Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə12/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   8   9   10   11   12   13   14   15   ...   209

İzahlı şəriət hökmləri

       17 

 

1-Qüdrət; Allah-taala  qüdrət sahibidir. Hər işi  məsləhət bilsə 



yerinə yetirir və heç bir işin müqabilində aciz deyil. Hər hansı bir 

işi etməyə də məcbur deyil. 

2-Elm;  Allah-taala  alimdir.  Kainatda  olan  bütün  mövcudlara 

elmi vardır, heç bir şey də ondan gizli deyil. Hətta bəndələrinin 

fikir və niyyətlərini də bilir. 

 

َ



و  ّتا

َ

وا



َ

م

َّ



سلا  ّىف  ٍة

َّ

ر



َ

ذ 

ُ



لا

َ

ق



ْ

ث ّم 


ُ

ه

ْ



ن

َ

ع  ُب



ُ

ز

ْ



ع

َ

ي 



َ

لا

 



ف 

َ

لا



 

ْ

ر



َ ْ

لْا  ّى


  ّض

 

Nə  göylərdə,  nə  də  yerdə  zərrə  qədər  bir  şey  Ondan  gizli 



qalmaz.

1

 

3-Həyat;  Allah-taala  diridir.  Yoxluq  onun  zatına  yol  tapa 

bilməz. Çünki diri olmayan varlıq yaranışın mənşəyi ola bilməz. 

O həyatı varlığa bəxş edib, gərək özü də diri olsun. 

4  və  5-Əzəli  və  Əbədi  olması;  yəni  Allah-taala  həmişə  olub 

elə  bir  zaman  təsəvvür  etmək  olmaz  ki,  o  vaxt  O  olmasın. 

Həmişə olacaq və yoxluq Onun vücuduna yol tapa bilməz. Bu iki 

sifət vücudun vacib laziməsindəndir. 

Amma  Allah  eşidəndir;  yəni  eşidilə  bilən  hər  şeyə  agahdır. 

Allah görəndir;  yəni görünə bilən hər şeyə agahdır.  Gərək bunu 

diqqətinizə  çatdıraq  ki,  bu  iki  sifət  müstəqil  sifət  deyil  bunlar 

elm sifətinə söykənirlər. 

2. Feli sifətlər

Sübutiyyə  sifətlərinin  ikinci  bölməsi  feliyyə  sifətləridir. 

Allah-taala  bu  sifətlərlə  vəsflənir  amma  onlar  Allah-taalanın 

zatından  deyil.  Bu  sifətlər  Allah-taalanın  feillərinin  vəsfidir. 

Onlardan bir neçəsini qeyd edirik: 

1-Murid;  yəni  işlərini  iradə  üzündən  edir.  Məsələn:  od 

yandırmaqda iradəsizdir. 

2-Mutəkəllim;  yəni  həqiqətləri  və  məqsədini  digərlərinə 

çatdıra bilir. 

                                              

1

Səba surəsi, ayə 3. 




18        

İSLAM DİNİNİN VƏ ŞİƏ MƏZHƏBİNİN ƏSASLARI 

 

3-Raziq; yəni Allah-taala varlığın ruzilərini onlara öz qüdrəti 



ilə çatdırır. 

4-Xaliq;  yəni  Allah-taala  göyləri  və  yeri  və  onlarda  olan 

varlıqları xəlq edib. 

Allah-taalanın  bundan  başqada  sifətləri  vardır  və  onları 

feliyyə  sifətlərindən  hesab  etmək  olar.  Amma  onların  hamısını 

burada  qeyd  etmək  mümkün  deyil.  Allah-taalanın  bu  sifətlərə 

malik  olması  üçün  dəlil  və  sübut  budur  ki,  bunlar  kəmali 

sifətlərdir və Allah-taalada bütün kəmali sifətlərə malikdir. 



SƏLBİYYƏ SİFƏTLƏRİ 

Səlbiyyə sifətləri dedikdə Allah-taalaya layiq olmayan sifətlər 

nəzərdə  tutulur.  Gərək  Allah-taalanın  zatının  o  vəsflərdən  uzaq 

olduğunu biləsən. Onlar aşağıdakılardan ibarətdir: 

1-Mürəkkəb  deyil;  çünki  hər  bir  mürəkkəb,  üzvlərə  ehtiyac 

duyur, ehtiyacı olan vacibul-vucud ola bilməz. 

2-Cisim  və  ərəz

1

 deyil;  çünki  hər  bir  cisim  və  ərəzin  məkana 



ehtiyacı  var  onsuzda  vücuda  gəlmir.  Allah-taala  məkanları 

yaratdığına görə onlara ehtiyacı yoxdur.  

3-Görünəsi deyil; çünki yalnız cisim görünə bilər, Allah cisim 

deyil, deməli (dünya və axirətdə) görünəsi deyil. 

4-Dəyişiləsi  deyil;  cavanlıq,  qocalıq,  xəstəlik,  sağalmaq, 

gücləşmək və zəifləmək Onun zatına  yol tapa bilməz. Çünki bu 

cür şeylər cismə aiddir. Allah isə cisim deyil, deməli belə şeylər 

Allahda vücuda gələ bilməz. 

5-Şərik  və  köməkçisi  yoxdur;  şəriklik  ehtiyacın  olmasına  və 

ya  gücsüzlüyə  görədir.  Bunların  heç  biri  Onun  zatına  yol  tapa 

bilməz. 

6-Ehtiyaclı  deyil;  varlıq  və  kainatı  idarə  etməkdə 

yaratdıqlarına ehtiyacı yoxdur. 

                                              

1

Mövcudluğunda digərinə ehtiyacı yoxdur. 




İzahlı şəriət hökmləri

       19 

 

İKİNCİ ƏSAS: PEYĞƏMBƏRLİK 

Həqiqətən  bu  dünya  insanı  axirətə  aparan  körpü  qərar 

verilmişdir. Həmin cəhətdən insanın bu dünyadakı öz hərəkət və 

davranışlarına  görə  axirət  dünyasında  mükafat  və  cəzası  vardır. 

O  səbəbdən  Allah-taala  insana  düzgün  yolu  göstərmiş  və  xeyir 

işləri  ona  tanıtdırmışdır.  Bütün  bu  hidayət  yolları  insanlar 

arasında  saleh  və  bu  ağır  İlahi  vəzifənin  ümmətlər  arasında 

məsuliyyətini  öhdələrinə  ala  bilən  şəxslər  vasitəsilə  insanlara 

çatdırılmışdır. Belə şəxslər peyğəmbər adlanırlar. 

Peyğəmbər,  ümmətlər  arasında  İlahi  risalət  və  təlimləri  öz 

öhdəsinə  alan  şəxsdir.  Allah-taala  insanlara  peyğəmbərlər 

göndərmişdir.  

Hədislərdən belə başa düşülür ki, Allah-taala insanları hidayət 

etmək  üçün  yüz  iyirmi  dörd  min  peyğəmbər  göndərmişdir. 

Onların birincisi həzrət Adəm 

(ələyhis-səlam),

 sonuncusu isə həzrət 

Mühəmməd  ibn  Abdullahdir 

(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

Onların  arasında  beş  nəfər  ulul-əzm



1

 peyğəmbərdir.  Allah-taala 

Qurani-kərimdə bunu zikr edir. 

 ّل


ُ

س

ُّ



رلا 

َ

ن ّم  ّم



ْ

ز

َ



ع

ْ

لا او



ُ

لو

ُ



أ 

َ

ر َب



َ

ص ام


َ

ك 

ْ



ر ّب

ْ

صا



َ

ف

 



(Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (şəriət) sahibləri olanların 

səbr  etdiyi  kimi,  sən  də  (Allah  yolunda  çətinliklərə,  əziyyətlərə) 

səbr et.

2

 

Ulul-əzm peyğəmbərlərin adları aşağıdakılardan ibarətdir: 

Həzrət  Nuh 



(ələyhis-səlam)

,  İbrahim  (ələyhis-səlam)  Musa  ibn 

İmran 


(ələyhis-səlam)

,  İsa  (ələyhis-səlam)  və  böyük  İslam  dinini 

yaymış  və  bütün  insanlara  Quranı  gətirmiş  həzrət  Mühəmməd 

ibn  Abdullah  ibn  Əbdul-Müttəllibdir 



(səlləllahu  ələyhi  və  alihi  və 

səlləm)

.  


                                              

1

 Şəriətləri ümumi və səmavi kitab sahibi olan peyğəmbərlər. 



2

Əhqaf surəsi, ayə35. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə