Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə16/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   12   13   14   15   16   17   18   19   ...   209

30        

ON İKİNCİ İMAM 

 

Uşaq  ikən  Allah  ona  imamlıq  məqamını  verdi.  Bir  müddət 



atasının dövründə, bir  müddət də  atasından  sonra  adi insanların 

gözünə görünməz və xüsusi insanlarla görüşərdi. 

İmamın 

(ə.c)

  müsəlmanlar  arasında  xüsusi  nümayəndələri  var 

idi. İmamın 



(ə.c)

 müsəlmanlar arasında olan nümayəndələri dörd 

nəfər  idilər.  Onlar  Bağdadda  müsəlmanlar  arasında  yaşamış, 

orda dəfn olunmuşlar. Onlar bunlardır:  

Birinci:  Osman  ibn  Səid.  İmam  Zamanın  (ə.c)  və  imam 

Həsən  Əsgərinin  (ələyhis-səlam)  xüsusi  və  ən  etimadlı 

vəkillərindən olmuşdur. Hicrətin 280-cı ilində vəfat etmişdir. 

İkinci: Mühəmməd ibn Osman ibn Səid. Hicrətin 304 və ya 

305-ci ilində vəfat edib.  



Üçüncü:  Həsən  ibn  Ruh  Nubəxti.  Hicrətin  326-cı  ilində 

vəfat edib. 

Dördüncü:  Əli  ibn  Mühəmməd  Səmuri.  Hicrətin  329-cu  ili 

vəfat edib. 

Səmurinin  vəfatı  ilə  İmamın  (ə.c)  müsəlmanlarla  xüsusi 

səfirləri  qurtarır.  Bununlada  “qeybəti-suğra”  vaxtı  sona  yetir  və 

“qeybəti-kubra”  başlanır.  Bu  da  Allah-taalanın  İmamın  (ə.c) 

zühurunu  məsləhət  bildiyi vaxta qədər  davam edəcək. Ona görə 

də  bu  dövrdə  hər  kim  iddia  edib  desə,  İmamın  (ə.c)  vəkili  və 

səfiriyəm,  yalançı  sayılır.  Allah  məsləhət  bildiyi  zaman  zühur 

edəcək və dünyanı ədalət ilə dolduracaq. Çünki Allah-taala vədə 

verib


1

 və  babası  Peyğəmbər  O,  dünyaya  gəlməmiş  xəbər 

vermişdir.  

 

                                              



1

  



İzahlı şəriət hökmləri

       31 

 

TƏQLİDİN HÖKMLƏRİ 

Məsələ  1:  Hər  bir  müsəlmanın  üsuli-dinə  əqidəsi  dəlil 

əsasında olmalıdır. Üsulid-dində təqlid edə bilməz. Yəni üsulid-

dində  ayrı  bir  şəxsin  sözünü,  yalnız  onun  deməsinə  etimad 

edərək qəbul etmək olmaz. 

Amma  furuid-dində  yəni  şəri  hökmlərdə  ya  müctəhid  olub 

(dini  hökmləri  çıxara  bilməli)  və  öz  əqidəsinə  əsasən  əməl 

etməli,  ya  bir  müctəhidə  təqlid  etməli,  ya  da  öz  təklifini  (şəri 

vəzifəsini)  düzgün  yerinə  yetirməsinə  yəqin  edəcək  bir  şəkildə, 

ehtiyat yolu ilə əməl etməlidir. Məsələn: müctəhidlərin bəzisi bir 

əməlin  haram  olduğunu,  digərləri  isə  haram  olmadığını 

söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən 

bəzisi  vacib,  digərləri  isə  müstəhəb  buyururlarsa,  onu  etməlidir. 

Deməli  müctəhid  olmayan  şəxslərin  və  ehtiyata  əməl  edə 

bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir. 



Məsələ  2:  Hökmlərdə  təqlid,  müctəhidin  göstərişlərinə  əməl 

etməkdir.  Təqlid  ediləcək  müctəhid  kişi,  həddi-büluğa  çatmış, 

ağıllı,  on  iki  imam 

(ələyhimus-səlam)

  şiəsi,  halalzadə,  diri  və  adil 

olmalıdır.  Adil,  vacib  olan  işləri  yerinə  yetirib,  ona  haram  olan 

şeylərdən  çəkinən  şəxsə  deyilir.  İnsanın  zahirdə  yaxşı  olması 

ədalətin  nişanəsidir,  belə  ki,  onunla  bir  yerdə  yaşayan 

camaatdan,  qonşulardan  və  ya  onunla  əlaqədə  olan  şəxslərdən 

onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq 

etsinlər.  Müctəhidlər  arasında  fətva  ixtilafı  olduğu  təqdirdə 

insanın təqlid etdiyi müctəhid ələm olmalıdır. 

1

 

Məsələ  3:  Müctəhid  və  ələm  həmçinin  təqlidin  digər  şərtləri 

üç yoldan biri ilə tanınır: 

                                              

1

 Yəni  Allahın  hökmlərini  dərk  etməkdə  zəmanəsinin  müctəhidlərinin 



hamısından daha elimli olmalıdır. 


32        

TƏQLİDİN HÖKMLƏRİ 

 

1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub 



müctəhid  və  ələmi  tanıya  bilsin.  Müçtəhid  və  ələmi  tanımaqda 

insanın özünün müçtəhid olması lazım deyil. 

2.  Müctəhid  və  ələmi  tanıyan  iki  adil  alimin,  bir  şəxsin 

müctəhid və  ya ələm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar 

kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi 

şərti  ilə;  hətta  bir  şəxsin  müctəhid  və  ya  ələm  olmağı,  insanın 

inamı olan mütəxəssis bir şəxsin sözü ilə də sübut oluna bilər. 

3.  İnsan  əqlin  qəbul  etdiyi  yolla  bir  şəxsin  müctəhid  və  ya 

ələm  olmasına  xatircəm  olsun.  Məsələn,  müctəhid  və  ələmi 

tanımağa  qadir  olan  və  sözlərindən  xatircəmlik  hasil  olan  bir 

dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ələm olduğunu təsdiq 

etmələri ilə. 



Məsələ 4: Əgər bir şəxsin ələm olması haqqında əminlik əldə 

etmək  çətin  olsa,  ehtiyata  əsasən  ələm  olması  güman  olunan 

şəxsin  göstərişlərinə  əməl  olunmalıdır.  Əgər  güman  da  olmasa, 

ələm  olması  ehtimal  olunan  şəxsin  göstərişlərinə  əməl 

olunmalıdır.  Əgər  bu  ehtimal  bir  neçə  nəfər  haqqında  olsa, 

onlardan 

birindən 

təqlid 


olunmalıdır. 

Əlbəttə 


bizim 

zəmanəmizdəki  kimi  ələmi  təyin  etmək  çətin  olarsa,  ələmdən 

təqlid etmək lazım deyil. Baxmayaraq ehtiyat budur ki, ələmliyi 

ehtimal olunan şəxsdən təqlid olunsun.  



Məsələ  5: Müctəhidin fətvasını, yəni göstərişini əldə etməyin 

dörd yolu vardır: 

1. Müctəhidin özündən eşitmək. 

2. Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək. 

3. Sözünə inanılmış bir şəxsdən eşitmək. 

4.  Müctəhidin risaləsində görmək; (risalənin düzlüyünə əmin 

olmaq şərti ilə). 



Məsələ  6:  İnsan  müctəhidin  fətvasının  dəyişdiyini  yəqin 

etməyənə  qədər,  onun  risaləsində  yazılmış  fətvalara  əməl  edə 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə