Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

28 
 
Kölənin  ibadətindən  müqəddəslik  işığı  yandırmaq  olmaz.  Dinçi 
düşünmür, sual vermir, axtarmır. İçində gizlənir. Naşı yaşayır, avam 
qalır. İçində gizlənir, yəni qüsurlardan azad olmur, mömünlük görün-
tüsü  yaradır.  Yaşayanda  naqis  yaşayır,  danışanda  xalis  danışan 
görünür.  Əslində  onun  “xalis”  danışığında  həqiqət  olmur,  xurafat 
olur.  Xurafatını  həqiqət  kimi  sırıyanın  xudbinliyi  aşkarlanır,  öz 
yalançı üstünlüyünü nümayiş etdirir. Dində insan özünü dərk eləmir. 
Öz sirrinə vaqif olmayan insan özünü kainatın kölgəsi, fövqəlqüvvə-
nin  köləsi  kimi  görür.  Fövqəlqüvvədən  qorxu  insanın  necə  var,  elə 
qalmasına səbəb olur. Cəzadan qorxan fəlakəti dərk eləməz, ömrünü 
dəyişməz  –  “alın  yazısı”na  qarşı  çıxmaz.  Məhz  buna  görə  də 
Məhəmməd  dinini  inqilabi  yolla  həyata  keçirdi.  İntibah  yolu  ilə 
olsaydı, yüzillər çəkərdi. Təbii ki, yalan və xurafat üzərində intibah 
baş  verməz.  İntibah  daxildən  dəyişməkdir,  inqilab  üzdən.  Baxma-
yaraq  ki,  Məhəmməd  dəyişiklik  yaratdı,  hələ  istənilən  ictimai 
dəyişiklik İntibah deyil. Hətta onun baş verməsi qalmaqalsız şəraitdə 
baş tutsa  belə.  Dinin  yayılıb  genişlənməsi döyüşlərlə,  qalmaqallarla 
həyata keçirdi. Bu isə yeniliyin çətinliklə qəbul olunmasından deyil, 
yeniliyin  zorakı  üsullarla  qəbul  etdirilməsindən  doğan  qalmaqallar 
idi. Fikir verin, Quranda deyilir ki, “sizinlə döyüşənlərlə siz də döyü-
şün”.  Halbuki,  dini  qəbul  etməyənlər  müsəlmanlarla  deyil,  müsəl-
manlar  onlarla  döyüşürdülər.  Təbi  ki,  humanizmin  təmsilçisi  kimi 
çıxış edən din başçısı “bizi qəbul etməyənləri qırın” əmri ilə döyüşə 
başlamazdı. Deyər ki, “sizinlə döyüşənlərlə siz də döyüşün”. Belədə 
işğalçılıq pərdələnmiş olur. Yuxarıda dediyim kimi, dinin (yeniliyin) 
qəbul olunması onillər, hətta yüzillər tələb edir. İnsanları inandırmaq 
və  onların  həyat  tərzini  dəyişmək  sıradan  bir  olay  deyil.  Ona  görə 
dini qəbul etdirərkən atılan zorakı addımların günahını qarşı tərəfin 
boynuna  yazmaq  qaçılmaz  idi.  Həm  döymək,  həm  də  günahlan-
dırmaq  antiinsani  taktikadır,  bu  əməli  müqəddəslik  əməli  adlandır-
maq  kökündən  səhvdir.  Tarixdə  bu  cür  faktlar  xeyli  dərəcədədir. 
Onlardan  biri  Bədr  savaşıdır.  Əbu-Sufyanı  talançılıqda  suçlayıb, 
onun  karvanını  talamaq  məhz  din  başçısının  öz  iştirakı  ilə  həyata 


29 
 
keçirilmişdir.  Onun  ölümündən  sonra  da  müsəlmanlığı  qəbul  etmə-
yənlərə divan tutmaq və talançılıq əməlləri davam etmişdir. Babəkə 
qarşı başlayan, onu qanına qəltan eləyib Azərbaycanı talayan yürüş; 
habelə  Mərkəzi  Asiyada  Küteybənin  başçılığı  altında  dini  qəbul 
etdirmək üçün türklərə qarşı qətliyamın həyata keçirilməsi və b.k. Bu 
olaylar  Mədinədə  başlayan  inqilabi  proseslərin  başqa  xalqlara, 
toplumlara  qarşı  məntiqi  davamı  olan  antibəşəri  əməllər idi.  İntibah 
başqa  səviyyədir  –  insani  münasibətlərin  ictimai  nizama  çevrilmə-
sidir.  İnsana  qarşı  zorakı  davranmaq,  heyvani  münasibət  bəsləmək 
insanlaşdırma səviyyəsi yetirə bilməz, necə ki, yetirə bilmədi. İnsanı 
döyəsən, aşağılayasan, sonra da onda özünə qarşı sevgi yaradacağını 
düşünəsən, buna heç bir ad qoymaq mümkün deyil. 
Allah  deyir  məni  sevməsəniz  sizi  qır  qazanlarında  qaynadacam. 
Müsəlman da deyir, yaxşı, səni sevirəm, təki mənə mərhəmət göstər, 
qır  qazanında  qaynatma.  Bunlardan  aydın  olur  ki,  toplumu  özünə 
tabe  eləmək,  etirazları  aradan  qaldıraraq  dinin  yaşamasını  təmin 
etmək  üçün  “Alın  yazısı”  ideyası  qəti  bir  inadla  qorunub.  Burada 
məqsəd insan deyil, dindir. Dinin məqsədə çevrildiyi mühitdə insan-
lığın  qələbəsi  təmin  olunmaz.  Çünki  dinin  hədəfi  insanlaşdırmaq 
deyil, bəndələşdirməkdir. 
İslamda  ümmətçilik  ideyası  millətin,  millətçiliyin  təməl  prinsip-
lərinə  zərbə  vurdu.  Bizə  görə  bəşər  tarixində  milləti  ləğv  etməyə 
çalışan  üç  ideologiya  olub  –  Ümmətçilik,  Kommunizm  və  Qloba-
lizm. Ancaq qəribədir ki, bu ideologiyaları yaradanların milləti ləğv 
olunmur,  sadəcə  başqa  millətlərin  etnik  kimliyinin,  özünəməxsus-
luğunun  üstündən  xətt  çəkməklə  hakim  millət  olmaq  məqsədi 
güdülür. Məsələn, kommunizm quruluşunun arxasında duran rusların 
dili,  mədəniyyəti,  siyasəti  inkişaf  edir,  başqa  xalqlar  isə  təqlidçi 
duruma  salınırlar.  Yaxud  qlobalçılığın  arxasında  duran  ingilislərin 
hegemonluğu  güclənir,  başqa  xalqlar  isə  ingilisləşmə  taleyinə 
alışdırılır.  İslamın  ümmətçiliyində  də  beləcə,  ərəbləşdirmə  prosesi 
gedir. Əslində  ruhaniyyat  millətlərin  özəlliklərini  qoruyaraq 
özümlü  bəşər  halı  yaratmalıdır.  Burada  isə  xalqların təqlidçilik  – 


30 
 
yamsılama  xətti  tutmasıyla  bəşəri  ahəng  pozulur.  Xalqların  etnik 
müxtəlifliyini  aradan  qaldırıb  eyniyyət  yaratmaq  antiruhaniyyat-
dır. Millətçilik  –  millətsizləşdirmə  xurafatıyla  döyüş  deməkdir
Bu mənada Millətçilik həm də ruhaniyyatdır – millətin ruhuna, milli 
keyfiyyətlərini  qorumaqdır.  Din  millətçiliyi  küfr  sayır,  ərəbləşdir-
məni  açıq  şəkildə  ortaya  qoyur. “(Ey  Məkkə  əhli)  Biz  onu  ərəbcə 
bir  Quran  olaraq  nazil  etdik  ki,  bəlkə  (mənasını)  anlayasınız” 
(26-cı  əş-şüara  surəsi,  195-ci  ayə).  Bəs  bizim,  türk  olaraq 
günahımız  nədir,  onu  anlamaya-anlamaya  zorla  qəbul  etdirdilər. 
Məscidlərdə,  yas  ünvanlarında  ərəb  dilini  bilməyən  toplumu 
psixoloji təlqinlə yığırlar vaizlərin çənəsinin altına.  
İslam  elə  bir  Allah  qorxusu  yaradıb  ki,  ona  qarşı  tənqidi  mövqe 
ortaya gəlmir. Yaxud ortaya çıxan adam qaragüruhun nadanlığından 
çəkinir.  İslam  İdrakın  üzünə  bağlı  dindir.  Təbliğat  da  bu  qorxunu 
möhkəmlətmək  yönündə  qurulur.  Ruhani  bilik,  İdrakçılıq  yaranmır. 
Ona  görə  də  İnsan  həyatda  ayıqlığını  itirir.  Din  dərin  məsələləri 
düşünməyə  yasaq  qoydu.  Bununla  da  bəşəriyyətin  icma  dövründən 
gələn  ruhani  kortəbiiliyi qoruyub  saxladı.  İnsan  suallara  cavab  verə 
bilməyəndə  qorxmağa  başlayır.  Ruhlar  aləmi  insanda  ölüdən, 
qəbirdən qorxu yaratdı. Hər şeydə ruh axtarmaq (daşda, kəsəkdə…) 
–  hər  şeydən  qorxmaq  demək  oldu.  Allahın  mələklər  ordusu  ruhlar 
aləminin  yeni  biçimdə  təkrar  olunmasıdır  (animizmin  qalığıdır). 
Animizmdə ruhlar idarə etdiyi halda, dində mələklər idarə edir. Kəbə 
– Allah evi, Qaradaş, şeytana daşatma və s. bütpərəstliyin qalıqları-
dır.  İslamda  Buddizmə  qarşı  kəskin  mövqe  sərgilənir,  Budda 
peyğəmbər  sayılmır.  Buddizmi  bütpərəstlikdə  suçlayaraq  gözdən 
salırlar, özləri də şeytana daşatma ayini icra edirlər. 
Məhəmməd Qüreyşilərin qəbilə Allahı olan əl-illahı bütün müsəl-
manların  (əvvəl  bütün  qəbilələrin)  Allahı  elan  etdiyi  üçün  həmin 
Allaha  xas cəhətlərdən  yaxa  qurtara  bilmədi.  Ruh  anlayışına  müna-
sibət, axirət,  oruc,  qurban kəsmək  və  b.k.  adətlər  ibtidai etiqadların 
qalıqlarıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə