Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə20/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   16   17   18   19   20   21   22   23   ...   209

44        

TƏXƏLLİNİN HÖKMLƏRİ 

 

etməyəcək  şəkildə  azacıq  rütubətli  olsa  belə,  heç  bir  maneəsi 



yoxdur. 

Məsələ  69:  Ehtiyat-müstəhəbbə  əsasən,  qaitin  təmizləndiyi 

daş  ya  parça,  üç  tikə  olsun.  Əgər  üç  tikə  ilə  nəcis  aradan 

getməsə,  nəcisin  aradan  getməsinə  qədər  daşları  artırılmalıdır. 

Lakin  gözlə  görünməyən  kiçik  zərrələrin  qalmasının  eybi 

yoxdur. 

Məsələ  70:  Allah  və  Peyğəmbərin 

(səlləllahu  ələyhi  və  alihi  və 

səlləm)

 

adları yazılmış kağız kimi, ehtiram göstərilməsi vacib olan 

şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə 

də ğaitin məxrəcini paklamaq olmaz. 



Məsələ 71: Məxrəcini paklayıb paklamadığında şəkk edən bir 

şəxs  adətən  sidik  və  ğaitdən  sonra  dərhal  özünü  pak  edirmişsə 

də, ehtiyat-vacibə əsasən yenidən paklaması lazımdır. 

Məsələ  72:  Əgər  namazdan  sonra  bir  şəxs  namazdan  əvvəl 

övrətinin  məxrəcini  paklayıb-paklamadığında  şəkk  edərsə, 

qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklaması 

lazımdır. 



İSTİBRA 

Məsələ  73:  İstibra,  kişilərin  sidikdən  sonra,  sidiyin  sidik 

kanalında  qalmamasına  əmin  olmaları  üçün  yerinə  yetirdikləri 

müstəhəb  bir  əməldir.  İstibra  bir  neçə  növdür:  Onlardan  ən 

yaxşısı  budur  ki,  əgər  sidik  kəsildikdən  sonra,  ğaitin  məxrəci 

nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin 

orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli 

və  daha  sonra  baş  barmağı  alətin  üzərinə  və  onun  yanındakı 

barmağı da alətin altına qoyaraq, aləti sünnət olunan yerə qədər 

üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır. 

Məsələ  74:  Bəzən  şəhvət  hissinin  təhrik  olunmasından  sonra 

insandan  gələn  “məzi”  adlanan  su,  pakdır.  Həmçinin,  mənidən 

sonra gələn “vəzi” adlanan və bəzən sidikdən sonra gəlib “vədi” 



İzahlı şəriət hökmləri

       45 

 

adlanan  su  da  əgər  bövl  və  məni  ona  qatışmayıbsa  pakdır.  Belə 



ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir 

su  gəldiyi  zaman  sidik  və  ya  bu  üç  sudan  biri  olmasında  şəkk 

edərsə, pakdır. 

Məsələ  75:  Əgər  insan  istibra  edib-etməməsinə  dair  şəkk 

edirsə  və  ondan  bir  nəm  xaric  olursa,  onun  pak  və  ya  nəcis 

olmasını  bilmirsə,  nəcisdir  və  dəstəmaz  alıbsa  batildir.  Amma 

etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman 

ondan  nəm  gəlirsə  və  bunun  pak  olub-olmadığını  bilmirsə,  pak 

sayılır və dəstəmazı batil deyil. 



Məsələ 76: İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir 

müddət  keçəndən  sonra  məcrada  sidiyin  qalmamasına  arxayın 

olsa  və  sonra  bir  nəm  görüb  onun  pak  olub-olmamasında  şəkk 

edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir. 



Məsələ  77:  Əgər  insan  sidikdən  sonra  istibra  edib  dəstəmaz 

alsa və dəstəmazdan sonra özündə sidik, və ya məni olması ona 

məlum  olan  bir  nəmlik  müşahidə  edərsə,  bu  halda  ehtiyata 

əsasən  qüsl  edib  dəstəmaz  alması  vacibdir.  Amma  dəstəmaz 

almamışdırsa, yalnız dəstəmaz alması kifayətdir. 

Məsələ 78: Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə 

nəmlik  görərsə  və  bu  nəmliyin  sidik  olub-olmamasına  şəkk 

edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da batil etməz. 

TƏXƏLLİNİN MÜSTƏHƏB VƏ MƏKRUHATI 

Məsələ 79: İnsanın təxəlli vaxtında bir şəxsin görməyəcəyi bir 

yerdə  oturması,  təxəlli  yerinə  daxil  olduğu  zaman  əvvəl  sol 

ayağını və çıxanda əvvəl sağ ayağını atması, təxəlli halında ikən 

başını  örtməsi  və  bədəninin  ağırlığını  sol  ayağına  salması 

müstəhəbdir. 

Məsələ  80:  Təxəlli  vaxtında  günəşlə  və  ya  ayla  üzbəüz 

oturmaq  məkruhdur.  Amma  övrətini  bir  şeylə  örtsə  məkruh 

deyil.  Habelə  külək  qabağında,  yolda,  xiyabanda,  küçədə,  evin 



46        

TƏXƏLLİNİN HÖKMLƏRİ 

 

qapısında  və  meyvə  verən  ağacın  altında  təxəlli  etmək,  təxəlli 



vaxtı  nə  isə  yemək,  çox  oturmaq,  sağ  əl  ilə  yumaq  məkruhdur. 

Həmçinin təxəlli vaxtı danışmaq, (da məkruhdur) amma məcbur 

qalarsa və ya zikr edərsə eybi yoxdur. 

Məsələ 81: Ayaq üstə, bərk yerə, heyvanların yuvasına, suya, 

xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur. 



Məsələ  82:  Bövl  və  qaitin  qarşısını  almaq  məkruhdur.  Əgər 

qarşısını almaqla bədənə zərər çatsa, haramdır. 



Məsələ  83:  İnsanın  namazdan,  yatmazdan,  cinsi  əlaqədən 

əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbdir. 

 



İzahlı şəriət hökmləri

       47 

 

NƏCASƏTLƏR 

Məsələ 84: Nəcasət on iki şeydən ibarətdir. 

1. Sidik. 

2. Ğait. 

3. Məni. 

4. Murdar olmuş heyvan. 

5. Qan. 


6. İt. 

7. Donuz. 

8. Kafir. 

9. Şərab. 

10. Pivə. 

11.  Nəcis  yeyən  heyvanın  təri.  Ehtiyat-vacibə  əsasən  ondan 

qorunmaq lazımdır. 

12- Haramdan cünub olanın təri 



1-2 SİDİK VƏ ĞAİT (İFRAZAT) 

Məsələ  85:  İnsanın  və  atıcı  qanı  olan  (yəni,  damarını 

kəsdikdə,  qanı  sıçrayışla  gələn)  haram  ətli  heyvanların  sidik  və 

ğaiti  nəcisdir.  Ehtiyat-müstəbb  budur  ki,  atıcı  qanı  olmayan 

haram  ətli  heyvanların  məsələn  əti  haram  olan  balığın  sidik  və 

ğaitindən çəkinilsin. Əti haram olan kiçik canlıların; məsələn: əti 

olmayan ağcaqanad və milçəy kimi, həşəratın fəzləsi pakdır.  



Məsələ  86:  Əti  haram  olan  quşların  ğaitləri  pakdır,  amma 

daha yaxşı budur ki, onlardan çəkinilsin. 



Məsələ  87:  Nəcasət  yeyən  heyvanın  bövl  və  ğaiti  nəcisdir. 

Ehtiyata  əsasən  donuz  südü  əmən  quzunun,  həmçinin  (nəuzu 

billah)  insanın  cinsi  əlaqədə  olduğu  heyvanın  sidik  və  ğaiti  də 

eyni hökmü daşıyır. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə