Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın soydaşlarına ilk çağırışı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   2   3   4   5   6   7   8   9   ...   30


 
Asif Atanın soydaşlarına ilk çağırışı
 
 
Doğmalarıma 
 
Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələrisiniz.  
Sizin  Təbiət  Dünyanızda  Dərin  və  Uca  Səmalar,  Vüqarlı  və 
Müdrik  Dağlar,  Günəş  Şəfqəti,  Meşə  Hekayəti,  Qar  Nağılı,  Gecə 
Möcüzəsi,  Səhər  Təbəssümü,  sonu  görünməyən,  ürəyimizi  özü  ilə 
aparan, Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, 
Şimşək Nərəsi, Sel Əzəməti var… 
Sizin  Analıq,  Məhəbbət  və  Dostluq  Dünyanızda  beşik  başında 
oxunan  Layla  Qüdsiyyəti,  Ürəklərdən-ürəklərə  axan  İşıq,  Yerin-
Göyün  Mehr,  Heyrət,  Vəcd  şəfəqinə  bürünməsi,  Duyğu  Bulağının 
qaynaması, Özünü başqasında tapmaq Səadəti var.  
Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündənkeçmə 
Ülviyyəti,  Qorxu  hissinin  ölümü,  İnsanın  İlahi  Qüvvələrlə  Yarışı, 
Babəkin  tikə-tikə  doğranılan  bədəni  və  Xəlifəliyi  sarsıdan  Ruhu, 
Əzabdan alınan Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var. 
Sizin  Ruh  Dünyanızda  Zərdüştün  Hürmüzdü,  Füzulinin  Məcnu-
nu, Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Buddanın İmtinası, 
Muğamın Ülvi Ehtizazı var… 
Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağsaq-
qallıq,  Varislik,  Valideynlik,  Həya,  İsmət,  Qeyrət  Ənənəsi,  Qədim-
liyə pərəstiş, Babaların Müqəddəs Ruhuna İnam var.  
Siz həmişə özünüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi 
anlarsınız. 
Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.  
Dünyasızlarla döyüşün –  Dünyanızı təsdiq etmək üçün! 
Öz  Daxilinizdəki  naqisliyi  öldürün  –  Dünyanıza  layiq  olmaq 
üçün.  
Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz! 
 
 



 
Ocaq Məramı 
 
Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə
Ruhani Zənginliyə sonsuz Ehtiras yaşayır.
 
Ocaq həmin Ehtirasdan yaranmışdır! 
Dünyada,  Həyatda,  Xalqımızda  Süniliyə,  Bəsitliyə,  Yalana 
sonsuz Nifrət yaşayır. 
Ocaq həmin Nifrətdən yaranmışdır! 
Dünyada,  Həyatda,  Xalqımızda  ölməz  Ənənələrə,  Ali  Mənəvi 
sərvətlərə sönməz Məhəbbət yaşayır. 
Ocaq həmin Məhəbbətdən yaranmışdır! 
Dünyada, Həyatda, Xalqımızda Müqəddəsliyə alovlu bir pərəstiş 
yaşayır.  
Ocaq həmin Pərəstişdən yaranmışdır!  
Dünyada,  Həyatda,  Xalqımızda  Bütöv,  Parlaq,  Gözəl  İnsan 
Şəxsiyyətinə Çağırış yaşayır. 
Ocaq həmin Çağırışdan yaranmışdır! 
Dünyada,  Həyatda,  Xalqımızda  Hərarətli  və  Dərin,  Əzəmətli  və 
Zərif, Ehtizazlı və Müqəddəs Şərq Ruhuna atəşli Meyil yaşayır. 
Ocaq həmin Meyildən yaranmışdır! 
Dünyada,  Həyatda,  Xalqımızda  Qeyrət  ilə  Alçaqlıq,  Ləyaqət  ilə 
Qəbahət,  Cəngavərlik  ilə  Mənəvi  Zəlillik,  Vətənpərvərlik  ilə 
Vətənsizlik döyüşür. 
Ocaq bu Döyüşün ön sırasındadır!  
Dünyada,  Həyatda,  Xalqımızda  Yanar  Zəkanın  Övladı  olan, 
Dünya  Fikrinin  Mahiyyətini  özündə  təcəssüm  etdirən,  Bədiiyyatla 
nəfəs  alan,  Mənəviyyatı  Həqiqət  Odunda  təmizləyən  Qanadlı, 
Hissiyyatlı, Cəsarətli İdraka zəruri Ehtiyac yaşayır. 
Ocaq həmin Ehtiyacdan yaranmışdır! 
XX əsrin bayquşları İnsana  İnam Bayrağını tapdalamağa çalışır-
lar. Biz həmin  Bayrağı başımızın üzərinə qaldırırıq. 
İnsan hər bir mühitdə İnsan olaraq qala bilər. O, hər bir şəraitdə 
öz zəifliyi üzərində qələbə çala bilər.  



 
İnsan özünü daim təkmilləşdirməlidir. Bu, onun özü qarşısında ən 
böyük  borcudur.  Bütün  çirkinlikləri  daxildən  silib  atmaq  olar. 
Pisliyin bəraət imkanı yoxdur… 
Ocaq İnsana İnam ideyasına əsaslanır, Kamil İnsan yaratmağı öz 
məqsədi sayır.  
Dünyada, Həyatda, Xalqımızda – yenilik pərdəsi altında əxlaqsız-
lıq,  yırtıcılıq,  bədbinlik,  eybəcərlik  təbliğ  edən  “sənət”ə  qarşı  ikrah 
hissi yaşayır.  
Ocaq  pozğun,  çirkin,  bayağı  qeyri-sənətlə  döyüşündə  ardıcıl, 
amansız olacaqdır.  
Dünyada,  Həyatda,  Xalqımızda  müasir  əxlaq,  müasir  gözəllik, 
müasir  həyat    tərzi  libasına  bürünmüş,  öz  Əsilliyindən,  Qədim-
liyindən,  Xəlqi  Mahiyyətindən  ayrılmış  təcavüzkar,  fəal,  azğın 
qüvvələr yaşayır.  
Onların puç və zərərli əqidəsini Ocaqda yandırıb külə döndərmək 
lazımdır. 
Biz gələcəyə keçmişimizin meyidi üzərindən adlayıb keçmirik.  
Biz gələcəyə Müqəddəs keçmişimizin geniş Yollarıyla gedirik.  
Biz  Qərb  solçuları  kimi  gələcəklə  keçmiş  arasında  uçurum 
görmürük, “ya gələcək, ya keçmiş” demirik.  
Biz belə hesab edirik ki, müasir İnsanın Qəlbində Məcnun Alovu 
yaşamalıdır, Nəsimi Ənəlhəqqi səslənməlidir, Zərdüşt İşığı parlama-
lıdır, Muğam Hikməti, Saz Əzəməti səslənməlidir.  
Biz  mədəni  bədbinlərin  “İnsan  məhv  olur”  –  hay-küyünə 
inanmırıq.  
İnsan  öz  böyüklüyünə  qayıda  bilər,  qayıtmalıdır  və  Ocaq  bu 
ümumbəşəri tarixi vəzifəyə xidmət edir. 
Biz geriyə yox, irəliyə gedirik.  
Fəqət biz irəliyə keçmişimizlə bərabər gedirik.  
Biz Bəşərin Ülvi Ruhunu Ürəyimizdə gəzdiririk. Həmin Ruh bizi 
Müqəddəsləşdirir  və  biz  bu  Müqəddəsliyi  Dünyaya,  Həyata,  Xalqa 
qaytarırıq.  



 
Dünya gözəlləşir, İnsan paklaşır, Əzəmət, Ülviyyət gəlir Həyata, 
Mehr, Məhəbbət bəzəyir Dünyanı, Qeyrət, Namus cilalayır Mənəviy-
yatı, Fikrə Ənginlik, Duyğuya Təravət bəxş olunur.  
İnsan öz üzərində çaldığı qələbəni bayram edir. 
Biz azərbaycanlıyıq, Şərq dünyasının bir hissəsiyik. 
Muğamlarımızla, Şeirimizlə, Adət-Ənənələrimizlə Şərqə bağlıyıq, 
Füzulilərimiz, Nəsimilərimiz Cəlaləddin Rumilərə, Hafizlərə qohum-
dur.  
Şərq  mədəniyyətinə  qovuşmuşuq,  onun  Ruhuna  Ruhumuzu 
calamışıq. İtirməmişik – Böyümüşük, Yüksəlmişik, həm də Yüksəlt-
mişik.  
Şərqin ikinci Füzulisi yoxdur, Muğamları da ən kamil şəkildə biz 
qoruyub saxlamışıq və ifa etmişik. 
Biz  həm  də  Qərbdən  bəhrələnmişik.  Ancaq  heç  vaxt  qərbçi 
olmamışıq.  Sənətimizdə,  Fəlsəfi  Fikrimizdə,  Musiqimizdə  təsdiq 
olunan Ruh – Hərarətli, Müdrik Şərq Ruhudur. 
Biz  həm  də  türkdilli  xalqların  bir  hissəsiyik.  Ancaq  bu  xüsusiy-
yətimizi bütün Şərqə qarşı qoymuruq.  
Biz  türkdilli  xalq  olsaq  da,  ən  çox  Şərqi  xalqıq.  Bizim  Mənə-
viyyatımızda  ümumi  Şərq  Mahiyyəti  çox  güclüdür.  Adət-Ənənə-
lərimiz, Cəngavərliyimiz hamıya bəllidir.  
Belə  bir  xalq  özünəməxsus  Mənəviyyat  Fəlsəfəsi  yaratmalıdır. 
Tarix onun qarşısında bu vəzifəni qoyub.  
Ocaq həmin Zəruriyyətdən yaranıb! 
Füzulilərin,  Nəsimilərin,  Muğamatın,  Sazın,  Şərq  Ruhunun, 
ümumən Dünya İdrakının davamı olan Mənəviyyat Fəlsəfəsini Ocaq 
mütləq yaradacaq! 
Biz Dünyanı və İnsanı daha Gözəl və Kamil görmək istəyirik.  
Dünyanın Aqibəti İnsanın əlindədir. Gözəl İnsanlar Gözəl Dünya 
yaratmağa qadirdirlər. 
Azərbaycanın  sinəsində  yanan  bu  Ocaq  Xalis,  Qeyrətli,  Pak 
İnsanlar yetişdirəcək, Gözəl İnsan yaratmaqla Gözəl Dünyaya xidmət 
edəcək.  
Qoy bir an da Qəlbimizdə Ülviyyət Odu azalmasın! 
Qoy bir an da Gözlərimizdə Heyrət İşığı azalmasın!  
Əzmimiz, Gücümüz, Cəsarətimiz, Fədakarlığımız – Məqsədimizə 
bərabər olsun! 
Ocağın Müqəddəs Ruhu sönməzdir! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə