Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

25 
 
özü də yoxluqda mövcud olub, yoxluqda dayanıb. Bu ideya idrakın 
heç  bir  məntiqinə,  mərhələsinə  uyğun  gəlmir.  Əslində  dinin  bütün 
xurafatı bu Yalandan başlayır. Ayrı-ayrı məqamlara baxaq. Peyğəm-
bərlər  Allahın  şərafətli  qulları  sayılırlar.  Bu  fikir  əslində  Quldarlıq 
dövrünün  tələblərindən  doğur.  Məntiqlə  əgər  peyğəmbər  quldursa, 
deməli, Allah quldardır. 
Yeri  gəlmişkən,  islamı  demokratik  din  adlandırırlar.  İslamın 
yarandığı  dövr  Quldarlıq  dövrü  idi,  Feodalizm  formalaşmamışdı. 
Onun  demokratiyası  da  Quldarlıq  demokratiyası  idi.  Kapitalizm 
demokratiyasında  İslamın  demokratikliyi  nədir,  necədir,  bizə  bəlli 
deyil...  Başqa  bir  məqam  “Allahın  öz  peyğəmbərini  sınaması” 
ideyasıdır. Bir tərəfdən “Allah hər şeyi biləndir, görəndir, başqa bir 
tərəfdən sınamaq. Sınamaq – tanımazlıqdan, bilməzlikdən irəli gələn 
münasibətdir.  Hər  iki  halda  Allah  adamabənzər  mövcudluğa  enir, 
bununla  da  Mütləqilikdən  məhrum  edilir.  Merac  məsələsini  də  bu 
faktlara  əlavə  eləmək  olar.  Məhəmməd  Allahdan  vəhy  dinləmək 
məqsədiylə Göylər aləminə uçub. Maraqlıdır ki, bu məsələyə məcaz 
kimi  deyil,  həqiqət  kimi  yanaşırlar.  Quranda  iddia  olunur  ki, 
Allahdan  bütün  vəhyləri  Məhəmmədə  Cəbrayıl  adlı  mələk  daşıyır. 
Belə çıxır ki, Allah hansısa vəhyləri Cəbrayıla etibar eləmir, birbaşa 
Məhəmmədin  özünə  demək  üçün  merac  təşkil  edilir.  Halbuki 
Quranda  Allahın  diliylə  deyilir:  “Allah  sizə  şah  damarınızdan 
yaxındır”. Allahın bu dərəcədə insana yaxın olduğu təqdirdə Göylər 
Aləminə uçuş, yaxud Cəbrayılın yer üzünə çoxsaylı enişləri nə üçün 
imiş?! Hesab edirik ki, bütün bu məsələlərdə bir aktyorluq var. Söz 
oynatmalarla insanları çaşdırmaq və süni cazibə yaratmaq bizə görə 
səmimiyyətdən çox uzaqdır.  
Mələk  ideyasının  bu  dərəcədə  qabardılması  da  səmimiyyətsiz-
likdən doğur. Bəllidir ki, Quranda Allahın mələklərinə inam müsəl-
manlığın  şərtlərindən  biri  kimi  irəli  sürülür.  Mələklər  saf,  təmiz 
ruhlar deməkdir ki, bu da animizm dövrünün qalıqlarıdır. Min illərdir 
ən  ibtidai  baxışların  bu  günə  daşınması  əslində  bəşər  övladının 
ruhunu kor qoymaqdır. Demli, təmiz, saf ruhlar yalnız Allahın dərga-


26 
 
hında ola bilər, yer üzündə insan həyatında ruhani saflıq ola bilməz. 
Bununla  da  din  dünyaya  işıq  deyil,  qaranlıq  gətirmiş  olur.  Qəribə 
cəhət  odur  ki,  Allah  öz  mələklərinə  ərəb  adları  qoyub  –  Cəbrayıl, 
Mikayıl, Əzrayıl, İsrafil, Rizvan, Malik və s. Bu da yunanların poli-
teizminin  məntiqinə  uyğun  gəlir  –  Allahın  nəzarətçi  köməkçilərinin 
olması və bir millətin fərdi xüsusiyyətləri ilə məhdudlaşdırılması. 
Əgər  dünya  fani  elan  olunursa,  təbii  ki,  fani  olmayan  dünyanı 
uydurmaq  qaçılmaz  idi.  Axirət  dünyasının  kuralları,  yaşam  sistemi 
planetimizin həyat sisteminin fantastik biçimidir. Təqdim olunan bu 
dünyanın  tələblərini  zadlığın  və  əsarətin  məntiqi  ifadəsi  kimi 
nəzərdən keçirmək mümkün deyil. Başqa sözlə, cənnət və cəhənnəm 
məcazi  mənada  deyil,  həqiqi  mənada  sunulan  anlayışlardır.  Bu 
anlayışlarda  insani  məzmun  və  məna  çalarları  yoxdur.  Əvvəldən 
axıra qəfər effekt var. Effekt cazibəli görünsə də heç bir gerçək əsasa 
malik deyil. Cənnət və cəhənnəm məsələsi dinin insana münasibətini 
çox qabarıq şəkildə əks etdirir. Bir tərəfdə insanlara kef, eyş-işrət vəd 
olunur, o biri tərəfdə vəhşi işgəncələrin pəncəsi ilə hədələnir. Bəs bu 
vədlər,  hədələr  nəyin  qarşılığındadır?!  Heç  də  insani  keyfiyyətlərin 
aşkara  çıxarılması  və  böyüdülməsi  nəzərdə  tutulmur.  Kef,  eyş-işrət 
xatirinə  ədalətli,  vicdanlı  olmaq  özündə  hansı  məntiqi  daşıyır, 
anlamaq  olmur.  İnsan  öz  mahiyyətinə  uyğun  yaşamalıdır,  ona  niyə 
mükafat  vəd  olunmalıdır?!  Mükafata  şirnikən  adam  o  deməkdir  ki, 
öz  mahiyyətini  dərk  eləmir.  Dərk  eləməyəndə  isə  onu  icra  eləmək 
mümkün  deyil.  Aktyora  pul  və  mükafat  verib  rol  tapşırmaq 
olar. İnsanlığı  yaşamaq  isə  insana  rol  kimi  tapşırıla  bilməz. 
İnsani  yaşamaq  tərtib  olunmur,  təşkil  olunmur.  İnsanilik  daxili 
nizamdır, haldır, onu aşkarlamaq, ona yetmək olur. 
Yaxud  cəhənnəm  vasitəsiylə  insanı  İnsanlığa  yönəltmək  özünü 
doğrulda  bilməz.  İnsani  əməllər  daxili  azadlıq  üzərində  həyata 
keçirilir.  Qorxan,  qorxudulan  insan  daxilən  özünü  tanımayan,  azad 
olmayan  insandır.  Qorxa-qorxa  ləyaqətli  olmaq  olmur. Ləyaqət  – 
qorxudan açılanda başlayır


27 
 
Bu  deyilənlərə  dayanıb  əlavə  eləmək  olar  ki,  Axirət  Dünyası 
insani keyfiyyətləri aşkarlamır, əksinə, insanlığa qarşıdır. Müsəlman-
lığın əsas şərtlərindən biri Axirət Dünyasının həqiqi dünya olmasına 
inanmaqdır.  Ancaq  dünyanı  fani  elan  eləməklə  Axirət  Dünyasının 
əbədiliyi  dinin  özü  tərəfindən  şübhə  altına  alınır.  Belə  ki,  “bir  gün 
Qiyamət qopacaq, dünya və dünyadakılar məhv olacaq”. Əgər dünya 
da öləcəksə, heç nə əbədi deyilsə, deməli, cənnət, cəhənnəm də əbədi 
deyildir.  Cənnət  və  cəhənnəm  möminləşən  və  mömünləşməyən 
adamlar  üçün  düşünülmüş  mükafat  və  cəza  ünvanıdır.  Dünya  və 
dünyadakılar  olmayandan  sonra  bu  ünvanların  qalması  təbii  olaraq 
anlamını itirir. Bu və bunun kimi məsələlərdən aydın görünür ki, din 
öz  məntiqsizliyinin  girovuna  çevrilib.  Dünya  fanidirsə,  deməli, 
müsəlmanlıq da boş və fanidir, müsəlmanlığın şərtlərindən biri olan 
cənnət və cəhənnəmə olan inam da.  
Axirət Dünyası Allaha inamı xilas eləmək üçün düşünülüb. Məhz 
dində  təqdim  olunan  Allaha  inamı  başqa  cür  doğrultmaq  olmur. 
Gözəllikləri dərk edib Allahlıq məzmununa yetmək əvəzinə, şirnik-
dirmə və qorxu üsulu ilə Allaha münasibət formalaşdırmaq İnsani hal 
yarada bilməz. Diqqət yetirin, həm Qiyamət qopacaq, həm də Mehdi 
zühur  edəcək.  Əgər  Allah  qiyamət  qoparacaqsa,  onda  Mehdinin 
zühuru  nəyi  həll  edir,  Allahın  əmrini  ləğv  eləməyəcək  ki.  Bu  kimi 
təzadlı fikirlər sağlam yaşanmayan təzadlı əhvallardan doğur. Burada 
biz  cəmiyyəti  əvvəl  çaşdırmaq,  sonra  da  onun  ağlı  ilə  əylənmək 
səviyyəsini müşahidə edirik. 
İnsana  münasibətin  kəskin  dəyişməsini  və  antiinsani  biçim 
almasını  Qəzavü-qədər  (Qismətçilik)  ideyasında  da  izləmək  müm-
kündür. İnsan taleyinin qabaqcadan müəyyən olunması – alın yazısı 
(elmi  dildə  buna  fatalizm  deyirlər)  əslində  hər  cür  eybəcərliklərin, 
hər  cür  fəlakətlərin  bəraətidir.  Həm  insanın  taleyi  kodlaşdırılıb, 
proqramlaşdırılıb,  həm  də  ondan  mömünlük  tələb  eləmək  bir  araya 
sığmır.  Əvvəl  insanı  düşünməkdən,  dəyişilməkdən  məhrum  edir, 
sonra onu kamilləşdirməkdən bəhs edir. Kamilliyin də mənası Allaha 
qul  olmaqdır.  Başqa  sözlə,  dində  kamillik  bərabərdir  köləliyə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə