Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə17/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   13   14   15   16   17   18   19   20   ...   209

İzahlı şəriət hökmləri

       33 

 

bilər.  Əgər  hökmün  dəyişdiyinə  ehtimal  versə,  axtarış  aparmaq 



lazım deyil. 

Məsələ  7:  Ələm  müctəhidin  fətva  verdiyi  bir  məsələdə,  o 

müctəhidin  müqəllidi,  yəni  ona  təqlid  edən  şəxs  başqa 

müctəhidin  fətvasına  əməl  edə  bilməz.  Amma  fətva  verməsə  və 

ehtiyat bu şəkildə əməl etməkdir deyərsə, məsələn; ehtiyat budur 

ki, namazın birinci və  ikinci rəkətində  Həmdi oxuduqdan  sonra 

şəxs  bir  surə  oxumalıdır,  müqəllid  ya  ehtiyat-vacib  deyilən  bu 

ehtiyata əməl etməlidir, yaxud təqlid edilməsi icazəli olan başqa 

bir  müctəhidin  fətvasına  əməl  etməlidir.  Əgər  o  müctəhid  təkcə 

Həmdi  kifayət  bilirsə,  buna  əsasən  o,  surəni  tərk  edə  bilər. 

Həmçinin ələm müctəhid bir məsələnin üzərində düşünülməli və 

ya iradlı olduğunu deyərsə, bu da eyni hökmdədir. 

Məsələ  8:  Ələm  müctəhid,  bir  məsələdə  fətvasını  verdikdən 

sonra  və  ya  fətva  verməzdən  əvvəl,  o  məsələdə  ehtiyat  edərsə, 

məsələn:  nəcis  bir  qab  kürr  suda  bir  dəfə  yuyularsa,  pakdır, 

amma ehtiyat budur ki, üç dəfə yuyulsun deyirsə, onun müqəllidi 

bu ehtiyatı tərk edə bilər. Buna ehtiyat-müstəhəb deyilir. 

Məsələ  9:  Əgər  göstərişinə  əməl  etdiyi  müctəhid,  dünyasını 

dəyişsə,  onun  təqlidində  qalması  caizdir.  Əgər  o,  diri 

müctəhidlərdən  ələm  olarsa,  onun  təqlidində  qalması  vacibdir. 

İstər o məsələ yadında olsun və ya olmasın istər o məsələyə əməl 

etsin  və  yaxud  etməsin.  Əlbəttə  ölü  müctəhid  ölməzdən  qabaq 

təqlidə  aid  olan  şərtləri  əldən  verməsin.  Deməli  müctəhid 

ölməzdən qabaq unutqanlıq xəstəliyi tutarsa təqlid batil olur və o 

müctəhidin təqlidində qalmaq düzgün deyil. 



Məsələ 10: Əgər bir məsələdə bir müçəhidin göstərişinə əməl 

etsə  o,  öldükdən  sonra  həmən  məsələdə  diri  müçtəhidin 

göstərişinə  əməl  etsə  yenidən  ölü  müçtəhidin  fətvasına  uyğun 

əməl edə bilməz.  



Məsələ  11:  İnsanın,  çox  vaxt  ehtiyacı  olan  məsələləri 

öyrənməsi vacibdir. 




34        

TƏQLİDİN HÖKMLƏRİ 

 

Məsələ  12:  İnsan,  hökmünü  bilmədiyi  bir  məsələylə 

qarşılaşarsa, ehtiyata əməl etməlidir, ya da müctəhidlik şərtlərini 

özündə  toplayan  müctəhidə  təqlid  etməlidir.  Əgər  qeyri  ələmlə 

ələm  arasında  fətva  fərqinin  olduğuna  ehtimal  versə,  əməli 

yerinə  yetirməyi təxirə salmaq və ehtiyata əməl etmək  mümkün 

olmasa  yaxud  çətin  olarsa  və  daha  elimli  müctəhidin  fətvasını 

öyrənmək  imkanı  yoxdursa,  növbəti  mərhələdə  ələmliyə,  riayət 

etməklə qeyri-ələmə təqlid etməyi icazəlidir. 



Məsələ  13:  Əgər  bir  şəxs  bir  müctəhidin  fətvasını  başqa  bir 

şəxsə  desə,  sonra  müctəhidin  fətvası  dəyişsə,  ona  fətvanın 

dəyişməsini xəbər  verməsi lazım  deyil. Amma fətvanı dedikdən 

sonra  səhv  etdiyini  başa  düşsə,  gərək  mümkün  olan  halda  o 

səhvini düzəltsin. 

Məsələ  14:  Bir  mükəlləf,  əməllərini  bir  müddət  təqlidsiz 

yerinə  yetirsə  və  sonra  bir  müctəhiddən  təqlid  etsə,  əgər 

müçtəhid  onun  keçmiş  əməllərinin  düzgün  olmasına  hökm  etsə 

əməlləri düzgün əks halda isə batildir. 




İzahlı şəriət hökmləri

       35 

 

TƏHARƏTİN HÖKMLƏRİ 

MÜTLƏQ VƏ MÜZAF SU 

Məsələ  15:  Su  mütləq  (saf),  və  ya  muzafdır  (qarışıq).  Muzaf 

su bir şeydən alınan suya deyilir. Qarpız və gül suyu kimi, ya bir 

şeylə  qarışan  su,  belə  ki  ona  “su”  deyilməyəcək  şəkildə,  palçıq 

və  ona  bənzər  bir  şeylə  qarışmış  olan  suya  deyilir.  Bunlardan 

başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır: 

1

. Kürr suyu; 



2

. Az su; 



3

. Axar su; 



4

. Yağış suyu; 



5

. Quyu suyu; 



1-KÜRR SUYU 

Məsələ  16:  Uzunluğu,  eni  və  dərinliyi  hər  biri  üç  qarış

1

   olan 


qabı dolduran miqdarda olan və ya çəkisi 384 kq olan suya kürr 

suyu deyilir. 



Məsələ  17:  Əgər  sidik,  qan,  kimi  eyni  nəcis,  həmçinin  nəcis 

olmuş paltar və nəcis olmuş bir şey kürr suya  dəyərsə, o suyun 

iyi  və  ya  rəngi,  ya  da  dadı  nəcasətin  təsirindən  dəyişərsə,  kürr 

suyu nəcis olur; əgər dəyişməzsə nəcis olmaz. 



Məsələ  18: Əgər kürr  suyun iyi, rəngi və  ya  dadı nəcasətdən 

başqa bir şeylə dəyişərsə, nəcis olmaz. 



Məsələ  19:  Əgər  kürr  su  miqdarından  artıq  olan  suyun  bir 

hissəsinin  iyi,  rəngi  və  ya  dadı,  qan  kimi  nəcisin  dəyməsi  ilə 

dəyişərsə  və  dəyişməyən  hissəsi  kürr  miqdarından  az  olsa,  o 

suyun  hamısı  nəcisdir.  Amma  dəyişməyən  hissə,  kürr 

                                              

1

. Hər bir qarış təqribən iyirmi iki santi metirdir. 




36        

TƏHARƏTİN HÖKMLƏRİ 

 

miqdarında  və  ya  daha  artıq  olsa,  yalnız  iyi,  rəng  və  ya  dadı 



dəyişən hissə nəcis, qalan hissə isə pakdır. 

Məsələ 20: Fəvvarənin suyu, kürr suya birləşik olsa, nəcis bir 

suyu  pak  edər.  Ancaq  nəcis  suyun  üzərinə  damla-damla 

tökülərsə,  onu  pak  etməz.  Lakin  fəvvarənin  üzərinə  bir  şey 

tutsalar  və  su,  damla-damla  olmazdan  əvvəl  nəcis  suya 

qovuşarsa, onu pak edər.  

Məsələ  21:  Kürr  suya  birləşən  bir  krantın  altında  yuyulan 

nəcis  bir  şeydən  tökülən  su,  əgər  kürr  suya  birləşmiş  olsa  və 

nəcasətən  iyi,  rəng  və  ya  dadını  almamışdırsa  və  nəcasətin  özü 

də onda olmazsa, pakdır. 



Məsələ 22: Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan 

hissəsi də kürr miqdarında olmazsa və ona nəcasət dəyərsə, nəcis 

olur; buzdan əriyib su olan hissə də nəcisdir. 

Məsələ  23:  Kürr  suyu  miqdarında  olan  bir  suyun,  bu 

miqdardan  azalıb-azalmadığına  şəkk  edilirsə,  kürr  su 

hökmündədir.  Yəni  nəcasəti  pak  edər  və  ona  nəcasət  dəydiyi 

vaxt  (rəngi,  dadı  və  iyi  dəyişməsə,)  nəcis  olmaz.  Kürr  su 

miqdarından  az  olan  bir  suyun  da,  kürr  miqdarına  çatıb-

çatmadığında insan şəkk edərsə, kürrdən az su hökmünü daşıyır. 



Məsələ 24: Suyun kürr olması iki yolla sübut olunur:  

1. İnsanın özü bir suyun kürr olduğunu yəqin etsin. 

2. İki adil kişi xəbər versin və ya etimad olunan bir nəfər adil 

kişi desin. Amma su ixtiyarında olan şəxs xəbər versə, məsələn 

hamamçı  suyun  kürr  olduğunu  desə  ehtiyat-vacibə  əsasən  onun 

sözünə etibar etmək olmaz. 





-

 

AZ SU 

Məsələ 25: Kürr, axar, yağış və quyu suyu olmayan suya, “az 

su” deyilir. 



Məsələ 26: Az su nəcis bir şeyin üzərinə tökülərsə və ya onun 

üzərinə  nəcis  bir  şey  tökülsə  nəcis  olur.  Amma  təziq  ilə  hətta 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə