Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə23/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   19   20   21   22   23   24   25   26   ...   209

54        

NƏCASƏTLƏR 

 

Amma  öz  libasının,  yaxud  ümumiyyətlə  istifadə  etmədiyi  və 



başqasının  olan  paltarın  nəcis  olması  barəsində  şəkk  etsə,  öz 

paltarından çəkinməsi lazım deyil. 



PAK ŞEYLƏRİN NƏCİS OLMASI YOLLARI 

Məsələ  126:  Əgər  pak  bir  şey,  nəcis  bir  şeyə  dəyərsə  və 

onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə 

yaş  olarsa,  pak  olan  şey  də  nəcis  olar.  Əgər  rütubət  o  birinə 

sirayət etməyəcək qədər az olsa, pak olan şey, nəcis olmaz. 



Məsələ  127:  Əgər  pak  şey  nəcis  şeyə  dəyərsə  və  insan 

onlardan  birinin  və  ya  hər  ikisinin  rütubətli  olub-olmadığında 

şəkk edərsə, pak olan şey nəcis olmaz. 

Məsələ  128:  İnsanın  hansının  nəcis,  hansının  pak  olduğunu 

bilmədiyi  iki  şeydən  birinə,  yaş  olan  pak  bir  şey  toxunarsa, 

ehtiyata əsasən nəcis olur. 

Məsələ  129:  Yer,  parça  və  buna  bənzər  şeylər  yaş  olduqları 

zaman,  bunların  yalnız  nəcasətin  dəydiyi  hissələri  nəcis  olur, 

qalan  hissələri  pakdır.  Xiyar,  qovun  və  buna  bənzər  şeylər  də 

eyni hökmü daşıyır. 



Məsələ  130:  Şirə,  yağ  və  buna  bənzər  şeylərdən,  bir  az 

götürüldükdə,  yeri  boş  qalmayacaq  qədər  axıcıdırsa  onun  bir 

nöqtəsi nəcis olduğu halda, hamısı nəcis olur. Amma əgər ondan 

bir  az  götürüldüyü  zaman  yeri  boş  qalacaq  şəkildə  qatı  olsa  və 

sonradan dolursa, bu halda yalnız nəcisin dəydiyi yer nəcis olur. 

Buna görə əgər siçanın füzləsi ona düşərsə, sadəcə onun düşdüyü 

yer nəcis, qalan hissəsi isə pakdır. 

Məsələ  131:  Milçək  və  ya  ona  bənzər  həşərat  yaş  olan  nəcis 

bir  şeyin  üzərinə  qonduqdan  sonra,  uçub  yenə  yaş  olan  pak  bir 

şeyin  üzərinə  qonarsa,  insan  da  onun  özü  ilə  birlikdə  nəcasət 

daşıdığını bilsə, o pak şey də nəcis olur. Əgər bilməsə, pakdır. 



Məsələ  132:  Bədənin  tərləmiş  olan  bir  yeri  nəcis  olduğu 

halda,  tər  oradan  bədənin  ayrı  hissələrinə  yayılarsa,  tərin 




İzahlı şəriət hökmləri

       55 

 

yayıldığı  yerlər  nəcis  olar.  Əgər  tər  başqa  bir  yerə  yayılmazsa, 



bədənin digər hissələri pakdır. 

Məsələ  133:  Burun  və  boğazdan  gələn  qatı  bəlğəmin  içində 

qan  varsa,  qan  olan  hissələri  nəcis,  digər  hissələri  isə  pakdır. 

Buna  görə  əgər  bu  bəlğəm  ağızın  və  burunun  xaricinə  dəyərsə, 

bəlğəmin  nəcis  hissələrinin  toxunduğuna  yəqin  edilən  yerlər 

nəcis, şəkk edilən yerlər isə pakdır. 

Məsələ  134:  Altı  dəlik  olan  aftafanı  nəcis  bir  yer  üzərinə 

qoysalar,  əgər  aftafanın  suyu  sızarsa  və  onun  altında  aftafadakı 

su  ilə  bir  sayılacaq  şəkildə  su  toplanırsa,  aftafanın  suyu  nəcis 

olur.  Amma  əgər  aftafanın  suyu  axmaya  davam  edərsə,  nəcis 

olmaz. 

Məsələ  135:  Əgər  bir  şey  bədənə  daxil  olsa  və  nəcisə 

dəyməsinə  yəqin  olunsa  və  ya  ehtimal  verilsə  ehtiyata  əsasən 

nəcisdir. Əks təqdirdə isə pakdır. Buna görə ğait məxrəcinə daxil 

edilən  imalə  aləti  və  ya  onun  suyu  nəcisə  dəyməsinə  yəqin 

olunsa və  ya ehtimal verilsə nəcisdir. Amma bədənə batan iynə, 

bıçaq  və  buna  bənzər  şeylərin qana  dəyməsini  yəqin etsə  və  ya 

ehtimal  versə  pakdır.  Əgər  içəridə  qana  dəyən  ağız  suyu  və 

burun suyu, bayıra çıxdıqdan sonra qana bulaşıq olmasa, ehtiyata 

əsasən ondan qorunmaq lazımdır. 

NƏCASƏTİN HÖKMLƏRİ 

Məsələ  136: Quranın yazısını və eləcədə hörmətsizliyə səbəb 

olduqda  vərəqini  nəcis  etmək  haramdır.  Əgər  nəcis  olsa,  gərək 

dərhal  suya  çəkilsin.  Hətta  ehtiyata  əsasən  hörmətsizlik  olmasa 

da nəcis etmək haram və suya çəkmək vacibdir. 



Məsələ  137:  Əgər  Quranın  cildi  nəcis  olsa  və  bu,  Qurana 

hörmətsizlik hesab edilsə, gərək onu suya çəksinlər. 



Məsələ  138:  Quranı  qan  və  murdar  kimi  eyni  nəcisin  üstünə 

qoymaq  eyni  nəcis  quru  olsa  da  ona  hörmətsizlik  olduğu  halda, 

haram, onu götürmək isə vacibdir. 



56        

NƏCASƏTLƏR 

 

Məsələ  139:  Nəcis  mürəkkəblə  Quran  yazmaq,  hətta  bir  hərf 

olsa belə, onu nəcis etmək kimi bir şeydir.  



Məsələ  140:  Quranı  kafirə  vermək  əgər  Qurana  hörmətsizlik 

olarsa haram və ondan almaq vacibdir. 



Məsələ  141:  Əgər  Quranın  vərəqi,  yaxud  Allahın, 

Peyğəmbərin 



(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  və  İmamların 

(ələyhimus-səlam)

  adı  üstünə  yazılan  kağız  kimi,  hörməti  vacib 

olan  şey  tualetə  düşsə,  hərçənd  xərci  də  olsa  onu  çıxartmaq  və 

suya  çəkmək  vacibdir.  Əgər  onu  çıxartmaq  mümkün  deyilsə, 

vərəqin  tamamilə  aradan  getməsinə  yəqin  etməyənə  kimi  o 

tualetə getmək olmaz. Həmçinin tualetə Kərbəla türbəti düşsə və 

çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin 

edilməyənə kimi oraya getmək olmaz. 



Məsələ  142:  Nəcis  olan  bir  şeyin  yeyilib-içilməsi,  haramdır. 

Hətta  ehtiyata  əsasən  uşağa  da  yedirtmək  haramdır.  Nəcisə 

dəymək  vasitəsi  ilə  nəcis  olan  şeyləri    başqasına  yedirdilib-

içirdilməsinə  icazə  verilmir.  Amma  uşaqlar  bu  hökmdə 

istisnadır. Əgər digər bir şəxs nəcis və  ya nəcis dəymiş bir şeyi 

yeyərsə  qarşısını  almaq  lazım  deyil.  Amma  uşaq  nəcisi  yeyərsə 

qarşısını almaq lazımdır.  

Məsələ  143:  Paklanması  mümkün  olan  nəcis  bir  şeyi  qarşı 

tərəfə  bildirməklə  satmağın  və  ya  başqasına  icarəyə  verməyin 

eybi yoxdur.  

Məsələ 144: İnsan, birisinin nəcis bir şeyi yediyini və ya nəcis 

libasla namaz qıldığını görsə, ona deməsi lazım deyil. 



Məsələ  145:  Əgər  bir  şəxsin  evinin,  yaxud  xalça,  palaz  kimi 

şeylərinin müəyyən bir yeri nəcis olsa və onun evinə daxil olan 

şəxslərin  paltarı  və  ya  bədənin  bir  hissəsi  rütubətli  halda  nəcis 

olan  yerə  dəyərsə,  bu  nəcisin  yeməyə  və  içəməyə  dəyəcəyini 

bilsə gərək onlara desin.  

Məsələ  146:  Əgər  ev  sahibi  yemək  yiyərkən  yeməyin  nəcis 

olduğunu  başa  düşsə,  qeyd  etdiyimiz  ikinci  şərtlə  gərək 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə