Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   2   3   4   5   6   7   8   9   ...   30

19 
 
Mütləqə İnamçı 
 
Heç  bir  dini  qəbul  etməyən,  Asif  Atanın  yaratdığı  dünyabaxışın 
əsasında  yaşayan,  Asif  Atanın  peyğəmbərliyini  qəbul  eləyən,  Onun 
yazdığı  kitabı  İnsanlığın  Qutsal  kitabı  sayan  istənilən  yurddaşımız 
İnamçı sayılır. 
İnamçının  ixtiyarı  Ocaqda  olmur,  özündə  olur.  Ocaq  isə  onun 
yaşamasına,  davranışına  görə  heç  bir  məsuliyyət  daşımır.  Yalnız 
İnamçıların könüllü olaraq Ocağa müraciət eləməsindən sonra Ocaq 
onların  istəkləri  ilə,  adət-ənənələrə  yönəlik  atmaq  istədikləri 
addımlarla  bağlı  münasibət  bildirə  bilər.  Deyək  ki,  İnam  yönündən 
hansısa bir Birlik yaradarlar, yaxud  toy - vay quralları icra edərlər.  
Ancaq  İnamçılar  Atanın  Dünyabaxışının  yayılması  və  qəbul 
olunması üçün daim Ocağa dəstək olmalı və əllərindən gələn köməyi 
etməlidirlər. 
İnamçılar “Atalı” soyuna mənsub deyillər.  
 
 
Ocaqdostu və ya Ocaqsevər 
 
Ocaqdostu – Ocaqsevər formal olaraq başqa dünyabaxış daşıyıcısı 
ola  bilər.  Ancaq  Asif  Atanın  Yurdçuluq,  İnsançılıq,  Millətçilik 
yönündə bütün addımlarını izləməli, bilməlidir. Hər bir mühitdə Asif 
Atanın  Dnyabaxışına  qarşı  olan  fikirləri  doğru  saymamalı  və  yeri 
gələndə  etirazını  bildirməlidir.  Asif  Ata  ilə  xalq  arasında  müəyyən 
səviyyədə körpü rolu oynamağı bacarmalıdır.  
Bu  gedişlə  İnam  Xalqının  yaranmasında  hər  kəsin  az  və  ya  çox 
mənada qatqısı olmalıdır.  
 
 


20 
 
İnamın Dindən üstünlüyü 
 
 
Təməl prinsiplərdə yalan olmamalıdır 
 
I. Yazının yazılma səbəbi – giriş sözü 
 
Biz dünyaya yeni İnam Dünyabaxışı təqdim edirik. Deyirik İnam 
din deyil, dindən fərqlidir və üstündür. Fərqli və üstün sözlərini isə 
dini  qəbul  etməməyimizə  və  İnamı  özümüzünkü  saydığımıza  görə 
demirik. Burada fərqliliyin və üstünlüyün xüsusiyyətləri var. Təməl 
prinsiplərə  müraciət  etməkdə  məqsədimiz  də  həmin  xüsusiyyətləri 
imkanımız daxilində izah və şərh eləməkdir. Bu yazıda biz doğrulu-
ğumuza  və  səmimiyyətimizə  güvənirik. Oxucu  elə  düşünməməlidir 
ki, biz özümüzə sərf eləyən istiqamət götürmüşük. Onsuz da həqiqəti 
tarixdən,  tarixi  gələcəkdən  gizləmək  olmur.  Doğrunu  görmək, 
doğrunu bilmək, doğrunu demək yeganə meyardır. 
Biz  Asif  Atanın  irəli  sürdüyü  İnsanlaşma  ideyasının  daşıyıcıla-
rıyıq.  Bu  ideyanı  özümləşdirmək  və  yaşatmaq  üçün  dayağımız, 
tapınağımız,  güvəndiyimiz  mühit  insandır.  İnsanın  özünə  bərabər, 
yəni  mənasına  layiq  yaşaması  yolunda  çox  ciddi  maneələr  var. 
Maneəni insan özü yaradır, böyüdür, qoruyur. İstər din, istər ictimai 
quruluşlar insanın  özünü tanımasına  həmişə  əngəl  olub. Təəssüf  ki, 
insan yalansız keçinməyi qarşısına məqsəd qoymayıb. Sözdə yalana 
pis  deyib,  damğalayıb,  ancaq  münasibətlərində  yalandan  istifadə 
eləyib.  Yalana  bəraət  verib,  yalansız  keçinmək  mümkün  deyil 
deyib. İctimai nizam yalan üzərində qurulub. Yalan – nizamsızlıq 
deməkdir. 
Bütövlük alınmır, ziddiyyət artır. Bu ona görə baş verir ki, insan 
ikili  xassəyə  malikdir  –  həm  ruhani,  həm  də  cismani.  Bu  fakt  var, 
bunu  danmaq  mümkün  deyil.  Ona  görə  də  bütün  dinlər,  ictimai 
quruluşlar  balanslaşdırma  xətti  tutdular.  Ruhanilik  və  cismanilik 
paralelləşdi. Əbədilik və Mövcudluq üz-üzə qoyuldu və Mövcudluq 


21 
 
üstünlük  əldə  elədi.  Çünki  düşünüldü  ki,  mövcudluq  qaçaraqdır, 
gözləmir. İnsan özünə təlqin elədi ki, ruhanilik gözləyər, cismanilik 
gözləməz.  İctimai  quruluşlar  cismaniliyə  üstünlük  verdi.  Din  də 
sözdə  ruhanilik  dedi,  ancaq  yaşamda  cismaniliyin  təsirindən  çıxa 
bilmədi. Dinin başında duranlar Quldarlaşdı, Feodallaşdı, Kapitalist-
ləşdi,  heç  vaxt  ruhaniləşmədi.  Cismanilik  hər  kəsi  özünə  –  öz 
mövcudluğuna  bağlayır.  Ona  görə  də  yaşamaq  uğrunda  mübarizə 
gedir.  Bu  mübarizə  insanda  bütün  heyvani  duyğuları  aşkarlayır  və 
səfərbər edir. İnstinktlər ömrə hakim kəsilir. Maddi nemətləri qamar-
lamaq,  üstünlüyə  can  atmaq  həyat  normasına  çevrilir.  Bu  gedişatda 
zor  həlledici  amil  olur.  Buna  görə  də  hər  kəs  zora  can  atır  –  zorlu 
olmaq,  başqasının  zorundan  qorunmaq  və  üstünlüyə  nail  olmaq 
məqsədə  çevrilir.  Elm,  təhsil,  fərdi qabiliyyət,  bacarıq,  istedad  zoru 
təmin  edir,  zora  yarayır.  Elə  ona  görə  də  insan  millət  olmaqdan, 
bəşər olmaqdan məhrum olur. 
Millət  insanların  cəmindən  deyil,  insani  keyfiyyətlərdən 
qurulan  hadisədir.  Bəşər  də  xalqların  cəmindən  deyil,  onların 
insani  keyfiyyətlərindən oluşur. Bütün  bunlar  hamısı  insanın 
özümləşməsindən  başlayır.  Təbii  ki,  sual  ortaya  çıxır  –  əgər  insan 
ikili xassəyə malikdirsə, bəs onun özümləşməsi nə deməkdir?! Yuxa-
rıda  vurğuladıq  ki,  bioloji  mövcud  olmanın  qanunları  ruhani 
qanunlara  ziddir.  Eyni  halda,  təbiətdə  bioloji  qanunların  qarşısını 
almaq  mümkün  deyil.  Ancaq  insan  əşya  deyil,  heyvan  deyil.  Onun 
mahiyyəti,  yəni  insaniliyi  xassələrindən,  xislətindən,  təbiətindən 
üstündür.  Deməli,  insanın  özümləşməsi  –  xislətinə  deyil,  mahiyyə-
tinə  bərabər  yaşaması  deməkdir.  Deməli,  ictimai  həyatda  ruhani 
qanunları bərqərar eləmək mümkündür. Təbəqələşmə – ağalıq-nökər-
lik, özünəyadlaşma, xalqa, bəşərə yadlaşma ruhani qanunların yoxlu-
ğuna  görədir.  İnsanın  özüylə  yetərlənməmək,  özündəki  mənaya 
çatmaq  tələbi  var.  Bu tələb  həm  də  imkandır.  Əgər ictimai  həyatda 
Mütləq  Xeyir,  Mütləq  Ədalət,  Mütləq  Həqiqət  qələbə  çalmayıbsa, 
“bundan sonra da heç vaxt qələbə çalmayacaq” anlamına gəlmir. Bu 
istək  insanın  içində  daim  baş  qaldırıb,  qaldırır.  Ona  görə  Asif  Ata 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə