Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə18/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   14   15   16   17   18   19   20   21   ...   209

İzahlı şəriət hökmləri

       37 

 

aşağıdan  yuxarı  doğru  olarsa,  nəcis  şeyə  çatan  hissəsi  nəcis, 



qalan hissəsi isə pakdır. 

Məsələ 27: Eyni-nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis 

şeyin  üzərinə  tökülərək  ondan  ayrılan  az  su  nəcisdir.  Həmçinin 

ehtiyata  əsasən,  eyni  nəcisin  aradan  qaldırılmasından  sonra, 

nəcis  şeyi  suya  çəkmək  üçün  onun  üzərinə  tökülərək  ayrılan  su 

da nəcisdir. 

Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə pakdır: 

1. Nəcasətin iyi, rəng və ya dadını almasın. 

2. Kənardan başqa bir nəcis ona çatmasın. 

3.  Sidik  və  ya  ğaitlə  birlikdə  qan  kimi  ayrı  bir  nəcasət 

gəlməsin. 

4. Suyun içərisində ğait zərrələri olmasın. 

5.  Nəcasət  məxrəc  yerinin  ətrafına  adi  qaydadan  artıq 

yayılmamış olsun. 



- AXAR SU 

Məsələ 28: Axar su, o suya deyilir ki, yerdən coşub çıxsın və 

axmaqla  hərəkətdə  olsun.  İstər  yerin  üstü  ilə  axsın  istərsədə  altı 

ilə.  

Məsələ  29:  Axar  su  kürr  su  miqdarından  az  belə  olsa,  ona 

nəcasət  dəydiyi  zaman  iyi,  rəngi  və  ya  dadı  nəcasət  vasitəsilə 

dəyişməyincə, pakdır. 

Məsələ  30:  Əgər  axar  suya  nəcasət  dəysə  və  onun  bir 

hissəsinin  iyi,  dadı  və  ya  rəngi  nəcasət  dəyməsi  ilə  dəyişərsə  o 

hissəsi  nəcisdir.  Dəyişməyən  hissənin  çeşməyə  birləşən  hissəsi 

kürr sudan az olsa belə, pakdır. Çayın digər tərəfinin suları əgər 

kürr  miqdarında  olsa,  yaxud  dəyişməmiş  su  vasitəsi  ilə  çeşmə 

tərəfinə birləşsə pak, əks halda nəcisdir. 



Məsələ  31:  Axmayan,  amma  suyundan  bir  az  götürüldükdə 

təkrar  qaynayan  çeşmə,  axar  su  hökmündədir.  Yəni  nəcasət 




38        

TƏHARƏTİN HÖKMLƏRİ 

 

dəyərsə,  nə  qədər  ki,  iyi  və  ya  rəngi,  yaxud  dadı  nəcasətin 



vasitəsi ilə dəyişməyib, pakdır. 

Məsələ  32:  Arxın  qırağında  toplanmış,  axar  suya  birləşmiş 

durğun su, axar su hökmündədir. 



Məsələ  33:  Qışda  coşan,  yayda  isə  coşmayan  su,  təkcə 

coşduğu zanan axar su hökmündədir.  



Məsələ  34:  Suyu  kürrdən  az  olan  hamamın  hovuzu,  kürr 

miqdarında olan mənbəyə bağlı olsa axar su hökmündədir. 



Məsələ  35:  Hamam  və  binaların  krant  və  duşlarının 

borularından  tökülən  su,  kürr  suyuna  bağlı  olarsa  axar  su 

hökmündədir. 

Məsələ  36:  Yer  üzərində  axan,  lakin  yerdən  qaynamayan  su, 

kürr su miqdarından azdırsa, nəcasət  dəyərsə nəcis olur. Amma 

yuxarıdan  aşağıya  axsa,  aşağı  hissəsinə  dəyərsə,  yuxarı  hissəsi 

nəcis olmaz. 





-

 

YAĞIŞ SUYU 

Məsələ  37:  Əgər  üstündə  nəcasətin  eyni  olmayan  nəcis  bir 

şeyə  bir  dəfə  yağış  yağsa,  yağışın  dəydiyi  yerlər  pak  olur  və 

xalça,  paltar  və  bu  kimi  şeyləri  (yağış  dəyəndən  sonra)  sıxmaq 

lazım  deyil.  Amma  iki-üç  damcı  yağış  yağmasının  faydası 

yoxdur. Yağış elə yağmalıdır ki, “yağış yağır” deyilsin. Ehtiyat-

vacibə əsasən yağış suyu möhkəm yerin üzərində axsın. 



Məsələ  38:  Əgər  yağış  nəcasətin  eyninin  üstünə  yağıb  başqa 

yerə  sıçrasa,  bu  halda  nəcasətin  eyni  o  damcılarla  birlikdə 

olmasa  və  nəcasətin  iyi  və  ya  rəngi  yaxud  da  dadını  özünə 

götürməsə, pakdır.  



Məsələ  39:  Əgər bir binanın tavanı və ya damı üzərində eyni 

nəcis  varsa,  yağış  yağdığı  müddətdə  o  nəcisə  dəyərək  tavandan 

və  ya  damdakı  navalçadan  tökülən  su  pakdır.  Amma  yağış 

kəsildikdən  sonra,  gəlməkdə  olan  suyun  o  nəcisə  dəydiyi 

bilinirsə, nəcisdir. 



İzahlı şəriət hökmləri

       39 

 

Məsələ  40: Nəcis olan bir  yerə  yağış  yağarsa, pak olar. Əgər 

yağış suyu yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, 

tavanın altındakı nəcis yerə yetişirsə, oranı da pak edər. 

Məsələ  41:  Nəcis  torpaq  yağışın  yağması  ilə  palçıq  olarsa, 

pak olur, bu şərtlə ki, suyun ona mütləq şəkildə dəyməsi məlum 

olsun. Amma Bu məlumatı əldə etmək çox çətin məsələdir. 

Məsələ 42: Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından 

az  olsa  belə,  yağış  yağdığı  zaman  nəcis  bir  şey  onun  içərisində 

yuyularsa,  o  su  nəcasətin  iyi,  rəng  və  ya  dadını  almazsa,  nəcis 

şey pak olar. 



Məsələ 43: Nəcis bir yer üzərində sərili olan pak bir xalçanın 

üzərinə  yağış  yağsa  və  yağış  yağmağa  davam  etdiyi  halda 

xalçadan  yerə  keçərsə,  xalça  nəcis  olmaz.  Həmin  yer  isə 

nəcisdən paklanar. 





-

 

QUYU SUYU 

Məsələ 44: Yerdən qaynayan quyu suyu, kürr su miqdarından 

az olsa belə, nəcasət ona dəydiyi zaman onun iyi, rəng və ya dadı 

o  nəcasət  vasitəsi  ilə  dəyişməyincə,  həmin  su  pakdır.  Amma 

müstəhəbdir  ki,  bəzi  nəcasətlər  quyu  suyuna  dəyəndə  (düşəndə) 

sair  müfəssəl  kitablarda  deyilən  şəkildə,  o  quyunun  suyundan 

çəksinlər. 



Məsələ  45:  Əgər  quyuya  nəcis  tökülsə  və  onun  iyini  və  ya 

rəngini,  yaxud  da  dadını  dəyişsə,  suda  baş  verən  dəyişiklik 

aradan  getsə  pak  olur.  Daha  yaxşı  olar  quyudan  coşub  çixan  su 

ilə qarışsın.  



Məsələ  46: Əgər yağış suyu, bir çalada yığışsa və kürrdən az 

olsa, nəcasətin ona dəyməsi ilə nəcis olur.  



SULARIN HÖKMLƏRİ 

Məsələ  47:  Mənası  on  beşinci  məsələdə  deyilən  muzaf  su 

nəcis şeyi pak etmir, onunla alınan dəstəmaz və qüsl batildir. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə