Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

34 
 
Ləhəb dini qəbul etmədiyi üşün söyüşə və lənətə məhkum edilmişdi. 
Məncə bunlar yəhudi-semit baxışında oturuşmuş psixoloji tələbdir. 
Hesab edirik ki, islamı ərəbin milli ideologiyası saymaq doğrudur 
–  ən  çox  yalanlarla  yüklənmiş  milli  ideoloji.  İslam  –  bəşərləşdirmə 
yolu  deyil,  ərəbləşdirmə  yoludur.  Kitabı  ilahi  vəhy  (göydən  gələn) 
adlandırmaqla  onun  yazıldığı  tarixi  şəraiti  dərk  eləmək  olmaz, 
ərəbləşdirməni ört-basdır eləmək olar. Quran ərəb iqlimi, qaydaları, 
səhraları fonunda yazılıb. Ona görə də başqa etnosların onu olduğu 
kimi  qəbul  etməsi  bir  çox  özəlliklərin  ləğvinə  səbəb  olmuşdur  və 
mənəvi aşılanmaya gətirib çıxarmışdır. 
 
IV. Xurafatdan xurafata yox, xurafatdan Həqiqətə 
 
İslam dinində cəhalət görən, xurafat görən, yadlıq görən bir sıra 
insanlarımız  ya  ateist  olurlar,  ya  Tanrıçı,  ya  da  Totemçi.  Ancaq 
bununla  onlar  heç  nəyə  nail  olmurlar,  məncə,  heç  nəyə  nail 
olmayacaqlar da. Ateizm ümumiyyətlə antibəşəri baxışdır. Ateizmdə 
“Mütləq” anlayışı, ruhaniyyat, müqəddəslik rədd edilir. Ateist, yaxud 
materialist  filosoflar  dinin  yaranmasını  iqtisadi  çətinliklərlə  bağla-
yırlar.  Guya  iqtisadi  problemlər  aradan  qalxanda  din  də  aradan 
gedəcək. Bu yanaşma doğru deyil. İqtisadi gəlişmə insani ehtiyacları 
ödəyə,  əvəz  edə  bilmir.  Ateizm  boşluqdur  –  insanı  boşluğa  salır. 
Tanrıçılıq – türk baxışıdır, uca baxışdır. Ancaq Panteizm elementləri 
ilə yüklü olsa da, türk onu müəyyən bir sistem kimi qoruyub bu günə 
gətirməyib. Sistem kimi mövcud olmayan bir baxış toplumun həyat 
tərzini,  onun  mədəni  əsaslarını  təmin  edə  bilmir.  Təəssüf  ki, 
Tanrıçılıqla ərəbin Allahçılığını eyniləşdirib birincini ikinciyə qurban 
vermişik.  Bu  gün  də  Tanrıçılıqla  Allahçılığın  eyni  olması  yönündə 
təbliğat  gedir.  Məqsəd  türkün  özünəməxsusluğunu  dərk  eləməsinin 
qarşısını almaqdır. Bu başqa bir mövzudur və biz bu məsələyə ayrı-
ayrı yazılarda toxunmuşuq. Sadəcə ayrı-ayrı insanlarımızın seçimləri 
ilə bağlı mövqeni aydınlaşdırmağa çalışırıq. Vurğuladıq ki, insanla-
rımızın  müəyyən  bir  millətçi  kəsimi  Totemçiliyə  –  Bozqurdçuluğa 


35 
 
meyil  edirlər.  Ancaq  bu  da  öz-özlüyündə  tərəqqiyə  heç  nə  vermir. 
Milli  dirçəliş  üçün  Qədimliyimizin  atributlarını  yaddaşlarda  bərpa 
eləmək olar, həyatımızda isə bərpa eləməyin heç bir anlamı yoxdur. 
Bozqurdçuluqdan yalnız bir şeyi öyrənmək olar – yalqızlığın, tənha-
lığın  doğurduğu  güclülüyü  və  cəsarəti.  Başqa  səviyyədə  isə  ruhani 
inkişafın  qabağını  kəsmək  olar.  Totemçiliklə  milli  yön  (qiblə), 
ruhaniyyat  öz  ifadəsini  tapmır.  Səmavi  dinlərdən  sonra Yeni  Bəşər 
halı gərəkdir.  Bu  isə  Milli-mənəvi  Dirçəliş  əsasında  yarana  bilər. 
Milli  keyfiyyətləri  hər  bir  inkişaf  mərhələlərində  qabağa  vermək 
gərəkdir. Ancaq köhnə, ibtidai ənənələrə milli keyfiyyət adı qoymağa 
ehtiyac  yoxdur.  Başqa  sözlə  milli  keyfiyyətləri  köhnəltməyə 
qoymamaq,  köhnə  ənənələri  yeniləməyə  gərək  yox.  (Qədimlik  isə 
köhnəlik  deyil.  Köhnəlik  –  həyatımızı  sabaha  bağlaya  bilməyən 
ibtidai ənənələrdir). 
Dini qəbul etməməyin səbəbi çox vaxt “məndən deyil” prinsipinə 
söykənir.  Bu  isə  dinin  xeyrinədir.  Çünki  din  özünə  bəşəri  dəyər 
deyir.  Bəşəri  dəyər  isə  hər  kəsdəndir.  Əslində  bəşəri  sayılan  dində 
millilik  var  olmursa,  aydınlaşdırıb  dışlamaq  gərəkdir.  Kortəbii 
dışlamaq mümkün deyil. Din hansı təməl prinsiplər üzərində yaşayır, 
bu  təməl  prinsiplərə  tapınıb  onu  qorumaq  insana  nə  verir,  onu 
inkişafa doğru aparırmı? Yoxsa cəhalətdəmi saxlayır?! 
Bizim  yuxarıdakı  izahlarımızdan  görünür  ki,  din  əsasən  vərdiş 
əsasında oturuşub, öyrənmək və dərk eləmək əsasında yox. Dinə ayıq 
baxmağa  çalışanlar  həmişə  təqib  olunub,  hətta  edam  olunub.  Din 
sözdə  müqəddəslikdən  danışıb,  əməldə  müqəddəsliyi  öldürənlər 
ordusu yaradıb. Min illərdir dinin keşiyində dayananlar əli dəyənəkli 
ayıqların,  –  toplumu  ayıltmaq  istəyənlərin  üstünə  cumur.  Onlar 
dəyənəyi  yerə  qoymurlar,  çünki  idrak  qarşısında  dərhal  çaşırlar. 
Bugünkü  İran  dövləti  əli  dəyənəkli  qaragüruh  hazırlamaqla 
məşğuldur.  İnsanları  küt  və  avam  saxlayaraq  onlardan  qatillər, 
terrorçular yetişdirirlər.  
Bu gün biz, Azərbaycan olaraq yad etiqadlılıqdan və çoxetiqadlı-
lıqdan  dağınıq  duruma  düşmüşük.  Bəşəriyyət  elmi-texnoloji  inkişaf 


36 
 
mərhələləri  keçir,  biz  də  bu  mərhələləri  keçirik.  Ancaq  dağınıq 
durumdan  çıxa  bilmirik.  Çünki  ruhun  nizamsızlığını  elm  aradan 
qaldıra bilmir. 
Türk üçün Məhəmmədin “Allah təkdir, Məhəmməd onun Rəsulu-
dur”  düsturu  isə  dediyimiz  kimi,  xilas  açarı  ola  bilmədi.  Əminliklə 
bildiririk  ki,  Azərbaycan  bu  dağınıq  durumdan,  bütövlükdə  türkü, 
heç  kimə  gurultulu  görünməsin,  bəşəriyyəti  ruhani  nizamsızlıqdan 
Asif  Atanın  “Mütləqə  İnam”ı  çıxara  bilər.  Mütləqə  İnam  əsasında 
yeni ictimai-iqtisadi formasiya yarana bilər – İnsanilik sivilizasiyası!  
Asif  Atanın  ideyaları  bizim  bu  qənaətlərimizi  möhkəmləndirir. 
Bütöv  milli,  eyni  halda  bütöv  bəşəri  ideya  yarandı.  Bu  ideyalarda 
idrak  yeni  bir  mərhələyə  keçir  və  əvvəldən  axıra  qədər  həqiqət 
axtarışında  olur.  Biz  hesab  edirik  ki,  Asif  Ataya  qədər  hər  dövrün 
idrak  səviyyəsi  olub.  Dinlər  uzun  illər  yaşasa  da,  dini  idrak  qısa 
zamanda  tükəndi.  Çünki  məhdud  idi.  Elm  inkişaf  elədikcə  dini 
ideyaların əsasları sarsıldı və ruhani tərəqqi dayandı. Dini ideyalarda 
elmə zidd cəhətləri elm alt-üst elədi. Asif Atanın ideyaları elmə zidd 
olmadığına görə, elmin istənilən dövrdə sağlam inkişafı bu ideyalara 
ziyan verə bilməz. Əksinə, bu ideyalar elmin özü üçün də təməl baza 
rolunu oynaya bilər. Çünki insanlaşmadan yüksək tərəqqi yoxdur. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə