İzahlı şəriət
hökmləri
91
ehtiramsızlıq olarsa, dəstəmaz almadan Quranı tualetdən
çıxarılsın, yaxud nəcis olduğu halda suya çəkilsin.
Məsələ 323: Dəstəmazı olmayan şəxslər üçün Quranın
yazılarına məss etmək (yəni bədənin hər hansı bir hissəsini onun
yazılarına vurmaq) haramdır. Ehtiyat-vacib budur ki, öz tüklərini
də quranın xəttinə vurmasın. Amma Quranı fars dilinə və ya
başqa dillərə tərcümə etsələr, məss etməyin eybi yoxdur.
Məsələ 324: Uşaqların və dəlilərin Quran yazısına
toxunmasının qarşısını almaq vacib deyil. Amma onların
toxunması Qurana qarşı hörmətsizlikdirsə, gərək qarşısı alınsın.
Məsələ 325: Dəstəmazı olmayan şəxsin hansı dildə
yazıldığından asılı olmayaraq, Allah-təalanın adına və Ona xas
olan sifətlərini bildirən sözlərə toxunması ehtiyat-vacibə əsasən
haramdır. Yaxşı olar ki, həzrət Peyğəmbərin
(səlləllahu ələyhi və
alihi və səlləm),
İmamların
(ələyhimus-səlam)
və həzrət Zəhranın
(ələyha səlam)
mübarək adlarına da dəstəmazsız toxunmasın.
Məsələ 326: Əgər bir şəxs namaz vaxtından əvvəl, təharətli
olmaq niyəti ilə dəstəmaz alsa, yaxud qüsl etsə, səhihdir.
Məsələ 327: Əgər namaz vaxtının daxil olmasını yəqın edən
bir şəxs, vacib dəstəmaz niyyəti edib dəstəmaz aldıqdan sonra,
vaxtın daxil olmadığını başa düşsə, dəstəmazı səhihdir.
Məsələ 328: Müstəhəbdir ki, insan meyyit namzı, qəbiristan
əhlinin ziyarətinə, məscidə və imamların
(ələyhimus-səlam)
hərəminə getmək üçün dəstəmaz alsın. Həmçinin Quranı özü ilə
gəzdirmək, oxumaq, onun yazılması, onun haşiyələrinə məss
etmək və yatmaq üçün, dəstəmaz almaq müstəhəbdir. Həmçinin
dəstəmazlı şəxsin, ikinci dəfə dəstəmaz alması müstəhəbdir.
Əgər bu işlərdən biri üçün dəstəmaz alsa, dəstəmazla yerinə
yetirilməli olan hər işi görə bilər; məsələn: bu dəstəmaz ilə
namaz qıla bilər.
92
DƏSTƏMAZ
DƏSTƏMAZI BATİL EDƏN ŞEYLƏR
Məsələ 329: Yeddi şey dəstəmazı batil edir:
1. Sidik;
2. Ğait;
3.Qaitin məxrəcindən xaric olan mədə və ya bağırsağın yeli;
4.Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma
gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz.
5.Əqli aradan aparan şeylər; dəlilik, sərxoşluq, huşdan getmək
və s. kimi.
6.Qadının istihazəsi (sonrdan deyiləcək);
7. Yerinə yetirilməsı üçün qüslün gərəkli olduğu əməllər
cənabət və heyz kimi. Həmçinin ehtiyata əsasən meyyiti məss
etmək dəstəmazı batil edir.
CƏBİRƏ DƏSTƏMAZININ HÖKMLƏRİ
Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi
şeylərin üzərinə qoyulan dərmanlar “cəbirə” adlanır.
Məsələ 330: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya
sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməzsə,
gərək adi qaydada dəstəmaz alınsın.
Məsələ 331: Əgər yara, çiban, yaxud sınıqlıq üzdə, əllərdə
olsa və onların üstü açıq, suyun tökülməsinin də zərəri olsa, yaş
əl ilə onların üstünə çəkilməsinin zərəri olmasa, ehtiyata-vacibə
görə yaş əl ilə onun üstünə çəksin. Sonra pak bir parçanı yaranın
üstünə qoyub yaş əl ilə o parçanın da üstünə çəksin. Əgər bu
qədərin də zərəri olsa, yaxud yara nəcis olsa və suya çəkilməsi
mümkün olmasa, bu halda, dəstəmazın qaydalarında deyildiyi
kimi, yaranın ətrafını yuxarıdan-aşağı yusun. Ehtiyata-vacibə
görə pak bir parçanı yaranın üstünə qoyub yaş əl ilə o parçanın
üstünə çəksin. Əgər parça qoymaq mümkün olmazsa, yaranın
ətrafını yusun və ehtiyat-vacibə görə, təyəmmüm də etsin.
İzahlı şəriət hökmləri
93
Məsələ 332: Əgər yara, çiban, yaxud sınıqlıq başın qabaq
tərəfində, yaxud ayağın üstündə olsa və onların üstü də açıq olsa,
bu halda ona məsh edilməsi mümkün olmazsa, belə ki, yara
bütün məss yerini tutmyş olsun və ya sağlam olan yerləri məss
etmək mümkün olmaya, pak bir parçanı onun üstünə qoyub,
parçanın üstünə dəstəmazın yaşlığı ilə məsh çəkilməlidir.
Ehtiyat-müstəhəbbə görə, təyəmmüm də etsin. Əgər parça
qoyulması mümkün olmazsa, təyəmmüm etməlidir. Ehtiyat-
müstəhəbbə görə, mümkün olan miqdarda dəstəmaz da alsın.
Məsələ 333: Əgər yara, çiban, yaxud sınıqlığın üstü, bağlı
olsa, açılması mümkün olsa və suyun da zərəri olmazsa, gərək
onu açsın və dəstəmaz alsın; istər yara və bu kimi şeylər üzdə və
əllərdə olsun, istərsə də başın qabaq tərəfində, yaxud ayağın
üstündə.
Məsələ 334: Əgər yara, çiban, yaxud sınıqlıq üzdə və əllərdə
olsa və üstünü açmaq mümkün olsa, bu halda suyu onun üstünə
tökməyin zərəri olsa, amma yaş əl çəkməyin zərəri olmasa,
ehtiyat-vacib budur ki, yaş əl ilə onun üstünə çəkib və sonra pak
bir parça onun üstünə qoyub, yaş əl ilə parçanın da üstünə
çəksin.
Məsələ 335: Əgər yaranın üstünü açmaq mümkün olmasa,
amma yara və onun üstünə qoyulmuş şey pakdırsa, suyun da
yaraya çatdırılması mümkün olsa və zərəri, məşəqqəti olmasa,
tərtibə riayət etməklə, yəni suyu yuxarıdan aşağıya çatdırsın.
Əgər su yaraya zərər olarsa və ya suyu ona çatdırmaq mümkün
olmazsa yaxud da yara nəcis olarsa və onu yumaq mümkün
olmazsa, gərək yaranın ətrafını yusun. Əgər cəbirə pak olsa,
onun üstünə məsh edilməlidir. Amma nəcis olsa, yaxud onun
üstünə yaş əl ilə çəkmək mümkün olmasa; məsələn: dərman ələ
yapışarsa pak bir parçanı cəbirənin bir hissəsi hesab olunduğu
şəkildə, onun üstünə qoyub, yaş əl ilə onun üstünə çəksin. Əgər