Türkün İlk Ruhaniyyat Ocağı Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48355
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

31 
 
İslam  dini  rəhbərliyi  baxımından  da  Tayfa  dini  təsirindən 
uzaqlaşa  bilməmiş  və  varislik  əsasında  xilafətin  ötürülməsini  təmin 
etmişdir.  Məhəmməd  ərəb  icmasının  (dövlətinin)  inzibati  (dünyəvi) 
başçısı idi.  
Dedik ki, dində dərin idrakçılıq işləmir. Əslində Qurandan sonra 
ruhani  kitabın,  Məhəmməddən  sonra  peyğəmbərin  olmayacağını 
iddia eləmək də idraksızlığın əlamətidir. Bu iddia bəşəriyyətin ruhani 
axtarışlarına yasaq qoymaqla yanaşı, həm də təhlükəli tendensiyanın 
əsasını  qoyur.  Min  ildən  artıqdır  islamın  olmasına  baxmayaraq 
həyatda  heç  bir  insani  tərəqqi  baş  vermir.  Əksinə,  insani  gerilik 
gündən-günə qabarır. Bu isə dinə tapınan toplumda bir fikir forma-
laşdırır – “yəqin Qiyamət günü yaxınlaşır, dünya məhv olacaq”. Bu 
fikir  ara-sıra  mətbuatda  da  səsləndirilir.  Bununla  da  insanın  həyata 
ümidi  qırılır.  Din  pozucu  davranışlara  bir  növ  təkan  vermiş  olur. 
“Onsuz  da  dünya  dağılacaq,  hamı  –  yaxşı  da,  pis  də  qırılacaq.  Nə 
vətən, nə gələcək, nə insanlıq…” 
 
III. Daxilində xurafat bəsləyib həqiqətə inanmaq olmaz 
 
Din belə əhvalları mühitə çevirir. Allahın dərk olunmazlığı ideya-
sı  bu  mühitin  xurafatçılığını  böyüdür  və  normaya  salır.  Qurandan 
sonra  ruhani  kitabın,  Məhəmməddən  sonra  peyğəmbərin  olmayaca-
ğını  irəli  sürmək  də  xurafatçılıq  mühitinə  bağlıdır.  Məhəmməd 
Allahı dərk eləməyə icazə vermir və dediklərini, elədiklərini Allahın 
adından həyata keçirir. Təbiidir ki, Məhəmmədin təqdimatı ilə Allahı 
dərk  eləmək  mümkün  deyil.  Çünki  Allahla  bağlı  təqdim  olunan 
keyfiyyətlər  adamı  qeyri-müəyyənliklər  dolaşığına  salır.  Allah  həm 
fövqəltəbii  qüvvə  kimi  sunulur,  həm  də  danışan,  görən,  düşünən, 
qəzəblənən adam keyfiyyətlərinin daşıyıcısı kimi. Onun sifətləri həm 
metafizik,  həm  də  antropomorfik  xüsusiyyətlərə  aid  edilir.  Allah 
nisbiləşir,  ötəri,  keçici  xassələrə  malik  olur.  Məhəmməd  onu 
Bütpərəstliyin  yaratdığı  psixoloji  təsəvvürlərə  uyğunlaşdırır.  Allahı 
fövqəltəbii  (təbiətüstü,  dünyaüstü)  qüvvə  kimi  təsəvvür  eləmək 


32 
 
mümkün  deyil.  Əlbəttə,  təsəvvür  olunmayan  qüvvə,  hadisə  idrak 
üçün  məntiqini,  mahiyyətini  itirir.  İdrakın  məntiq  tapıb  daxil  ola 
bilmədiyi  nə  varsa  fantastikadır.  Adamabənzər  xassələrlə  də  Allahı 
dərk  eləmək  müşküldür,  çünki  həmin  xasələrlə  canlı  insanın 
anatomiyasına  gəlib  çıxmaq  olar.  Bu  xasələrlə  fövqəltəbii  xassələri 
birləşdirəndə isə mənasız bir Allah obrazı alınır. (Bunun Hürufilərin 
“İnsan  Allahdır”  ideyasına  dəxli  yoxdur).  Bir  sözlə,  əgər  anlayış, 
hadisə dərk olunmursa, deməli, mənası yoxdur. Əgər mənası varsa, o 
mütləq dərk olunandır. Yalan dərk olunmur, həqiqət dərk olunur.  
İnsan din vasitəsiylə Yalanı özünə sırıyır və imkanlarını məhdud-
laşdırır. Bu mənada Qurandan sonra ruhani kitabın yazılamaycağı da 
bir  növ  təlqindir.  Bu  təlqinetmələr  ən  primitiv  üsullar  və  dəlillərlə 
həyata keçirilir. Diqqət yetirin, deyilir ki, “İslamdan sonra ona qarşı 
yeni  din  yaranmadı.  Çünki  bu  din  güclüdür,  Allah  yenisinə  ehtiyac 
görmür”. Məgər Buddizmə qarşı, xristianlığa qarşı yeni din yarandı?! 
Əvvəlkinə qarşı yaranır o deməkdir ki, yeni yaranan əvəz kimi gəlir, 
əvvəlki ləğv olunur. İslam yarandı, xristianlıq ləğv olmadı ki. Nəinki 
ləğv oldu, bu gün xristianlığa tapınanların sayı islama tapınanlardan 
çoxdur. Hələ üstəlik xristianlıq yoxsulların sevgisi ilə yayıldı, islam 
isə  amansız  qılınc  döyüşləri  ilə.  Həm  də  bu  döyüşlər  işğalçılıqla 
nəticələnirdi.  Bununla  bağlı  tarixi  faktlar  bəs  qədərdir.  Hətta 
Quranda  məlum  “Qənimət”  surəsi  də  qarət  olunmuş  sərvətlərin 
bölgüsü  ilə  bağlıdır.  İnam  və  hərb,  müharibə,  işğal,  zorakılıq  – 
əcayib  təzaddır.  İnam  böyük  mənada  nizamı  dəyişir,  siyasət  isə 
gedişatı. Ancaq inam, yəni din nizamı deyil, gedişatı dəyişdi. Əslində 
siyasətin gördüyü işi gördü. Məhəmməd siyasi gedişatın hakimi oldu. 
“Qənimət”  surəsində  onun  sosial-hüquqi  məsələlərdə  özünə  yararlı 
variantları  əsas  götürməsi  aşkar  görünür.  Özünə  imtiyazlar  əldə 
edərək  ədalət  prinsipləri  müəyyənləşdirmək  özünü  axıra  qədər 
doğrulda bilməz. Peyğəmbər tərəfindən nisbi ədalətin təsbit olunması 
onun saflığını şübhə altına alır.  
Qurandan  sonra  kitabın  olmayacağı  fikrini  möhkəmlətmək  üçün 
onun  (Quranın)  Allah  kəlamı  olduğu  surələrdə  tez-tez  vurğulanır. 


33 
 
Təbii  ki,  Quranı  Allahın  kəlamı  saydırmaqla  ona  adi  kitablardan 
fərqli münasibət aşıladı Məhəmməd. Öz kitabı kimi təqdim eləsəydi, 
ona  dərin  münasibət  olmayacaqdı.  Kitabını  bütə  çevirdi.  Kitaba 
münasibətin  müqəddəslik  səviyyəsinə  qalxmasının  əleyhinə  deyilik. 
Bunun  üçün  kitab  məzmunu  etibarilə  əvvəldən  axıra  qədər  müqəd-
dəslik çağırmalıdır. Kitabın Allah kəlamı olduğunu deməklə insanları 
qorxutmaq, hədələmək  müqəddəsliyə zidd əməllərdir. Kitabın o cür 
təqdimatı təəssüf ki, zaman-zaman onu dua, cadu qaynağına çevirdi. 
Quran  Allahın  kəlamıdır  deməklə  Allahlıq  məzmununa  ciddi 
zərərlər  yetirilir.  Birincisi,  Allahın  kəlamının  olması  nə  deməkdir?! 
Tutalım  ki,  bu  belədir.  Bəs  Allah  bu  qədərmi  yaddaşsızdır  ki,  bir 
yerdə  dediyi  kəlamı  başqa  bir  yerdə  təkzib  edir,  niyə  bu  qədər 
ziddiyyətli “vəhy”lər göndərir?! Əgər bu dəyişiklikləri şəraitə uyğun 
edirsə, deməli, “Allahın kəlamı” nisbidir. 
Əslində  isə  Məhəmməd  dövrünün  ictimai-siyasi  durumunu 
vaxtından  əvvəl  dəyərləndirə  bilmədiyi  üçün  bir-birini  təkzib  edən 
ayələr söyləmişdir. Allahın adından danışmaq taktika idi. 
Qurandan  göründüyü  kimi  ilkin  dövrdə  Məhəmməd  ərəbləri 
aldadıcı  ideyalarla  (Tövhid,  alın  yazısı,  Axirət  dünyası,  Qiyamət 
günü) tabeçiliyə çağırır. İkinci dövrdə ayələr əsasən müharibələrdən 
bəhs edir. Daha doğrusu, ayələrdə Məhəmmədin  müharibə ilə bağlı 
buyruqları əks olunur. 
Bütçülük  cəhalətindən  səmavi  cəhalətə  çağrılan  ərəblər  köhnə 
vərdişlərindən  çıxmaq  istəmədikləri  üçün  Məhəmməd  onlara  qarşı 
müharibə  cəbhəsi  açmışdır.  Eyni  halda  Allahın  adından  öz  buyruq-
larını ayələşdirmişdir.  
Müsəlmanlığın əsas şərtlərindən biri “Allah tərəfindən göndərilən 
səmavi kitablara (Tövrat, İncil, Quran)” inanmaqdır. İnanmaq əslində 
qəbul  etməkdir.  Bəllidir  ki,  Tövratın  əsas  ideyalarından  biri 
Qisasçılıqdır – “Bir gözünü çıxartdı, ikisini çıxart, bir dişini sındırdı, 
ikisini  sındır”.  Qılınc  götürən,  müharibə  aparan  Peyğəmbərin  bu 
ideyanı  qəbul  etməsi  adi  hal  idi.  Hətta  Məhəmmədin  əmisi  Əbu-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə