Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   2   3   4   5   6   7   8   9   ...   30

13 
 
gedişata  bəraət  verilib.  Əlbəttə,  özünü  yaratmayan  insan  ictimai 
tərəqqinin baş tutacağına inana bilməz. Ancaq bununla belə, dünyada 
antiinsani  gedişata  qarşı  dirəniş  həmişə  olub.  Nəhayət,  bu  Dirəniş 
daha kamil səviyyədə Asif Atada özünü göstərib. Asif Ata insandan, 
yəni, daxili, mənəvi tələblərdən kənarda formalaşan Quruluşları rədd 
edir. “Nə Kapitalizm, nə Sosializm, Ruhani Cəmiyyət yaranmalıdır” 
deyir.  “Kapitalizm  fərd  ağalığıdır,  Sosializm  dövlət  ağalığı”.  Hər 
ikisi  insan  üzərində  zor  yaradır.  Zor  altında  olan  insan  xalq  yarada 
bilməz. “Xalq – Azad, Müstəqil fərdlərdən yaranır” (Asif Ata). Asif 
Atanın  “Ruhani  Dövlət”  ideyası  var.  Onun  fikrincə,  Dövlət 
Ruhaniyyata əsaslanmalıdır və çox az funksiyaları olmalıdır:   
1) Fərdi özünüidarə; 2) Mülkiyyət bərabərliyi yaratmaq;  3) Cəmi 
fərdin  zorundan,  fərdi  cəmin  təzyiqindən  qorumaq;    4)  İmtiyazsız 
başçı, ağalıq əvəzinə Atalığın bərqərar olması. 
Dövlət  ruhaniyyata  əsaslanmadıqda  xalqı  sürüləşdirir  və  idarə 
edir. Dövlət – onun başında duranların imtiyaz üstünlüyünü qoruyan 
zor hadisəsinə çevrilir. Xəlqi Birlik yarandıqda isə dövlət bu Birliyə 
xidmət edir. 
Asif  Atada  Ruhani  Dövlət  Dini  Dövlət  anlamına  gəlmir.  İran 
İslam Dövləti ən pis zorakılıq hadisəsidir. Orada ruhaniyyat yoxdur, 
yəni Dövlət Ruhani prinsiplərə əsaslanmır.  
Yeri gəlmişkən, Mütləqə İnam Dünyabaxışının “Ruh”, “Ruhaniy-
yat”  anlayışlarına  da  burada  qısaca  izah  verək.  Bu  vaxta  qədər  ruh 
məsələsinə müxtəlif dünyabaxışlar fərqli mənalar veriblər. Məsələn, 
Qitaupanişadda ruh – kosmik enerjidir. Saçın ucunun neçə milyardda 
bir  hissəsi  olan  mikrocandır.  Semitlərdə  ruh  mövcudluğun  təminatı 
olan  candır.  İnsan  öləndə  ağzından  hava  ilə  birlikdə  çıxır  və  uçub 
gedir...  Asif  Ata  Təlimində  Ruh  –  İnam,  İdrak,  Mənəviyyat,  İradə 
Birliyidir. İnsanı İnsan eləyən bu İnsani keyfiyyətlərin Mütləq halı-
dır.  Ruhun  ölməzliyini  də  fantastik  əlamətlərlə  deyil,  bu  keyfiyyət-
lərin  nəsildə,  xalqda,  bəşərdə  yaşaması  ilə  müqayisə  eləmək 
doğrudur.  


14 
 
İnsan  öz  ruhunu  –  İnamını,  İdrakını,  Mənəviyyatını,  İradəsini 
yaratdıqda o, ölməzliyə çatır. İnsan böyük mənada ruhunu yaratmır-
sa,  necə  var,  elə  qalırsa,  onda  o,  ruhun  adi  əlamətləri  ilə  xatirat 
səviyyəsindən  uzağa  getmir  və  ruhani  imkanlarının  çoxunu  özüylə 
qəbrə  aparır.  Ancaq  insan  fiziki  olaraq  da  tam  itmir.  Ayrı-ayrı 
əlamətləri  övladlarında,  nəsildə,  xalqda  davam  edir.  Ölüm  yalnız 
cismani  bütövlüyü  parçalayır.  İnsan  genlə,  qanla,  təbiətlə  yaşama 
qayıdır – əlamətləriylə. “Ölümlə görüş” izharında Asif Ata yazır ki, 
“əllərim  birinə  qismət  olacaq,  gözlərim  digərinə,  saçlarım  bir 
başqasına...” 
Mütləq  İnam  –  Dünyanın  əzəli,  əbədi,  kamil,  sonsuz  Mənasına 
İnamdır. Dünya heç vaxt ölməyəcək. Bu, yaşamağa və insanlaşmağa 
nikbinlik yönündə təməl yanaşmadır. 
Mütləq  İdrak  –  İnsanın  Ruhani  varlıq  olduğunu  dərk  etmək, 
İnsanı qorumaq və təsdiq etməkdir. 
Mütləq  Mənəviyyat  –  Təmənnasızlıq,  Fədakarlıq  və  Vicdançılıq 
əsasında yaşamaq – İnsani ləyaqətin təsdiqi. 
Mütləq  İradə  –  Zamandan  üstün  yaşamaq,  şəraitə,  mühitə 
əyilməmək, Mütləq Həqiqətə tapınmaq, Mütləq Azadlığa qovuşmaq 
– bu cür aqibəti ən ali nemət saymaq. 
Ruhani İntibahın 4-cü ideyası “Müstəqil Vətən” ideyasıdır. Bəşər 
tarixində heç bir peyğəmbərin Vətən ideyası olmayıb. Asif Ata Vətən 
müstəqilliyini  ideya  səviyyəsində  qoyur  və  bunun  üzərində  ardıcıl 
vurğu edir. Ruhani İntibah Vətəndən kənarda yarana bilməz. “Dünya 
Vətəndən  başlayır”  deyir  peyğəmbərimiz  Asif  Ata.  Vətənləşə 
bilməyən Dünyalaşa bilməz. Vətən sadəcə toplumun yaşadığı coğrafi 
məkan  deyil,  toplumu  xalq  səviyyəsinə  yüksəldən  insani,  bəşəri 
dəyərlərin  yarandığı,  qorunduğu  müqəddəs  ünvandır.  Vətənçiliyin 
əsas meyarı müstəqillikdir. Vətən müstəqil deyilsə, xalq da müstəqil 
deyil. Asif Ata deyir: “Dünyadan asılı olmadığın dərəcədə müstəqil-
sən”. Yəni siyasi birliklərin boyunduruğunda azad və müstəqil xalq 
olmaq  mümkün  deyil.  Vətənin  müstəqil  olması  üçün  dövlətin 
Müstəqil  İqtisadiyyatı,  Müstəqil  Mədəniyyəti,  Müstəqil  Diplomati-
yası  olmalıdır.  Bu  isə  Milli  İdeologiya  əsasında  formalaşa  bilər. 


15 
 
İdeologiya isə Mütləqə İnamdan qaynaqlanarsa, milliləşə bilər. Asif 
Atanın İnamı mücərrəd bəşəri deyil, Millilikdən başlayıb Bəşəriliyə 
doğru  inkişaf  edən  Dünyabaxışdır.  Milliliyimizin  yaranması  və 
qorunması  Yurdumuzun  Bütövlüyünü  və  Müstəqilliyini  tələb  edir. 
Yurdumuz bu gün bölünmüş, parçalanmış durumdadır. Onun bir par-
çasında  yaranan  Müstəqillik  nisbi  müstəqillikdir,  əslində  formal 
xarakter daşıyır. Ona görə də Asif Ata “Uluyurd Hərəkatı” ideyasını 
irəli  sürür.  “Uluyurd  Hərəkatı”  özündə  5  prinsip  daşıyır:  1)  Tayfa-
çılıqla mübarizə; 2) Dinçiliklə mübarizə; 3) Etnik bölücülüklə müba-
rizə;  4)  Özgəçiliklə  (Batıçılıqla,  Rusçuluqla...)  mübarizə;  5)  Azər-
baycanın siyasi bərpası – Bütöv Azərbaycan. 
Ruhani İntibahın 5-ci ideyası “Özümlü Şərq” ideyasıdır. Asif Ata 
dünyanın  Şərqə-Qərbə  bölünməsinin  əleyhinədir.  Bu  bölgünü  Qərb 
yaradıb və Şərqə ikinci növ bölgə kimi baxır. Asif Ata Özümlü Şərq 
deyəndə ona coğrafi mənada yanaşmır, Şərqi dəyərləri əsas götürür. 
Və  hesab  edir  ki,  Şərqi  Dəyərlərə  arxa  çevirməklə  dünyanı  bütöv 
dərk  eləmək  mümkün  deyil.  Bu  mənada  Kürəsəlləşmə  əslində 
Dünyalaşma deyil, Qərbləşmədir. Qərbdə isə demək olar ki, mənəvi 
dəyərlər  aşılanıb.  Yalnız  elmi-texniki  inkişafı  əsas  götürürlər  və  bu 
imkandan istifadə edib dünya üzərində ağalıqlarını həyata keçirirlər. 
“Bir  vaxtlar  Şərq  müəllim  idi,  indi  uşaqcasına  Qərbin  dalınca 
sürünür”  (Asif  Ata).  Dünyanın  gedişatı  elmi-texniki  tərəqqi  ilə 
nizamlanmır,  daha  da  pozulur.  Bu səbəbdən  də  Şərqin  fitrətində  və 
halında olan mənəviyyatçılıq, insançılıq bərpa olunmalı və dünyanın 
halına  qayıtmalıdır.  Asif  Ata  özünün  yaratdığı  Mütləqə  İnam 
hadisəsi ilə bu müqəddəs vəzifəni öz üzərinə götürmüşdür.  
Ruhani  İntibahın  sonuncu  ideyası  “Ləyaqətli  Bəşər”  ideyasıdır. 
Yuxarıda  vurğuladığımız  kimi,  bu  ideya  həm  də  nəticədir.  Bəşər 
xalqların müxtəlifliyi – Müxtəliflərin Birliyi deməkdir. Hər bir xalq 
özünəməxsusluğu ilə Bəşərdir. Xalqların özünəməxsusluqlarına qarşı 
çıxmaq  Bəşərə  qarşı  çıxmaqdır.  Xalqları  əsarətə  salmaq,  özünə 
yadlaşdırmaq  yolverilməzdir.  Xalqlararası  münasibətlər  humanizmə 
əsaslanmırsa, bəşəriyyətin sabahından danışmaq çətindir. Xalqlar bir-
birinə  inanmayanda  sevgi  və  sayğı  yarana  bilməz.  Xalqların  bir-
birinə  nifrət  eləməsi  bəşəriyyətin  ölümüdür.  Bu  nifrəti  xalqlar 
arasında  yaradan  Siyasi  Güclərin  ağalıq  əməlidir.  Elə  ona  görə  də 
“Siyasət Həqiqətlə əvəz olunmalıdır”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə