UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
44
31 dekabr 2011-ci il tarixinə müddətli borc öhdəliklərinə Unilizinq şirkətinin xarici bankdan illik 4.2%
və 10% faiz dərəcəsi ilə borc götürdüyü 22,809 min AZN məbləğində vəsaitlər daxildir (2010: xarici
bankın illik 6.3% və 10% faiz dərəcəsi ilə yerləşdirdiyi 21,543 min AZN məbləğində qısamüddətli
depozitləri). Həmin depozitlər Bank tərəfindən ayrı-ayrı kredit müqavilələrinə əsasən 2012-ci ilin
fevral və 2014-cü ilin oktyabr aylarında ödənilmək şərtilə illik 3% və 8.2% (2010: 3.0% və 8.2%) faiz
dərəcəsi ilə kredit şəklində həmin xarici banka verilmişdir. Bankın yerləşdirdiyi müddətli depozitlər və
Unileasing şirkəti tərəfindən əldə edilmiş kreditlər hüquqi müqavilələrə əsasən yerləşdirilmiş ayrıca
aktivləri və üçüncü tərəflər qarşısında öhdəlikləri əks etdirdiyinə görə qarşılıqlı şəkildə əvəzləşdirilmir.
5 saylı Qeydə baxın.
Borc öhdəlikləri üzrə bazar faiz dərəcələri 31 dekabr 2011-ci il tarixinə bitən il üzrə illik 1.0%-12.5%
civarındadır (31 dekabr 2010: illik 1.0%-12.7%). Müddətli borc öhdəlikləri kateqoriyasına məxsus
bütün borclar bazar faiz dərəcəsini daşıyır.
Qrup yuxarıda qeyd olunan kredit müqaviləsində nəzərdə tutulan müəyyən maliyyə müddəalarına
əməl etməyə borcludur. Qrupun müəyyən maliyyə müddəalarına əməl etməməsi barədə məlumatlar
28 saylı Qeyddə təsvir olunmuşdur.
Müddətli borc öhdəliklərinin hər bir kateqoriyasının təxmin edilən ədalətli dəyəri haqqında məlumat
üçün 29 saylı Qeydə baxın. Müddətli borc öhdəliklərinin faiz dərəcəsi, ödəmə müddəti və valyuta
təhlili 26 saylı Qeyddə göstərilir. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat 30 saylı Qeyddə
açıqlanır.
15. DİGƏR MALİYYƏ ÖHDƏLİKLƏRİ
Digər maliyyə öhdəliklərinə aşağıdakılar daxildir:
31 dekabr
2011-ci il
31 dekabr
2010-cu il
31 dekabr
2009-cu il
Lizinq obyekti təchizatçılarına ödəniləcək məbləğlər
584
1,239
324
Ödənilməkdə olan məbləğlər
108
126
-
Ödəniləcək peşəkar xidmət haqları
60
112
196
Xarici səhmdarlara ödənilməli olan ləğv olunmuş səhm
mükafatı
-
-
2,723
Digər
3
13
139
Cəmi digər maliyyə öhdəlikləri
755
1,490
3,382
Digər maliyyə öhdəliklərinin hər bir kateqoriyasının təxmin edilən ədalətli dəyəri haqqında məlumat
üçün 29 saylı Qeydə baxın.
16. SUBORDİNASİYALI BORC ÖHDƏLİKLƏRİ
31 dekabr
2011-ci il
31 dekabr
2010-cu il
31 dekabr
2009-cu il
Deutsche Investitions-und Entwiklungsgesellschaft MBH-
dan alınmış subordinasiyalı borc öhdəlikləri
12,155
12,335
12,047
Deutsche Bank-dan alınmış subordinasiyalı borc
öhdəlikləri
5,473
5,553
5,541
Hollandiya İnkişaf Maliyyə Şirkətindən alınmış
subordinasiyalı borc öhdəlikləri
4,004
4,102
4,015
Cəmi subordinasiyalı borc öhdəlikləri
21,632
21,990
21,603
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
45
14 aprel 2008-ci ildə Bank 31 mart 2014-cü ildə ödəmə tarixi başa çatan 15,000 ABŞ dolları
həcmində Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG) ilə subordinasiyalı borc
öhdəliyi üzrə müqaviləni imzalamışdır. Borc öhdəliyinin faiz dərəcəsi 10.5%-dir.
2 iyul 2007-ci ildə Bank 6,899 min ABŞ dolları həcmində Deutsche Bank Aktiengesellschaft ilə digər
subordinasiyalı borc öhdəliyi müqaviləsini imzalamışdır. Borcun faiz dərəcəsi 10.44% olmaqla ödəmə
tarixi 31 dekabr 2014-cü ildə başa çatır.
13 dekabr 2006-cı ildə Bank ümumi kredit vermə məqsədləri üçün 5,000 ABŞ dolları həcmində
Hollandıyanın İnkişaf Maliyyə Şirkəti ilə (FMO) subordinasiyalı borc öhdəliyi üzrə müqaviləni
imzalamışdır. Borc Libor və əlavə 6.5% faiz dərəcəsini daşımaqla ödəmə tarixi 22 dekabr 2013-cü
ildə başa çatır.
Bank yuxarıda qeyd olunan kredit müqaviləsində nəzərdə tutulan müəyyən maliyyə müddəalarına
əməl etməyə borcludur. Qrupun müəyyən maliyyə müddəalarına əməl etməməsi barədə məlumatlar
28 saylı Qeyddə təsvir olunmuşdur.
Bankın likvidasiyası halında, yuxarıda qeyd olunan subordinasiyalı borc öhdəlikləri bütün digər
kreditorların tələbləri yerinə yetirildikdən sonra ödənilir.
Subordinasiyalı borc öhdəliklərinin ədalətli dəyəri haqqında məlumat üçün 29 saylı Qeydə baxın.
Subordinasiyalı borc öhdəliklərinin faiz dərəcəsi, ödəmə müddəti və valyuta təhlili 26 saylı Qeyddə
göstərilir.
17. SƏHMDAR KAPİTALI
Qüvvədə olan
səhmlərin sayı
Adi səhmlər
Səhm mükafatı
Cəmi
31 dekabr 2009-cu il
15,000,000
30,000
484
30,484
Ödənilmiş yeni səhmlər
5,796,000
11,592
-
11,592
Kapitallaşdırılmış bölüşdürülməmiş
mənfəət
-
3,327
-
3,327
31 dekabr 2010-cu il
20,796,000
44,919
484
45,403
Ödənilmiş yeni səhmlər
-
-
-
-
31 dekabr 2011-ci il
20,796,000
44,919
484
45,403
Bankın 31 dekabr 2011-ci il tarixinə qeydiyyatdan keçmiş nizamnamə kapitalının nominal dəyəri
44,919 min AZN təşkil edir (31 dekabr 2010: 44,919 min AZN).
30 iyun 2010-cu il tarixində Səhmdarların Ümumi Yığıncağında hər birinin nominal dəyəri 2 AZN
olmaqla, 5,796 min ədəd adi səhm emissiyası yolu ilə nizamnamə kapitalının 11,592 min AZN-ə
qədər artırılması barədə qərar təsdiqlənmişdir. Bütün səhmlər mövcud səhmdarlar tərəfindən alınmış
və onların əvvəlki illər üzrə cari hesablarında və sair maliyyə öhdəliklərində olan vəsaitləri hesabına
tam ödənilmişdir. Bu emissiyadan sonra nizamnamə kapitalının strukturunda heç bir dəyişiklik
olmamışdır.
24 sentyabr 2010-cu il tarixində Səhmdarların Ümumi Yığıncağında bölüşdürlməmiş mənfəətdən
3,327 min AZN yönəltməklə nizamnamə kapitalının artırılmasına dair qərar təsdiqlənmişdir.
Nizamnamə kapitalındakı bu dəyişikliyə hər bir səhmin nominal dəyərini 2 AZN-dən 2.16 AZN-ə
qədər artırmaqla nail olunmuşdur. Bölüşdürlməmiş mənfəətin nizamnamə kapitalının artırılmasına
yönəldilmiş hissəsi yerli vergi orqanları tərəfindən mənbədə tutulan vergiyə cəlb edilmiş və Bank öz
səhmdarları adından onların bölüşdürülməmiş mənfəətdəki vəsaitləri hesabına 370 min AZN
məbləğində müvafiq vergi ödəmişdir.