Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   2   3   4   5   6   7   8   9   ...   30

16 
 
Mütləqə İnam Ocağının  
iç quralları (qaydaları) və yaşam tərzi 
 
Hər bir Dünyabaxışın olduğu kimi Mütləqə İnam Ocağının da öz 
qaydaları,  yaşam  tərzi  və  anlayışları  (terminləri)  var.  Təbiidir  ki, 
köklü dəyişikliklər eləyən Yeni İnam əski qaydaların saxlanması ilə 
özünü  təsdiq  edə  bilməz,  baxmayaraq  ki,  cəmiyyət  hansısa  qayda-
lara, ənənələrə uyğunlaşıb. İnam xalqının formalaşması üçün əvvəlki 
vərdişlərdən, üsullardan imtina etməsi qaçılmazdır...  
İnamçılar  bir-biri  ilə  görüşəndə  “salam”  əvəzinə  “Ürəyində  Ata 
Günəşi  olsun”,  “xudahafiz”  əvəzinə  “Atamız  Var  olsun”  deyirlər. 
“Ata Günəşi” – İnsana inamı, insanlığın meyar kimi qəbul olunma-
sını,  ruhani  varolmanı  uğurlayan  bir  sözdür.  “Atamız  Var  olsun”  – 
yəni  İnamımız  var  olsun,  Ocağımız  var  olsun,  Ruhaniyyatımız  var 
olsun anlamı daşıyır. 
Ocaq  quruculuğu  ən  çox  Tədbirlərdə  öz  əksini  tapır.  Tədbirlər     
7  mərasimdən,  2  Mərasim-Törəndən  və  4  Bayramdan  ibarətdir. 
Mərasimlərdə ancaq Ocaq Evladları iştirak edir. Mərasim-Törənlərdə 
və Bayramlarda isə Ocaqsevərlər və maraqlananlar da iştirak edirlər. 
Ocaq  Ruhani  Ailələrdən  təşkil  olunur.  Hər  Ailənin  ayda  bir  dəfə 
aylıq toplantısı – mərasimi keçirilir. Ocaq vaxtdan asılı olaraq ayda 
bir  dəfə,  yaxud  iki  ayda  bir  dəfə  “Amallaşma-Doğmalaşma  günü” 
keçirir.  Amalı  öyrənmək  və  öyrətmək,  ruhani  fikir  bölüşmələri 
əsasında  doğmalaşma.  Üsulumuz:  xalqın  içinə  səfərlər  eləmək, 
görüşlər keçirmək – Amalı öyrətmək, Ocağa dəvət eləmək; eləcə də 
mətbuat  vasitəsiylə  ideyaları  yaymaq,  ədəbiyyatlar  hazırlayıb 
yaymaq;  fərdi  ünsiyyətlər  qurmaq  –  ardıcıl  İnama  çağırmaq. 
Atamızın  dediyi  kimi,  İnsanlaşmaq  və  İnsanlaşdırmaq.  Məbədlər 
(İnam  Evləri)  tikmək,  xalqa  öz  Ruhaniyyatını  tanıtmaq  və  öz 
Ruhaniyyatıyla yaşamaq öyrətmək. 
Ocaq  öz  ilsırası  (tarixi)  və  Günsırası  (təqvimi)  əsasında  yaşayır. 
Və  bunu  ümummilli  ənənə  halına  gətirməyi  məqsədi  sayır.  Habelə 


17 
 
milli yazı sistemi (Orxon-Yenisey əlifbası əsasında) ortaya qoyur və 
müqəddəsatını (arxivini) bu əlifba ilə hazırlayır. 
Ocaq  öz  Ruhaniyyatı  əsasında  “Ölügötürmə”  və  Evlənmə 
(“Beşikbaşı  mərasimi”)  qaydalarını  yaradıb  və  imkan  düşdükcə 
bunları ictimai həyata tətbiq edir. 
Ocaq  Asif  Atanın  İrsini  –  Müqəddəs  Kitablarını  (“Qutsal 
Bitiq”lərini)  13  cilddə  hazırlayıb,  arxivləşdirib  və  imkan  düşdükcə 
üzünü artırıb yayır. 
Ocaqçı  gündə  3  dəfə  Ataya  Rica  deyir  və  Mütləqlə Təmas  sözü 
söyləyir.  Bu  Rica  və  Təmaslarda  özüylə  –  öz  mənasıyla  üz-üzə 
durmaqla, özünü kökləməklə və günə hazırlamaqla insanda sabit hal 
yaradır.  İnsanın  özünə  inamı  yetkinləşir,  qüsurlara  enməmək  üçün 
qətiyyəti  artır.  Yolda  olduğunu  anlayır,  Yük  altında  olduğunun 
məsuliyyətini dərk edir. 
 Ocaq  Atalıq  və  Evladlıq  hadisəsinə  əsaslanır.  Ata  İnamın 
Atasıdır, Evlad İnamın Evladıdır, Atanın Davamçısıdır, əski dövrlər-
dəki  Apostoldur,  İmamdır,  Müriddir.  Atanın  tələbi  budur  ki,  Ata 
Əməli  Evlad  Əməlində,  Ata  fəlsəfəsi  Evlad  fəlsəfəsində  davam 
eləməlidir.  Evlad  icraçı  deyil,  Qurucudur,  Yaradıcıdır.  Ata  deyir  – 
Evlad  özündə  üç  keyfiyyəti  yaratmalıdır:  Yazarlıq,  Natiqlik,  Təşki-
latçılıq. Bu, Evladın Ocaq Quruculuğundakı əsas silahıdır.  
Ocağa  Evlad  qəbulu  mərasimləşən  bir  hadisədir.  Xalqın  içindən 
ayrı-ayrı insanlar Ocağa üz tutur. Məramını, məqsədini Asif Atanın 
adına rica şəklində yazır. Atadan “Ruhani Ad” alır və Ocaqlaşmağa 
başlayır. Mərasimdə Ocaqçılara təqdim olunur və Ocaqçılığını təsdiq 
edən Ruhani Sənəd – “Evladlıq Nişanəsi” alır. Atanın sağlığında bu 
əməllər Ata tərəfindən həyata keçirilirdi, onun ölümündən sonra isə 
Ocaq Yükümlüsü (Soylu Atalı) tərəfindən yerinə yetirilir. 
Ata öləndən sonra Ocağın Ruhani Nizamını yaradan və qoruyan, 
Ocağı ruhani idarə edən Ocaq Yükümlüsü hadisəsi yaranmışdır. Asif 
Atanın ölümündən bu günə qədər bu məsuliyyəti yazı müəllifi (Soylu 
Atalı)  öz  üzərində  daşıyır.  Yuxarıda  vurğuladığımız  kimi,  Ocaqda 
Atalıq  və  Evladlıq  hadisəsi  var.  Ocaq  Yükümlüsü  Atanın  yerinə 


18 
 
keçmir,  o,  elə  Evladdır.  Sadəcə  Ocağın  bir  Qurum  olaraq  yaşayıb 
idarə  olunmasını  təmin  edir.  Təbii  ki,  gənc  Ocaqçıların  ağlının, 
qəlbinin  böyüməsində  rol  oynayır.  Bununla  belə,  Ocaqda  vəzifə, 
titul, rütbə yoxdur və olmayacaq. Ocağın Atası, Ruhani Başçısı əbədi 
olaraq  Asif  Atadır.  Asif  Ata  Peyğəmbərdir.  Peyğəmbər  əvəz 
olunmur, Yolu davam olunur, Ocağı nizamlanır, ruhani idarə olunur. 
 
 
Ocaqçı 
 
Dünyada Yeni Bəşər nizamı oluşmalıdır deyərək Asif Ata Qutsal, 
Ruhsal bir işə başlamışdır. Bu işin gerçəkləşməsi üçün fəaliyyət yönü 
müəyyən eləmiş və Qurum yaratmışdır. Bu Qurumun içində olan və 
ömrünü belə bir qutsal niyyətin baş tutmasına bağlayan bəşər övladı 
Oçaqçı  adlanır.  Ocaqçı  daim  özüylə  döyüşüb  kamilləşən,  içində 
əyilmək,  sapmaq,  satılmaq,  dönmək  imkanı  saxlamayan  qüdrətli 
şəxsiyyətdən  olur.  Onun  duyğuları,  idrakı,  mənəviyyatı,  vətən 
sevgisi,  millət  sevgisi  daim  Mütləqə  İnamdan  ölçü  tapır.  Başqa 
ölçülər Ocaqçı üçün yönsüzlük sayılır. Ocaqçı ixtiyarını Ocağa verir, 
Ocağın Yükümlüsünün buyruğu ilə Ocaq Quruculuğu işlərini həyata 
keçirir.  
Hər  bir  Ocaqçı  Ocağın  bir  Ruhani  Ailəsində  olmalı,  Ocaq 
mərasimlərində  ardıcıl iştirak  etməli,  söz  deməlidir.  Ataya  –  Ocağa 
Ruhani hesabat verərək Ocaqçılığını nizamda saxlamalıdır.  O, Oca-
ğın  bütün  qurallarına  əməl  etməli,  İnam  Evinin  (İnam  Məbədinin) 
yaranmasında iştirak etməli və İnam Evinin İnsanlığın qutsal ünvanı 
kimi  təsdiq  olunmasına  çalışmalıdır.  Atanın  “Qutsal  Onluğu”nu 
öyrənməli,  Ocaq-türk  abesində  yazmağı  bacarmalı  və  ümum  Ocaq 
Yükümlüsü təsisatını qəbul etməlidir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə