İzahlı şəriət hökmləri
73
Məsələ 233: Qızıl və gümüşdən hazırlanan qablarda yemək və
içmək, haramdır. Amma onlarla otağı və buna bənzər şeyləri
bəzəmək və onları saxlamağın eybi yoxdur, lakin ehtiyat-
müstəhəb budur ki, bu da tərk edilsin. Amma qızıl və gümüş
qabları düzəltmək və onun müqabilində zəhmət haqqı almaq
haramdır.
Məsələ 234: Qızıl və gümüş qabların alınıb-satılması üçün
satıcının bunların müqabilində aldığı pul və hər hansı bir şey
haramdır. Amma alqı-satqı evi bəzəmək və saxlamaq üçün olsa
icazəlidir.
Məsələ 235: Əgər stəkanın tutacağı qızıl və ya gümüşdən
hazırlansa, bu halda stəkanı götürdükdən sonra ona qab
deyilərsə, həm təklikdə, həm də stəkanla birlikdə istifadə
olunması haramdır. Amma ona qab deyilməzsə, istifadə
edilməsinin eybi yoxdur.
Məsələ 236: Üzərinə qızıl və gümüş suyu çəkilmiş qabın
istifadə edilməsinin eybi yoxdur.
Məsələ 237: Bir filizi qızıl və ya gümüşlə qarışdırıb qab
hazırlayarlarsa, qabdakı filizin miqdarı, ona qızıl və ya gümüş
deyilməyəcək qədər artıq olsa, istifadə olunmasının maneəsi
yoxdur.
Məsələ 238: Əgər insan, qızıl və gümüş qabda olan xörəyi
onlarda yemək haram olduğuna görə başqa bir qaba töksə, eybi
yoxdur. Əgər bu məqsədlə olmasa, yeməyin qızıl ya gümüş
qabdan digər qablara tökülməsi haramdır. Amma hər iki surətdə
yeməyi ikinci qabdan yeyilməsinə maniə yoxdur.
Məsələ 239: Qəlyanın üfürən yeri, qılıncın qını, bıçaq və
Quranın qabı, qızıl və gümüşdən hazırlansa istifadə etməyin eybi
yoxdur. Ehtiyat-vacib budur ki, qızıl və gümüşdən hazırlanmış
kül qabı, ətir və sürmə qabından istifadə edilməsin.
Məsələ 240: Qızıl və gümüş qablardan məcburiyyət halında
istifadə etməyin eybi yoxdur. Amma dəstəmaz və ya qüsl üçün
74
PAKLAYICILAR
hətta çarəsizlik halında belə, istifadə etmək olmaz, gərək
təyəmmüm edilsin.
Məsələ 241: Qızıl-gümüşdən və ya digər bir şeydən
hazırlandığı bilinməyən bir qabdan istifadə etməyin eybi yoxdur.
İzahlı şəriət hökmləri
75
DƏSTƏMAZ
Məsələ 242: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön
hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.
Məsələ 243: Üz, (dəstəmaz üçün olan uzunluq miqdarına
görə), gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən)
çənənin axırına qədər yuyulsun. Eni isə, gərək baş barmaqla orta
barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta
azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə
yuyulmasına yəqin etmək üçün, gərək onun ətrafından da bir az
yusun.
Məsələ 244: Əgər bir kəsin üzü və ya əli, normal insanların
üzü və ya əlindən böyük və ya kiçik olsa, camaat arasında
normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da
oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya
başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır.
Məsələ 245: Qaşlarında, gözünün və ya dodaqlarının
kənarında suyun keçməsinə mane olacaq çirk və ya başqa bir
şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində
düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı,
əgər varsa aradan qaldırmalıdır.
Məsələ 246: Əgər üzün dərisi, tüklərin arasından görünərsə,
gərək suyu dəriyə çatdırsın. Amma görünməsə, tükləri yumaq
kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil.
Məsələ 247: Üzün dərisinin tüklərin arasından görünüb-
görünmədiyində şəkk edərsə, ehtiyat-vacibə əsasən saqqalı
yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.
Məsələ 248: Burunun içini və qapandığı zaman göz və
dodaqların görünməyən yerini yumaq vacib deyil. Amma əgər
insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə,
buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir.
76
DƏSTƏMAZ
Əgər bir şəxs dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını
bilməzsə, o dəstəmazla qıldığı namazlar səhihdir.
Məsələ 249: Qollar və üz gərək yuxarıdan aşağıya doğru
yuyulsun. Aşağıdan yuxarı doğru yuyulsa, dəstəmaz batildir.
Məsələ 250: Əgər insan əllərini isladıb üzünə və əllərinə
çəksə və əlinin yaşlığı, əllərə çəkilməsi vasitəsilə onlardan su
axacaq miqdardadırsa, kifayətdir.
Məsələ 251: Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə
sol əli dirsəkdən barmaqlarının ucuna qədər yumaq lazımdır.
Məsələ 252: Dirsəyin tamamilə yuyulmasına yəqin etmək
üçün, gərək bir az dirsəkdən yuxarı yusun.
Məsələ 253: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə
qədər yuyan bir şəxs, dəstəmaz alarkən qolunu dirsəkdən
barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə
qədər yusa, dəstəmazı batildir.
Məsələ 254: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq
vacib, iki dəfə yumaq müstəhəb, üç və daha artıq yumaq isə
haramdır. Dəstəmazda deyilən “birinci, ikinci və üçüncü dəfə
yumaq” dəstəmaz alan şəxsin niyyətinə və tam şəkildə üz və
qollarını yumağa bağlıdır. Deməli dəstəmaz niyyəti ilə iki dəfə
kamil şəkildə yusa üçüncü dəfə yumaq haramdır. Əgər dəstəmaz
niyyəti ilə bir neçə dəfə su töksə hər vaxt su üz və qollara kamil
şəkildə dəysə bir dəfə hesab olunur. Bundan çox yumaq
baxmayaraq ki, birinci dəfəni niyyət etsə sonrakı yumaq hesab
olunur.
Məsələ 255: Hər iki əl yuyulduqdan sonra, gərək əldə qalan
dəstəmaz suyunun yaşı ilə başın üstünə məsh çəksin. Ehtiyat-
vacib budur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan
aşağıya doğru olsun.
Məsələ 256: Başın, alnın qabağında yerləşən dörd hissəsindən
biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə məsh çəkilsə
kifayətdir. Ehtiyat budur ki, məshin eni üç bağlı barmaq qədəri
Dostları ilə paylaş: |