Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   2   3   4   5   6   7   8   9   ...   30

10 
 
Asif Ata Amalı 
Ruhani İntibah (Dirçəliş) 
 
Asif  Atanın  məqsədi  insanı  dəyişməkdir,  dünyanı  dəyişməkdir. 
Təzə  İnsan  yaranmalıdır,  Təzə  Xalq  yaranmalıdır,  Təzə  Bəşər  halı 
yaranmalıdır. Bu İstək siyasətlə həyata keçməz, inqilabla baş tutmaz. 
Bu  İstəyin  baş  tutması  üçün  İntibah  gərəkdir,  daxili  Təkamül  Yolu 
keçilməlidir.  
Ruhani İntibah altı ideyadan ibarətdir. 
Bunlardan  sonuncusu  –  “Ləyaqətli  Bəşər”  əslində  nəticədir. 
Yerdə qalan beş ideya isə Yoldur. 
I.  Mütləqə  İnam.  Bu  ideya  Asif  Ata  Dünyabaxışının  həm  də 
ümumi adıdır: “Mütləqə İnam Ocağı”, “Mütləqə İnam Dünyabaxışı”, 
“Mütləqə  İnam  Təlimi”,  “Mütləqə  İnam  Erası”,  “Mütləqə  İnam 
Fəlsəfəsi” kimi anlayışlarımız, adlandırmalarımız var. 
Mütləqə İnam Allaha, yəni transsendentala, fövqəltəbii qüvvəyə, 
göylər səltənətinin hökmdarına; adam kimi danışan, düşünən, görən, 
qəzəblənən,  qisas  alan,  dünyanı  yox  yerdən  bir  işarəsiylə  yaradan 
uydurulmuş qüvvəyə inamı rədd edir. Mütləqə İnam Dünyabaxışına 
görə Dünya oyun-oyuncaq kimi yaradılmayıb, bəzədilməyib, uçurul-
mağa hazırlanmayıb. Dünya – Özünün Əzəli, Əbədi, Kamil, Sonsuz 
Dünyalıq  mahiyyətindən,  Mənasından  yaranıb.  Dünyalıq  Dünyadan 
kənarda deyil, onun özündədir, öz ahəngində, nizamındadır. Dünya-
nın  bənnası  yoxdur,  ağası  yoxdur,  idarəçisi  yoxdur.  Dünya  mənaca 
əzəlidir,  yəni  Dünyanın  olmayan  vaxtı  olmayıb.  Dünya  mənaca 
əbədidir, yəni Dünyanın olmayan vaxtı olmayacaq. Axirət, Qiyamət 
cəfəngiyyatdır.  Dünya  dəyişir,  təzələnir.  Dünyalıq  dəyişmir,  ancaq 
öz  təzahürləri  ilə  Təzələnir.  Yəni  dünyadakılar  ölür,  uçur,  dağılır. 
Ancaq yenisi yaranır – dağ uçur, yenisi yaranır, çay quruyur, yenisi 
yaranır, bulaq soğulur, yenisi yaranır; təbiət bir yerdə ölür, başqa bir 
yerdə  dirilir.  Bütün  bunlar  Dünyanın  özündən  baş  verir,  Xarici 
İradənin gözağartması ilə oluşmur. 


11 
 
Həyat Özündən – Əzəli, Əbədi, Sonsuz, Kamil Həyatlıq Mənasın-
dan  yaranıb.  Həyat  ölür,  dəyişir,  ancaq  Həyatlıq  ölmür,  dəyişmir. 
Yalnız öz təzahürləri ilə Təzələnir. 
İnsan Özündən – Əzəli, Əbədi, Kamil, Sonsuz İnsanlıq Mənasın-
dan  yaranıb.  İnsanın  palçıqdan  əmələ  gəlməsi,  sonra  qabırğasından 
düzələnlə  cütləşib  artıb-çoxalması  cəfəngiyyatdır.  Habelə  elmi 
nəzəriyyələrin insan haqqındakı yanlışları qəbuledilməzdir. Meymu-
nun təkamül  yolu ilə insanı əmələ gətirməsi cəfəngiyyatdır.  “İnsan 
daxilində  Mütləq  daşıyan,  şəraitdən,  mühitdən,  gerçəklikdən 
yüksək olan, Mütləqiliyə meyil eləyən və Mütləqləşməyə qadir olan 
Ruhani varlıqdır” (Asif Ata). 
Asif Atanın İnsanlaşma Təlimi, İnamı İnsan haqqındakı bu tərifə 
əsaslanır.  Asif  Atanın  “Kamil  İnsan”  ideyası  insanın  canlı  növlər 
arasında ən mükəmməli və şüurlusu olduğuna görə ortaya qoyulma-
yıb. Asif Atada İnsan başqa növlərlə deyil, Mütləqlə müqayisə edilir. 
İnsan  Gerçəklik  və  Məna  birliyidir.  Gerçək  insan  biolojidir,  təbiət 
xislətlidir.  Ancaq  dərinə  getdikcə  onda  ali  keyfiyyətlər  görünür. 
Müqəddəslik,  ülviyyət  insanın  mahiyyətindədir.  İnsan  öz  gerçək 
xislətini  ötdükcə  ruhaniləşir  –  mənasına  –  İnsanlığa  bərabər  olur. 
İnsanın  Özümlüyü  –  gerçəkliyi  deyil,  Mütləqiliyidir,  İnsanlığıdır. 
İnsan dünyaya görünüb yox olmağa gəlmir, öz Mənasına çatmağa – 
İnsanlaşmağa gəlir. İnsan gerçəkliyə bərabər yaşayanda ölümlü olur, 
ötəri, keçici xassələri ilə bitib qurtarır. Yalnız nəsil artımında iştirak 
edir. Lakin özümləşən İnsan ölməzliyə qovuşur. Özünün ali, mənəvi 
keyfiyyətləri  ilə  Xəlqi  məna  daşıyır  –  Nəsimi  kimi,  Budda  kimi, 
Tolstoy kimi... 
Asif  Atada  İnsanın  İnsanlaşması  üç  mərhələdən  keçir:  özünü 
tanıma, özünə yadlaşma, özünə doğmalaşma  – özünü təsdiq. Özünü 
yaratmağın bu yolu “özüylədöyüş” ideyasıdır. Hər bir fərd etiraf yolu 
ilə  özündəki  bütün  naqis  cəhətləri  aşkara  çıxarmalı,  tanımalıdır. 
Özünü aldatmamalıdır, özünü, əslində balaca “mən”ini qoruyan ins-
tinktlərin təsirini aradan qaldırmalıdır. Etirafdan qorxmamalı, özün-
dəki  pislikləri  görüb  göstərməkdən  utanmamalıdır.  Bu  hal  olduqca 


12 
 
çətindir.  Adamda  özünüqoruma  instinkti  güclü  olur.  Fərd  ömrünü 
xalisliklə doldura bilmədiyi üçün, bioloji həyatın təsirlərindən imtina 
eləyə bilmədiyi üçün naqisliklərini etiraf eləməyi bacarmır. Toplum-
dan  gizlənməyə  çalışır.  Ancaq  ilk  növbədə  o,  özünü  aldadır,  özünü 
öz  mahiyyətindən  ayırır.  Elə  buna  görədir  ki,  bəşər  tarixində  kamil 
insanlar  barmaq  sayda  olubdur.  Buna  baxmayaraq,  hər  bir  fərdin 
kamillik haqqı və imkanı var. Kamillik seçilmişlər üçün deyil. Etirafı 
bacaran,  ömründəki  naqislikləri  tanıyan  fərd  naqis  duyğuları 
ömründən silməyə başlayır. O, özünü tanıdıqca, yəni özünü aldatma-
dıqca  daxili  gücü  artır  və  getdikcə  böyük  imtinalar  mərhələsinə 
başlayır:  şöhrətpərəstlikdən  imtina,  şəhvətpərəstlikdən  imtina, 
hakimiyyətsevərlikdən imtina, nəşəsevərlikdən imtina; xudbinlikdən, 
xudpəsəndlikdən,  xəbislikdən,  adilikdən,  bəsitlikdən  ayrılma.  Daxili 
şəri  yenən  ictimai  şərlə  döyüşür.  İnsansevərliyi  təsdiq  olunur, 
Vətənsevərliyi,  Həqiqətsevərliyi,  Ədalətsevərliyi,  Azadlıqsevərliyi, 
Bəşərsevərliyi təsdiq olunur. Fərd özündən, yəni balaca “mən”indən 
ayrıldıqca  özümlüyünə,  yəni  ali  “Mən”inə  qovuşur.  Özüylə  döyüş-
məyən  həqiqətin  qədrini  bilməz,  azadlığın  qədrini  bilməz,  xalqlaşa, 
vətənləşə  bilməz.  Özüylə  döyüşməyib  başqasıyla  döyüşən,  yəni 
özündəki  naqislikləri  gizləyib  başqasında  naqisliklər  axtaran  şərə 
xidmət  edir.  Heç  kim  heç  kimin  əvəzinə  onun  naqis  duyğuları  ilə 
döyüşə  bilməz.  Daxili  döyüşü  yumruq  döyüşü  ilə  əvəz  eləyən 
cəmiyyət  özündən  ayrılmış,  özünə  yadlaşmış  cəmiyyətdir.  Özü 
xalisləşməyən cəmiyyətdəki naqisliklərə qarşı söz deyə bilməz, onu 
aradan  qaldıra  bilməz.  Yalnız  Kamil  Fərdlərin  yaratdığı  cəmiyyət 
Kamil,  Ruhani  Cəmiyyət  olur.  Asif  Atanın  “Ruhani  Cəmiyyət”, 
yaxud “Xəlqi Birlik” ideyası özünü Kamil Fərdlərlə doğruldur. Asif 
Ataya  qədər,  demək  olar  ki,  bütün  nəzəriyyələr  ictimai  dəyişikliyi 
insandan  kənarda  başlayıblar.  Ona  görə  də  dəyişiklik  üzdə  gedib, 
inkişaf üzdən əmələ gəlib. Ağalıq-nökərlik aradan qalxmayıb, ictimai 
təbəqələşmə  aradan  qalxmayıb,  insanın  insan  üzərindəki  zorakılığı, 
qanlılığı  aradan    qalxmayıb,  ədalətsizlik,  bərabərsizlik,  vicdansızlıq 
hökm  sürüb.  “Dünya  belə  gəlib,  belə  də  gedəcək”  deyə  antiinsani 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə