Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   2   3   4   5   6   7   8   9   10   ...   30

22 
 
deyir  ki,  Adam  İnsan  olmalıdır.  Mütləq  Xeyir,  Mütləq  Ədalət, 
Mütləq Həqiqət – Adamdakı İnsanilik imkanıdır. Adam İnsan olanda 
bu  imkan  aşkarlanır.  Əslində  bəşər  də  bu  imkandan  başlayır.  Ən 
böyük  mübarizə  Adamın  İnsan  olmasıdır.  Çünki  bütün  fəlakətlər 
Adamlıqdan  törəyir.  Adamlıq  səviyyəsində  mübarizə  inqilablar 
həyata keçirir. İnqilab yolu ilə Adam  İnsan ola bilməz.  İnqilab adlı 
zorakılığı  “tarixin  mamaçası”  sayanlar  bəşəriyyətə  mütləq  ədalət 
baxımından  bircə  addım  xeyir  vermədilər.  Hər  şey  bəşəriyyətin 
əleyhinə yönəldi. Asif Ata deyir: “Bəşər Kapitalizm-Sosializm dairə-
sindən, Din-Ateizm dairəsindən, Totalitarizm-Demokratiya dairəsin-
dən çıxmalıdır”. Kapitalizm kəskinləşdikcə Sosializmə, Din qaranlığı 
kükrədikcə Ateizmə, Demokratiya hərcayiliyi, özbaşınalığı dərinləş-
dikcə  Totalitarizmə  ehtiyac  yaradır.  Bunların  heç  birində  mənfəət-
çilik, təmənnaçılıq, xudbinlik, köləlik, zor, oyunçuluq, yalan vədlər, 
öz mənafeyini, ailəsini, tayfasını xalqa qarşı qoymaq aradan qalxmır, 
yeni biçimdə təkrar olunur.  
Yuxarıda vurğuladıq ki, ictimai nizam pozulanda bütün dövrlərdə 
balanslaşdırma  prinsipinə  əsaslanıblar.  Ancaq  heç  vaxt  balanslaş-
dırma  özünü  doğrultmayıb.  Məsələn,  Sosializm  insanı  bütünlüklə 
əməyə  bağlayaraq  firavanlıq  vəd  edirdi.  Hər  kəsin  maddi  sərvətlər-
dən  əməyinə  görə  mənimsəməsi  ilə  ictimai  bərabərliyin  yaranması 
ictimai nizamı axıra çatdıra bilmədi. Bioloji tarazlığın işə salınması 
milli-mənəvi  ahəngin  pozulmasını  pərdələyə  bilmədi.  İmperiya 
quruculuğunu sosial problemlərin həlli ilə balanslaşdırmağa çalışan-
lar  mənəvi  problemlərin  yaranmasına  göz  yumdular.  Daha  böyük 
nizamsızlığın biçimlənməsini təmin etdilər. 
Bəs demokratik quruluş necə balanslaşdırır?! Bəri başdan pulçu-
luq  uğrunda  mübarizəni  körükləyir  və  hər  kəsin  bu  mübarizəyə 
qoşulmaq  azadlığını  elan  edir.  Bu  gedişatda  fərdi  təmin  etməyən 
addımlara görə onun azad şəkildə etiraz etməyə, söz deməyə haqqı-
nın olduğu sunulur. Hər kəs bunun üçün təşkilat yarada və öz haqqı 
uğrunda mübarizə apara bilər. Deməli, hər kəsi rəqabətə bağlamaqla 
ictimai  ədalətin  təmin  olunması  yönündə  görüntü  yaradılır.  Axı 


23 
 
rəqabət  dünyasında  insan  insanı  sevə  bilməz,  insan  insana  inana 
bilməz. İnamdan və sevgidən məhrum olmuş insan başqalarına qarşı 
ədalətli olmaq haqqında necə düşünə bilər?! 
Nəhayət  dinlərin  balanslaşdırma  cəhdləri  də  ictimai  nizamın 
yaranmasında  ciddi  rol  oynaya  bilmədi.  Dinlər  öz  baxışlarını  quru-
luşların  tərbiyə  elədiyi  insanlar  üzərində  qurdu.  İnsanı  mücərrəd, 
əlçatmaz, xəyali müqəddəsliyə bağlamağa çalışdı. Heç nə alınmadı. 
Əslində  isə  din  insanı  xilas  eləyə  bilərdi.  Çünki  onun  yaranma 
tələbində  ruhun  üstünlüyünü  təsdiq  eləmək  imkanı  var.  Ancaq  bu 
imkan  aşkarlanmadı.  Niyə  din  xilaskarlıq  hadisəsinə  çevrilmədi, 
yanlış  hardadır,  nədədir?! Bu  suala  cavab  aramaq  üçün  dinin  təməl 
prinsiplərini  izah  etməyə  çalışacağıq.  Bunun  üçün  öncə  inancın 
ibtidai  biçimlərindən  bu  günə  qədər  gəlib  çıxan  cəhətlərə  diqqət 
yetirmək  gərəkdir.  Eyni  zamanda  fikri  əsaslandırmaq  üçün  faktlar 
üzərində  müqayisələr  aparmaq  da  zəruridir.  Bizim  yurdumuzda 
hegemon təsirə malik olan din İslam dini olduğuna görə fikirlərimizi 
əsasən onun təməl prinsipləri üzərində şərh etməyə üstünlük veririk. 
Ümumiyyətlə, götürəndə səmavi sayılan dinlərin təməl prinsiplərində 
əsaslı bir fərq yoxdur. 
Bir  var  müsəlmanlığın,  yaxud  xristianlığın  şərtləri,  bir  də  var 
dinin  təməl  prinsipləri.  Bu  yazıda  şərtlər  fərqini  açmağa  gərək 
yoxdur.  Biz  dinin  5  təməl  prinsiplərini  müəyyənləşdiririk:  1)  Yeri-
göyü  yaradan  Allah  ideyası;  2)  Axirət  dünyasının  (o  dünyanın) 
varlığı  və  Allahın  müqəddəs  məkanı  kimi  təqdim  olunması;             
3) Qəzavü-qədər (Qismətçilik) – şərin və xeyirin Allahdan gəldiyini 
qəbul etdirmək; 4)  Ümmətçilik  – bütün bəşər övladının Məhəmmə-
din ümməti olduğunu vurğulamaq; 5) Allahın dərk olunmazlığı (elmi 
dildə  aqnotsizm)  və  buradan  ortaya  çıxan  ruhani  məhdudiyyət  – 
Qurandan sonra ruhani kitabın yazılmayacağı, Məhəmməddən sonra 
peyğəmbərin  olmayacağı  ideyası.  Ayrı-ayrı  yazılarda  bu  məsələyə 
münasibət  bildirmişik,  bu  yazıda  isə  ümumiləşdirmək  məqsədi 
güdülür. 
 


24 
 
II. İnsanı qorxutmaq yox, İnandırmaq gərəkdir 
 
Ümumiyyətlə,  “Yaradan”  ideyası  çox  qədimdən  gəlir  –  təbiətin 
sirlərinin  açılmadığı  bir  dövrdən.  Ancaq  sonralar  dini  axtarışlarda 
yeniliklər ortaya çıxsa da, bir çox məsələlərdə peyğəmbərlər ibtidai 
baxışlardan  qopa  bilmədilər.  Hətta  elmin  inkişafı  ilə  maarifçiliyin 
geniş  yayıldığı  zamanlarda  belə,  ibtidai  baxışlara  qarşı  əsaslı  söz 
deyən olmadı. Doğrudur, belə məsələlərə münasibətdə elmin mövqe-
yi  yardımçıdır,  bunu  yalnız  fəlsəfi-ruhani  biliklə  aydınlaşdırmaq 
mümkündür.  Bunun  üçün  isə  peyğəmbərlər  həm  də  filosof  olmalı 
idilər.  Peyğəmbərlər  filosof  olmadıqları  üçün  məntiqi  uydurmaq 
zorunda  qalıblar.  Dini  təlimlərdə  alleqoriyalar  üstünlük  təşkil  edir, 
həqiqətçilikdən daha çox mifoloji yönlər qabarır. Mifologiya həqiqə-
tin  dərk  olunmasında  yardımçı  ola  bilər,  ancaq  gerçək  olmayan, 
gerçəkliyə  uyğun  olmayan  atributlarla,  fantaziyalarla  canlı  yaşamı 
nizamlamaq mümkün deyil. Mifologiya o vaxt önəmlidir ki, insanın 
duyğularını  həqiqət  axtarışlarına  yönəldir,  onu  fantaziyalara  bağla-
mır. Duyğular  fantaziyalarda  ilişib  qalanda  xurafat  başla-
yır. Dinin  yanlışlarından  biri  də  odur  ki,  xurafat  obrazlaşdırılır. 
Xurafatın  obrazlaşdırılmış  ən  böyük  istiqaməti  Allah  ideyası  ilə 
bağlıdır. Din Allahı xurafatlaşdırır. Kainatı bir baxışla oluşdurmaq 
yalandır. İdeya, fikir, düşüncə yalançı özülə dayananda hər şey təhrif 
olunur. Dində  yalan  təmələ  qoyulur.  Ona  görə  də  kainat  oyun-
oyuncaq, fani elan edilir. Allahın əl, ağız, göz qabiliyyətinin olması 
onun  əzəli  və  əbədi  adlanmasına  ziddir.  (Yəni  Allah  görür,  danışır, 
eləyir).  Oyun-oyuncağın  mahiyyəti  olmur.  Allahın  “yaradıcılığı” 
mahiyyətsiz  yaradıcılıqdır.  Yəni  Allah  oyuncaq  “yaradıb”.  Əgər 
bütün kainat oyuncaqdırsa, onda mütləqi necə dərk eləmək olar?! Elə 
ona  görə  də  dində  Allahın  dərk  olunmasına  yasaq  qoyulur.  Çünki 
oyuncaq  yaradıcısını  dərk  eləmək  onun  Mütləq  olmadığını  üzə 
çıxarır.  Dində  Allaha  inam  əslində  nisbiyə  inamdır. Allah  nisbi 
hadisələrin Mənası kimi deyil, Bənnası kimi çıxış edir. Əvvəl heç 
nə olmayıb, mütləq yoxluq olub, Allah da yoxluqdan varlıq yaradıb, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə