitəsi  ilə  qaynayarsa  içilməsi  haramdır,  amma  nəcis  deyil. 

Halal olması üçün gərək üçdə ikisi aradan getsin. 

Məsələ  115:  Xurma,  mövüc  və  kişmiş,  və  onların  suyu 

qaynasa  da  belə,  pak  və  yeyilməsi  halaldır.  Baxmayaraq  ki, 

ehtiyat-müstəhəb budur ki onlardan çəkinilsin. 



52        

NƏCASƏTLƏR 

 

10 

- PİVƏ

 

Məsələ  116:  Arpadan  alınan  və  arpa  suyu  deyilən  pivə, 

nəcisdir.  Amma  təbibin  göstərişi  ilə  arpadan  alınan  və  “mauş-

şəir” adlanan su, pakdır. 

11-12- 

NƏCASƏT YEYƏN DƏVƏNİN VƏ HARAMDAN 

CÜNUB OLANIN TƏRİ  

Məsələ  117:  İnsan  nəcisini  yeməyə  adət  edən  dəvənin  təri 

nəcisdir.  Həmçinin,  ehtiyat-vacibə  görə,  insan  nəcisini  yeməyə 

adət edən sair heyvanlar da bu hökmə malikdirlər. 

Məsələ  118:  Haram  yolla  cünub  olanın  təri  pakdır,  amma 

onunla namaz qılmaq olmaz. İstər yaxınlıq vaxtı tərləmiş olsun, 

istərsədə yaxınlıqdan sonra; istər kişi olsun istərsədə qadın; istər 

zina yolu ilə olsun istərsədə ləvat və ya heyvanlarla yaxınlıq yolu 

ilə yaxud da, istimna ilə

1



Məsələ  119: 

Əgər  insan,  qadınla  yaxınlıq  etməyin  haram 

olduğu vaxt; məsələn: Ramazan ayı, oruc halda və ya qadın heyz 

olan halda onunla yaxınlıq etsə, ehtiyat-vacibə görə, öz tərindən 

qorunsun. 

Məsələ  120: 

Əgər  haram  yolla  cünub  olan  şəxs,  qüsl 

əvəzində  təyəmmüm  etsə  və  təyəmmümdən  sonra  tərləsə, 

ehtiyat-müstəhəbə əsasən o tərdən çəkinsin.  



Məsələ 121: 

Əgər bir şəxs, haram yolla cünub olsa və sonra 

öz halalı ilə yaxınlıq etsə və ya əvvəl öz halalı ilə yaxınlıq edib, 

sonra  haram  yolla  cünub  olsa,  ehtiyat-vacibə  görə,  öz  tərindən 

çəkinsin. 

                                              

1

 Onanizm-yəni,  insan  özü  ilə  sperma  xaric  olmasına  səbəb  olacaq  bir  iş 



görəməsinə deyilır. 


İzahlı şəriət hökmləri

       53 

 

NƏCASƏTİN SÜBUT OLUNMASI YOLLARI  

Məsələ  122:  Bir  şeyin  nəcis  olmasını  üç  yolla  sübut  etmək 

olar: 


1-  Bir şeyin nəcis olduğuna,  insanın özünün  yəqin etməsi və 

ya  ağıl  kəsən  yolla  əmin  olmasıyla.  Əgər  bir  şeyin  nəcis 

olduğunu güman edərsə, ondan çəkinməsi lazım deyil. Buna görə 

murdar  və  paklığa  riayət  etməyən,  bu  kimi  məsələlərə  laqeyd 

olan  adamların  yemək  yediyi  çayxana  və  mehmanxanalarda 

insan, onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, 

bunun eybi yoxdur. 

2-  Yalançılıqla  müttəhim  olmayan  bir  şəxsin  öz  ixtiyarında 

olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, insanın həyat 

yoldaşı,  nökəri,  yaxud  qulluqçu  öz  əlindəki  şeyin  (qab,  yaxud 

başqa bir əşyanın) nəcis olduğunu söyləsə, o şey nəcisdir. 

3- İki adil kişinin bir şeyin nəcis olmasını xəbər vermələri və 

yaxud bir nəfərin sözündən xatircəmlik hasil olsun. 

Məsələ  123:  Əgər  məsələni  bilməməzlik  üzündən  müəyyən 

bir şeyin nəcis və ya pak olmasını; məsələn, haram yolla cünub 

olan  şəxsin  tərinin  nəcis  və  ya  pak  olmasını  bilməsə,  məsələni 

soruşmalıdır. Amma məsələni bildiyi halda bir şeyin nəcis və ya 

pak  olması  barəsində  şəkdə  olsa;  məsələn,  bir  şeyin  qan  olub-

olmaması barəsində şəkk etsə, yaxud insanın və ya milçəyin qanı 

olmasını bilməsə, pakdır. 

Məsələ  124: İnsan əvvəlcədən nəcis olan şeyin sonradan  pak 

olub-olmamasında  şəkk  edərsə,  nəcisdir.  Əgər  əvvəlcədən  pak 

olan bir şeyin sonradan nəcis olub-olmaması barədə şəkk edərsə, 

pakdır.  Onun  nəcis  və  ya  pak  olmamasını  başa  düşmək  imkanı 

olsa belə, axtarış lazım deyildir. 

Məsələ  125:  Hər  ikisindən  istifadə  etdiyi  iki  qab,  yaxud  iki 

paltardan  birinin  nəcis  olmasını  bilsə,  amma  müəyyən  şəkildə 

hansının  nəcis  olmasını  bilməsə,  gərək    hər  ikisindən  çəkinsin. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə