Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Deməli,  mən  yenə  də  Sən  deyiləm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

50 
 
–  Deməli,  mən  yenə  də  Sən  deyiləm.  Sən  bütövsən,  mən 
yarımçığam,  sən  vahidsən  –  mən  müxtəlifəm,  sən  paksan  –  mən 
bulanığam. 
–  Mən  Mütləqəm,  sən  özündə  Mütləqi  gəzdirən.  Fərqimiz 
bundadır.  Mən  İşığam,  qəlbinə  axmışam.  Sən  İşığı  unutmusan, 
qaranlığa 
qovuşmusan.  Sənin  bütövlüyün  mahiyyətindədir, 
Mahiyyətin isə – Mənəm. Sən – Mənsən! 
Mahiyyətinin  ifadəsində  –  Mütləqlə  yanaşı,  nisbi,  yanlış,  şər  də 
aşkara  çıxırsa  –  bu  səni  çaşdırmasın.  İfadə  mahiyyətdən  aşağıdır. 
Sənin bəlan ondadır ki, zahirdəkinə uyursan, daxildəkini unudursan, 
Allahlığından  ayrılırsan.  O  zaman  ki,  sən  öz  Peyğəmbərlərinə, 
Qəhrəmanlarına  mənən,  idraklı,  hissi  yaxınlaşacaqsan,  onda  özün 
olacaqsan, Mütləqə qovuşacaqsan. 
–  Demək  istəyirsən  ki,  mənim  gücüm  sonsuz,  duyğularım, 
düşüncələrim  mütləq  mənada  ülvi  olacaq,  idealım  tam  həyata 
keçəcək, mən Sənin kimi ölümsüz olacağam?! Bu mümkündürmü?! 
–  Özünü  dərindən  anla!  Bunların  hamısı  səndə  var.  Özündən  əl 
çəkdiyin üçün onları özündə görmürsən. Ruhani qüdrətin hüdudsuz-
dur: o səni ülvi şəxsiyyətə çevirə bilər, daxili aləmini mütləq mənada 
saflaşdıra bilər, sənə ölümsüzlük bəxş edə bilər, bir şərtlə ki, özün-
dəki  Mütləqi  görəsən,  özünə  tam  qayıdasan!  Əgər  özündə  Mütləqi 
görmürsənsə, deməli, insan kimi yaşamırsan. Sən – Mütləqsən, ancaq 
bunu  bilmirsən.  Faciən  bundadır.  Mütləqliyini  bilsəydin,  ruhsuz, 
mənəviyyatsız,  idraksız  həyatı  həyat  saymazdın,  mühitdə  itməzdin, 
maddi  nemətlərin  əsiri  olmazdın,  heyvanat  dünyasıyla  öz  dünyan 
arasında  fərqi  görərdin,  məhəbbətin  ilahi  mənasını  qoruyardın, 
daxilini  çirkin  duyğulardan  təmizləyərdin,  mütilikdən,  köləlikdən, 
qorxu  kabusundan  xilas  olardın,  həqiqəti,  ədaləti  özün  qədər  sevər-
din. Bunlardan ona görə uzaqsan ki, özündəki Mütləqi görməmisən! 
–  Mütləqdən  ayrılmışam,  deməli,  Mütləq  olmağa  layiq  deyilmi-
şəm!  Özünü  mənə  bənzətmə!  Mütləqsən,  ona  görə  də  özündən 
ayrılmamısan! 
– Sənin Mütləqə qayıtmaqdan başqa əlacın yoxdur. Nisbi idrakla, 
mənəviyyatla,  hissiyyatla  sən  yaşaya  bilməyəcəksən.  Ya  Allah 
olmalısan, ya da ölməlisən! Başqa yol yoxdur! 
Mütləqin səsi zəhmli, hökmlü və sərt idi! 
 


51 
 
İçərisi 
 
Mütləqə İnam Dünyabaxışının iki təməl anlayışı ......................3 
Asif Ata kimliyi...........................................................................5 
Asif Atanın soydaşlarına ilk çağırışı 
             Doğmalarıma ................................................................7 
             Ocaq Məramı ................................................................8 
Asif Ata Amalı 
Ruhani İntibah (Dirçəliş) ............................................................11 
Mütləqə İnam Ocağının iç quralları (qaydaları) və yaşam tərzi..17 
              Ocaqçı ...........................................................................19 
              Mütləqə İnamçı .............................................................20 
              Ocaqdostu və ya Ocaqsevər .........................................20 
İnamın Dindən üstünlüyü 
Təməl prinsiplərdə yalan olmamalıdır 
             I. Yazının yazılma səbəbi-giriş sözü .............................21 
 II. İnsanı qorxutmaq yox, İnandırmaq gərəkdir ............25 
 III. Daxilində xurafat bəsləyib həqiqətə inanmaq olmaz32 
              IV. Xurafatdan xurafata yox, xurafatdan Həqiqətə ......35 
               V. Mütləqə İnam yalansızdır .......................................38 
       İnamda Türkçülük Bəşəriliyin təsdiqidir .............................42 
       Mütləqlə Görüş ....................................................................49 
 
 
 
 
 
 
 
 
 
 


52 
 
 
 
Asif Ata – İnam Ata


53 
 
 
Asif Atanın Qutsal Bitiqləri 
 
 
Günev Atalının evinə “Qutsal Bitiqlərin Qəbul Törəni” 


54 
 
 
Ocağın “Ruhani İdrak Günü” Mərasimi 
 
 
Qutsal “Şərqilik” Bayramı


55 
 
 
Qutsal “İnsanilik” Bayramı 
 
 
Qutsal “Xəlqilik” Bayramı 


56 
 
 
Qutsal “İnsanilik” Bayramı 
 
 
“Qutsal Öyrənim Günü” tədbiri 


57 
 
 
“Atagün” Ailəsinin “Ailə Günü” mərasimi 
 
 
“Atagün” Ailəsinin “Ailə Günü” mərasimi 


58 
 
 
“Ulufərəh” Ailəsinin “Ailə Günü” mərasimi 
 
 
“Uluyol-Hünər” Ailəsinin “Ailə günü” mərasimi 


59 
 
 
 
 
Soylu Atalının Ağstafa şəhərində Orta məktəbdə öyrənci və 
öyrətmənlərlə görüşü 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə