Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə24/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   20   21   22   23   24   25   26   27   ...   209

İzahlı şəriət hökmləri

       57 

 

qonaqlara  desin.  Amma  qonaqlardan  biri  başa  düşsə,  sair 



qonaqlara  xəbər  verməsi  lazım  deyil.  Əgər,  demədiyi  təqdirdə 

onlarla  ünsiyyəti  nəticəsində  özü  də  nəcisə  bulanacaqsa,  yemək 

yeyəndən sonra gərək onlara desin. 

Məsələ 147: Bir şəxsin əmanət götürdüyü şey nəcis olsa, mal 

sahibi,  həmin  şeyi,  şərti  paklıq  olan  işdə  istifadə  edəcəksə  və 

ondan istifadə etməyin, caiz olmasının şərti, onun həqiqi təharətli 

olmasındadırsa;  (məsələn:  yemək  yeyilib-içilən  qablar  kimi), 

onun  nəcis  olmasını  ona  deməlidir.  Amma  həqiqi  paklığın 

olması  lazım  olmadığı,  zahiri  paklığın  kifayət  etdiyi  şeylərdə 

istifadə edəcəksə; məsələn: namaz qılanın paltarı kimi, o paltarla 

namaz  qılmasını  bilsə  belə  ona  demək  lazım  deyil;  çünki 

namazda paltarın pak olması həqiqi şərt deyil.   

Məsələ  148: Əgər uşaq, bir şeyin nəcis olduğunu və ya nəcis 

bir şeyi yuduğunu söyləyərsə, sözü qəbul edilməməlidir. Amma 

müməyyiz  və pak-nəcisi  yaxşı-yaxşı dərk edən bir uşaq bir şeyi 

yuduğunu söyləyərsə, əgər o şey onun istifadə etdiyi bir şey olsa 

və  ya  onun  sözündən  insana  xatircəmlik  gəlsə,  sözü  qəbul 

edilməlidir.  Həmçinin  bir  şeyin  nəcis  olduğunu  söyləyərsə  yenə 

də hökm eynidir. 

 

 



 


58        

PAKLAYICILAR 

 

PAKLAYICILAR 

Məsələ  149:  On  iki  şey  nəcasəti  pak  edir.  Bu  şeylərə 

mütəhhirat (pak edicilər) deyilir: 

1. Su.  

2. Torpaq.  

3. Günəş.  

4. İstihalə.



1

 

5. İnqilab.  



6. İntiqal.

2

  

7. İslam.  



8. Təbəiyyət.  

9. Eyni nəcasətin aradan getməsi.  

10. Nəcis yeyən heyvanın istibrası.  

11. Müsəlmanın qayib olması.  

12.  Başı  (şəriət  qaydaları  əsasında)  kəsilən  heyvandan  bir 

miqdar qan axması. 

Bunların  hökmləri  gələcək  məsələlərdə  geniş  şəkildə 

açıqlanacaqdır. 





-

 

SU 

Məsələ 150: Su, dörd şərt daxilində nəcis şeyi pak edir: 

1-ci  şərt  budur  ki,  mütləq  olsun.  Deməli,  əgər  gülab  suyu, 

söyüd ağacının yağı və s. kimi muzaf olsa, nəcis şeyi pak etməz. 

2-ci şərt budur ki, pak olsun. 

3-cü şərt budur ki, su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin 

və  təkrar  yumanın  lazım  olmadığı  halda  son  yuyulmada  su 

nəcasətin  iyi,  rəng  və  ya  dadını  özünə  almasın;  amma  ondan 

qabaqkı  yuyulmalarda  dəyişməsinin bir zərəri yoxdur. Məsələn: 

                                              

1

 Bir haldan başqa hala keçmə. 



2

 Bir yerdən başqa yerə nəql olunma. 




İzahlı şəriət hökmləri

       59 

 

iki  dəfə  yuyulması  lazım  olan  bir  şeyi,  kürr  və  ya  az  su  ilə 



yuduqda,  birinci  yuyulmada  su  dəyişsə  də,  ikinci  dəfə 

dəyişilməmiş su ilə paklasalar, o şey pak olar. 

4-cü  şərt  budur  ki,  nəcis  şeyi  yuduqdan  sonra,  onda  eyni 

nəcisin  kiçik  zərrələri  qalmamalıdır.  Nəcis  şeyin  az  su,  yəni 

kürrdən  az  olan  su  ilə  paklanmasının  digər  şərtləri  də  vardır  ki, 

onlar daha sonra açıqlanacaq. 



Məsələ  151:  Nəcis  qabı  az  su  ilə  üç  dəfə  yumaq  lazımdır. 

Amma  kürr,  yaxud  axar  suda  bir  dəfə  yumaq  kifayətdir.  İtin  su 

və ya maye şeylər içdiyi qabı, gərək torpaq töküb sonra az pak su 

töküb  sürtmək  lazımdır,  ehtiyata  görə  torpaq  pak  olmalıdır. 

Sonra su toksünlər torpaq aradan getsin. Sonra kürr və ya axar su 

ilə  bir  dəfə,  yaxud  da  qəlil  su  ilə  iki  dəfə  yusun.  Həmçinin,  itin 

yaladığı və ya ağzının suyu tökülən qabı da, ehtiyat-vacibə görə, 

yumazdan əvvəl torpaqla sürtmək lazımdır. 



Məsələ  152: İtin ağzını sürtdüyü qabın ağzı dardırsa, əvvəlcə 

içinə  torpaq  töküb  o  qabın  içinin  hər  tərəfinə  torpaq  çatıncaya 

qədər  şiddətlə  silkələməli  və  sonra  qeyd  edildiyi  şəkildə 

yuyulmalıdır. 



Məsələ  153:  Donuzun  yaladığı  və  ya  içində  axıcı  bir  şey 

içdiyi və yaxud içində çöl siçanı öldüyü qab, az suda yeddi dəfə, 

kürr  və  axar  suda  isə  bir  dəfə  yuyulmalıdır;  torpaqla  sürtülməsi 

lazım deyil. Baxmayaraq ki, ehtiyat-müstəhəb budur ki, torpaqla 

sürtülsün.  

Məsələ  154:  Şərabla  nəcis  olan  qab  az  su  ilə  üç  dəfə 

yuyulmalıdır. Ehtiyat-müstəhəb budur ki, yeddi dəfə yuyulsun. 



Məsələ  155:  Nəcis  palçıqdan  düzəldilən,  yaxud  nəcis  suyun 

hopduğu  kuzəni  kürr,  yaxud  axar  suda  qoysalar  suyun  dəydiyi 

hər  bir  yer  pak  olar.  Əgər  onun  batinini  də  paklamaq  istəsələr 

gərək kürr, yaxud axar suda o qədər qalsın ki, su onun hər yerinə 

hopsun. Amma suyun onun hər yerinə çatması çətin məsələdir. 

Məsələ 156: Nəcis olmuş qabı, az su ilə iki cür yumaq olar: 



60        

PAKLAYICILAR 

 

1-ci budur ki, qabı üç dəfə doldurub-boşaltsınlar.  



2-ci  budur  ki,  üç  dəfə  onun  içinə  bir  miqdar  su  töksünlər  və 

hər  dəfədə  suyu  bütün  nəcis  yerlərinə  çatacaq  şəkildə  onun 

içində hərəkət etdirsinlər, sonra isə suyu boşaltsınlar.  

Məsələ  157:  Qazan  və  xum  kimi  nəcis  olmuş  böyük  bir  qab 

üç dəfə su ilə doldurulub-boşaldılmaqla pak olur. Həmçinin, əgər 

ona  yuxarıdan  aşağıya  yaxud  aşağıdan  yuxarıya  doğru  hər 

tərəfinə  yetişəcək  şəkildə  üç  dəfə  su  töksələr  və  hər  dəfəsində 

dibində  toplanan  suyu  çıxarıb  atsalar  pak  olur.  Ehtiyat-vacibə 

əsasən  suları  kənara  çıxartmaq  üçün  işlədilən  qab  hər  dəfə 

yuyulmalıdır. 

Məsələ 158: Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra 

suya çəksələr, onun zahiri pak olur. 



Məsələ  159:  Sidik  ilə  nəcis  olan  təndirin,  hər  tərəfinə 

yetişəcək  şəkildə  yuxarıdan  aşağıya  doğru  iki  dəfə  su  töksələr, 

pak  olar.  Sidikdən  başqa  bir  şeylə  nəcis  olmuşdursa,  nəcasətin 

özü aradan qaldırıldıqdan sonra, qeyd edildiyi şəkildə üzərinə bir 

dəfə  su  tökülməsi  kifayətdir.  Suların  cəm  olması  üçün  təndirin 

dibində bir çuxur qazıb, orda  yığılan suları çıxardıqdan sonra, o 

çuxuru pak torpaqla doldurmaq daha yaxşıdır. 

Məsələ 160: Nəcis bir şey, (nəcis olan yerlərin hər tərəfinə su 

çatacaq  şəkildə),  kürr  və  axar  suya  bir  dəfə  salınarsa,  pak  olar. 

Xalça, paltar və buna bənzər şeyləri sıxmaq, lazım deyil.  

Məsələ  161:  Əgər  bövl  ilə  nəcis  olmuş  şeyi  qəlil  su  ilə  suya 

çəkmək istəsələr, suyu bir dəfə onun üstünə töksələr və su ondan 

ayrıldıqdan  sonra,  bövl  o  şeydə  qalmasa,  üstünə  ikinci  dəfə  su 

tökdükdə  paklanar.  Amma  paltar-xalça  və  bu  kimi  şeylərdə  hər 

dəfə su töküldükdən sonra onun içində olan ğüsalə suyunun çölə 

çıxması  üçün  sıxılmalıdır.  Ğüsalə  o  sudur  ki,  adətən  yuyulma 

vaxtında,  yaxud  ondan  sonra  yuyulan  şeydən  öz-özünə,  yaxud 

sıxılmaqla tökülür. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə