37
V. Mütləqə İnam yalansızdır
Asif Atanın Dünyabaxışına bağlı təməl prinsipləri yığcam şərh
etsək, elmlə fəlsəfənin vəhdətini və bu vəhdətin ruhaniyyata
yaradığını göstərmək mümkündür. Bu prinsipləri aşağıdakı kimi
ifadə edə bilərik:
1)
Dünya yaradılmayıb və idarə olunmur. Dünyanın nizamı,
ahəngi özündədir, gedişatı özündəndir.
2)
İnsanlaşmadan kənarda heç bir tərəqqi bəşəriyyəti özümlü-
yünə qovuşdurmur.
3)
Millətçilik Bəşəriliyə
aparan yoldur və o, ruhani hadisədir.
4)
Şərqiliyin İnama bağlı gələcəyi bəşəriyyətin xilas yoludur.
5)
“Yalnız Mütləq
olan həqiqidir, nisbi həqiqət yalandır”.
Bu prinsiplərlə Asif Atanın 5 (+1) təməl ideyalarına müraciət
olunsa yaxşı olar. Xatırlatma üçün Ruhani İntibahın ideyalarının
adlarını burada çəkmək istəyirik – Mütləqə İnam, Kamil İnsan,
Ruhani Cəmiyyət,
Müstəqil Vətən,
Özümlü Şərq, Ləyaqətli Bəşər.
Biz vurğuladıq ki, dünya yaradılmayıb və idarə olunmur. Nizamı,
ahəngi özündədir, gedişatı özündəndir. Bu Baxış Allaha, yəni
transendentala, fövqəltəbii qüvvəyə, göylər səltənətinin hökmdarına
– dünyanı yox yerdən yaradan fantastik qüvvəyə inamı rədd edir.
Əzəlilik, əbədilik dünyaya, insana bağlanır. Daha doğrusu, Məna
dünyanın, insanın özündə aşkarlanır.
İndiyə qədər heç bir fəlsəfədə məsələ bu səviyyədə qoyulmayıb.
Belə inam da olmayıb. Fövqəldünya ideyası nəzəri olaraq qalır,
gerçəkləşmir, heç nəyi dəyişdirmir və mənəvi-ruhani inkişaf üşün
zəmin ola bilmir.
Həqiqətin dünyanın özündə dərk olunması gələcəyə ayıq
baxmağa imkan verir və nikbinlik yaradır. Asif Atada Həqiqətin,
Mənanın dərkolunmazlığı kimi bəsit, arxaik bir düşüncə tərzinə son
qoyulur. Asif Ataya görə bəşər idrakının imkanları sonsuzdur, ona
yasaq və məhdudiyyət qoymaq olmaz.