40
Çünki bu günün özündə belə dini baxışın manevrləri yalanı
həyatımızda oturuşdurur. Ona görə də imkanımız yetdiyi qədər yalan
əsarətinə qarşı etiraz edir və mövqe sərgiləyirik. Sözümüz,
düşüncəmiz, yaradıcılığımız İnamın gəlişməsinə xidmət edir. Hər
addımda Asif Atanın təməl ideyalarını təqdim edirik. Bu ideyaların
daha geniş izahını tərəfimizdən “Asif Ata Amalı, yaxud İnsanlığın
İnamı” əsərində təqdim etmişik. Ancaq bu, ilk və son deyil. Bu
yazıda əsas məqsəd məhz dinin təməl prinsiplərinə yönəlik mövqe
sərgiləməkdir. Oxucuda yarana biləcək “bəs nə etməli?” sualına
cavab üçün qısa şəkildə İnamdan (Mütləqə İnam Dünyabaxışından)
tezislər şəklində fikirləri bu yazıya əlavə elədik.
41
İnamda Türkçülük Bəşəriliyin təsdiqidir
(Asif Ata Türkçülüyü)
Asif Ata İnamı türk ruhundan yaranmış, türk xarakterinə uyğun
olan hadisədir. Asif Ata idealarının məqsədi bu İnamla Türk
Dünyasını bəhrələndirməklə onun əzəli varlığını təsdiq etməkdir.
Asif Ata zamanın tələbiylə yaranmayıb, O, Mütləqilik, İnsanlaş-
ma prinsiplərini ortaya qoymaqla yeni İnsanilik Erasını başlamışdır.
Elə buna görə də onun bütün ideyaları kimi, millətçilik ideyasının da
zamanla, dövrlə əlaqəsi yoxdur. Asif Ata millətçiliyi “icazəli millət-
çilik” deyil, zamanın, dövrün türk çağırmadığı, türkçülüyün, millətçi-
liyin cinayət sayıldığı illərin millətçiliyidir. Təsadüfi deyil ki, Asif
Ata DTK tərəfindən 1982-ci ildə antimarksist, antisovet, pantürkist,
millətçi damğaları ilə ittiham edilirdi.
Tamamilə yeni – Müstəqillik, İnsanilik yönündən çıxış edən Asif
Ata türkçülüyü ona qədər mövcud olan türkçülüyün bütün yaxşı
cəhətlərini özündə saxlamaqla yanaşı, bənzərsiz xüsusiyyətləri
özündə birləşdirir.
Millətçilik Asif Ata görümündə aşağıdakı prinsiplərə əsaslanır:
1. Millət – etnos birliyi, tarixi aqibət birliyi və mədəniyyət
(xüsusilə dil) birliyi deməkdir.
Millət və xalq bir hadisədir. Xalq – Millət deməkdir. Çoxmillətli
xalq uydurmadır. Çoxmillətli əhali olur, ölkə olur, çoxmillətli xalq
olmur.
2. Millətin mahiyyəti hər bir millətin əvəzsizliyi, bənzərsizliyi ilə
müəyyən edilir. Heç bir xalq heç bir xalqı əvəz edə bilməz. Hər bir
millətin bəşər mədəniyyətində başqası tərəfindən əvəz edilməsi
mümkün olmayan yeri var. Nə qədər bəşər mövcuddur, bir o qədər
də millət mövcud olacaq. Bəşər heç zaman yekrəng olmayacaq.
Millətin ölümü bəşərin ölümüdür.
3. Millətçilik şovinizmdən tamamilə uzaq olan hadisədir.
Şovinizm – öz millətindən başqa millətlərə nifrət ruhuyla yanaşaraq
bir millətin xoşbəxtliyini başqa millətlərin bədbəxtliyi üzərində qur-
42
maq yönünü millətçilik pərdəsi altında gerçəkləşdirən ağalıqdır. Əsil,
yetkin millətçilikdə şovinizmdən əsər-əlamət yoxdur. Eyni zamanda
millətçilik öz milli ruhu – milli mədəniyyəti, milli tarixi ilə fəxr
etmək və onu təsdiq etmək, qorumaqdır.
4. Millətçilik fəallığı – millət uğrunda döyüşmək, millətin yaşa-
ması üçün yaşamaq, onu xilas etmək, onun ölümünü öz şəxsi ölümü
saymaq, milləti ən yüksək mənəvi sərvət hesab eləmək və bundan
ötrü mübarizə aparmaqdır.
5. Milli ideologiya zəruri bir hadisədir, lakin o, rəsmiyyətdən
uzaq olmalıdır. Çünki heç bir rəsmi ideologiya əbədi ola bilməz. Heç
bir dövlət, heç bir hakimiyyət özündə həqiqəti gəzdirmir. Xüsusi
rəsmi ideologiya həşirində həqiqət tapdalanır və itir. İdeologiya
müəyyən bir siyasi yön deməkdir, o siyasi yön isə əbədi ola bilməz.
Siyasi yönlər dəyişir, dəyişən nə varsa, o nisbidir. Millət kimi böyük
bir hadisəni hakimiyyətə və dövlətə bağlamaq böyük taixi səhvdir.
Asif Ataya görə, türk təkcə ayrı-ayrı xalqların birliyi deyil. Türk
xüsusi bir irqdir. Türklər həm dil, həm inam, həm antropoloji, həm
də mədəniliyi baxımından mövcud irqlərin heç birinə bənzəmir.
Türklərin monqoloidlərə aid edilməsi tarixi səhvdir. Türk adlanan irq
mövcuddur və türkçülyün irqi əsası vardır.
Asif Ataya görə türkçülük özündə türk ruhunu ifadə edən
xasiyyətləri birləşdirir:
Türk ruhunun mahiyyəti, mənası inanclıq deməkdir. Türk İnamın-
da dinçiliyə – itaətə, qismətçiliyə, cənnət-cəhənnəmçiliyə, xurafata
və cəfəngiyyata yer yoxdur. O, Tanrıçı – göyçüdur. Buna görə də
vüqarlı, məğrur, sığmazdır, itaəti sevməzdir. Bu mənada Tanrıçılıq
Allahçılığın tam ziddidir, çünki bütun dinlərdə insan-allah
münasibətləri kölə-ağa münasibətlərinin eynidir. Eyni zamanda bu
münasibətlər daim qorxuyla müşayiət olunur. Qorxu hissi, köləlik isə
türk xislətinə yaddır. Ziya Göyalp doğru olaraq, türklərdə sufiliyin
(Allahdan qorxmaq əvəzinə Allaha sevgi) yaranmasını məhz bu
amillə izah edirdi.
43
Tanrıçılıq təbiəti – göyü, günəşi, dağı, suyu müqəddəs saymaq,
insanın yaradıcısı kimi görməkdir. Ona görə də Tanrıçılıqdan insan
tanrı ilə (ayrı- ayrı təbiət ünsürləri ilə) münasibətdə əksilmir, əyilmir,
qorxmur.
Tanrıçılıqdakı vüqar, məğrurluq, əyilməzlik, sığmazlıq hunlar,
Səlcuqlar dövründə, Babək yenilməzliyində, Osmanlı sərkərdəli-
yində yaşayır.
Türk ruhu birsifətlilik və mərdlikdir. Bu sifətlər çağdaş dünya
siyasətçiliyinə, ticarətçilik və makiavelizminə qarşıdır.
Türk döyüşkəndir, ölümdən qorxmazdır, ancaq öldürməkdən
həzz almır. Qorxmazlıqdan həzz alır. Qələbəni sevir, ancaq düşməni
alçaltmağı sevmir. Bu baxımdan o, Roma qansızlığına yaddır.
Türk Namusçudur, Ailəçidir, qadına hörmət edəndir. Atalıq,
Analıq, Övladlıq Din səviyyəsində olub qədim türklərdə. Türkün
qadına münasibəti, onu ilahiləşdirməsi meyar səviyyəsindədir.
Asif Ata türkçülüyü yalnız türkün özünə yox, həmçinin hərcayi-
ləşən, pulçuluğa, dəllalçılığa, seksomaniyaya səcdə qılan çağdaş dün-
yaya da gərəkli hadisə hesab edir. Dünyanın türkdən bəhrələnməsi,
artması, böyüməsi üçün ilk növbədə türk öz türklüyünü saxlamalıdır.
Asif Ata indiyə qədər mövcud olan türkçülüyün üç əsas formasını
göstərir: Ruhani Türkçülük, Tarixi Türkçülük, İdeoloji Türkçülük.
Ruhani Türkçülüyün mahiyyəti ən çox Azərbaycançılıqda, Tarixi
Türkçülüyün mahiyyəti ən çox Səlcuq, Osmanlı möhtəşəmliyində
(Türkiyəçilik), İdeoloji Türkçülüyün mahiyyəti isə Ziya Göyalp,
Əlibəy Hüseynzadə və Məmməd Əmin Rəsulzadə ideyalarında
aşkarlanır. Bu bölgünü əsas götürərək Asif Ata yazır:
“Azərbaycan türkün beyni və ürəyi,
Türkiyə türkün qolu və kürəyi “.
Azərbaycan Türkçülüyü Türkçülük İnsanlığının zirvəsidir.
Ruhani Türkçülüyün birinci, ali, yüksək hadisəsi – Zərdüştçü-
lükdür. Zərdüştçülüyün türkçülük mahiyyətinin 3 əsas ideyası var:
Döyüşkən allah ideyası. Zərdüştçülükdəki Xeyir allahı Hürmüzd
türkvari, döyüşkən allahdır. Hürmüzd Əhrimənlə döyüşür, o,
Dostları ilə paylaş: |