Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

37 
 
V. Mütləqə İnam yalansızdır 
 
Asif  Atanın  Dünyabaxışına  bağlı  təməl  prinsipləri  yığcam  şərh 
etsək,  elmlə  fəlsəfənin  vəhdətini  və  bu  vəhdətin  ruhaniyyata 
yaradığını  göstərmək  mümkündür.  Bu  prinsipləri  aşağıdakı  kimi 
ifadə edə bilərik:  
1)
 
Dünya  yaradılmayıb  və  idarə  olunmur.  Dünyanın  nizamı, 
ahəngi özündədir, gedişatı özündəndir. 
2)
 
İnsanlaşmadan  kənarda  heç  bir  tərəqqi  bəşəriyyəti  özümlü-
yünə qovuşdurmur. 
3)
 
Millətçilik Bəşəriliyə aparan yoldur və o, ruhani hadisədir. 
4)
 
Şərqiliyin İnama bağlı gələcəyi bəşəriyyətin xilas yoludur. 
5)
 
“Yalnız Mütləq olan həqiqidir, nisbi həqiqət yalandır”. 
Bu  prinsiplərlə  Asif  Atanın  5  (+1)  təməl  ideyalarına  müraciət 
olunsa  yaxşı  olar.  Xatırlatma  üçün  Ruhani  İntibahın  ideyalarının 
adlarını  burada  çəkmək  istəyirik  –  Mütləqə  İnam,  Kamil  İnsan, 
Ruhani Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq, Ləyaqətli Bəşər. 
Biz vurğuladıq ki, dünya yaradılmayıb və idarə olunmur. Nizamı, 
ahəngi  özündədir,  gedişatı  özündəndir.  Bu  Baxış  Allaha,  yəni 
transendentala,  fövqəltəbii  qüvvəyə,  göylər  səltənətinin  hökmdarına 
–  dünyanı  yox  yerdən  yaradan  fantastik  qüvvəyə  inamı  rədd  edir. 
Əzəlilik,  əbədilik  dünyaya,  insana  bağlanır.  Daha  doğrusu,  Məna 
dünyanın, insanın özündə aşkarlanır. 
İndiyə qədər heç bir fəlsəfədə məsələ bu səviyyədə qoyulmayıb. 
Belə  inam  da  olmayıb.  Fövqəldünya  ideyası  nəzəri  olaraq  qalır, 
gerçəkləşmir,  heç  nəyi  dəyişdirmir  və  mənəvi-ruhani  inkişaf  üşün 
zəmin ola bilmir.  
Həqiqətin  dünyanın  özündə  dərk  olunması  gələcəyə  ayıq 
baxmağa  imkan  verir  və  nikbinlik  yaradır.  Asif  Atada  Həqiqətin, 
Mənanın dərkolunmazlığı kimi bəsit, arxaik bir düşüncə tərzinə son 
qoyulur.  Asif  Ataya  görə  bəşər  idrakının  imkanları  sonsuzdur,  ona 
yasaq və məhdudiyyət qoymaq olmaz.  


38 
 
Bəli, Asif Ata sübut edir ki, İnsanlaşmadan kənarda heç bir tərəq-
qi bəşəriyyəti özümlüyünə qovuşdurmur. Bir var inkişaf, bir də var 
xilas. İnsanı xilas etmədən inkişafdan danışmaq ciddi anlam daşımır. 
İnsanın  xilası  millətin  xilası  deməkdir.  İnsanın  xilası  onun  özünü 
xilaskara  çevirir.  Sağlam  düşüncəyə,  məntiqə,  təfəkkürə  malik  olan 
insan milli şüurun inkişafı zəminində ideya yaradıcısına, daşıyıcısına 
çevrilir. İdeyasız xilaskarlıq yaranmaz. İnsanı bioloji hadisə səviyyə-
sində  saxlayan  gedişat  ideya  vasitəsiylə  dəyişdirilə  bilir.  Təbii  ki, 
insanı  mahiyyətinə  çatdıran  tələbi  özündə  daşıyan  ideyadan  söhbət 
gedir. İnsanın əqidəsi də bu ideyadan yaranır. Bizə görə əqidəli insan 
çox azdır. Siyasi əqidə, dini əqidə, ideoloji əqidə anlayışlarını doğru 
saymırıq.  Əgər  doğru  saymaq  gərəkirsə,  belə  çıxar  ki,  bütün 
bəşəriyyət  əqidəlidir. Bizə  görə  əqidə  –  insanın  özünə  bənzəməsi 
üçün  seçilən  aqibətdir,  yaxud  bəşəriyyəti  özünə  oxşatmaq 
tələbindən doğan aqibətdir. Bu mənada siyasəti əqidə saymaq yox, 
əqidəsizlik  saymaq  doğru  olar.  Siyasətdə  insan  heç  vaxt  özünə 
bənzəmir, özündən ayrılır – tülküləşir, canavarlaşır, məkrə, xəyanətə 
enir, aldatmaqla, yalanlar “sistemi” yaratmaqla məşğul olur. Din də 
insanı aldadır, alçaldır, mənən heçə çevirir. Bu baxımdan insanı heçə 
çevirən  hər  hansı  bir  baxışa  tapınmaq  əqidə  deyil.  Əqidədə  insan 
özünü aldatmaz. 
İnsanı  həqiqətsizliklə  xilas  eləmək  baş  tutmaz.  Xilas  Mütləqə 
tapınmaqdır. Mütləqə tapınmaq insanlaşmaq deməkdir. Öz mahiyyə-
tinə  uyğun  yaşamayan  insan  azad  insan  olmur.  Azadlığı  tanımadan 
millətləşmək  mümkün  deyil.  Millətləşmək  də  Bəşərilik  yolu-
dur. Bəşərilik  – Millətlərin insani yaradıcılıq baxımından vəhdə-
tinin  ahəngidir. Bu  mənada  millətçiliyi  damğalayan  ideologiyalar, 
siyasi  doktrinalar  rədd  olunmalıdır.  Milli  inkişafı  əngəlləmək 
dünyaya ağalıq eləmək iddiasının təsdiq olunması üçündür. Ona görə 
milli  mədəniyyətləri  məişət  səviyyəsinə  sıxışdırırlar.  Dünyanın 
nizamında,  sivilizasiyanın  gəlişməsində  isə  “vahid  mədəniyyət” 
qəbul  etdirilir.  Hər  bir  millətin  adət-ənənəsi,  məişəti,  geyimi  onun 
özəl xüsusiyyətlərini ifadə edir. Bu xüsusiyyətlər dəyişikliyə uğradı-


39 
 
landa  onun  mədəni  atributları  muzeyləşir.  Yəni  gerçək  yaşamını 
itirir.  Belə  olan  halda  millətin  mədəni  varlığı  dərk  olunmur.  Bu 
səbəbdən də biz deyirik ki, Millətçilik – milləti yox olmaqdan xilas 
eləyən ideyadır. Bəşər mahiyyətli ideya özündə zərərli təsirlər daşıya 
bilməz. Daşıyarsa, deməli, ideya təhrif olunur. 
Mütləqə  İnam  Dünyabaxışından  bəlli  olduğu  kimi,  Asif  Ata 
İntibahının  ideyalarından  biri  “Özümlü  Şərq”  adlanır.  O  hesab  edir 
ki, Şərqdə yaşamın nizamı və bu yöndə axtarışlar əsasən mənəviliyə, 
Ruhaniliyə bağlı olub. Maddiyyatçılıq – Qərb təfəkkürünün dünyanın 
üzərinə  yürüşüdür.  Qərb  dünyanı  maddiyyatçılıq  tələsinə  salıb. 
Maddiyyatçılığın genişlənməsi (total inkişafı) Şərqi dəyərləri dünya 
üçün gərəksizləşdirdi. Təbiidir ki, maddiyyatçılıq Adamın xislətində 
var.  Bu  cəhətdən  maddiyyatçılıq  Şərqdə  hökmdarların  əməlində  , 
həyatında olduğu halda, Qərb onu sistemləşdirdi, həyatın normasına 
çevirdi.  Bir  vaxtlar  maddiyyatçılığı  həyat  tərzinə  çevirənlərin 
əməlləri  ədalətsizliklə  müqayisə  edilirdi.  İndi  ona  təbii  baxılır.  Ona 
görə də dünyanın insanilik nizamı tamam pozulub. Asif Ata Özümlü 
Şərq  deyəndə  mənəviliyə  qayıtmağı,  ruhani  qanunların  bərpa 
olunmasını nəzərdə tutur. Ancaq burada dini tələbləri deyil, İnamın 
qəbul olunması fikrini yürüdür. 
Adamda  özünü  başqalarıyla  müqayisə  eləmək  tendensiyası 
mövcuddur.  Bu  xüsusiyyətin  inkişafı  fərdin  fərdlə  döyüşünə  gətirib 
çıxartdı. Maddiyyatçılıq bu döyüşü daha da qızışdırır. Başqalarından 
üstün  olmaq  (xudbinlik)  həyat  uğrunda  mübarizəyə  təkan  verir. 
Təəssüf ki, bu xarakterik cəhəti böyük məsələlərdə aradan qaldırmaq 
üçün din heç nə eləmədi. Adamı insanlaşdırmaqla maddiyyatçılqıdan 
açmaq olar. Bu, İnamın işidir. İnam deyir, adam özünü başqalarıyla 
deyil,  Mütləqlə  müqayisə  eləməlidir.  Həqiqətçiliyə  yetmək  üçün 
Mütləqçilik yolu getmək gərəkdir. Mütləq olmayan həqiqətdə yalan 
var.  Adamın  heyvandan  ayrılmasının,  İnsana  qovuşmasının  ölçüsü 
Mütləqilikdir. 
İstəkli  oxucu,  biz  bu  mövzumuzu  iki  hissədən  ibarət  təqdim 
eləsək də, ən çox dinin təməl prinsiplərini şərh eləməyə yer ayırdıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə