78
uyğunlaşmasını nəzərdə tutan layihə mühüm əhəmiyyət daşıyır. Bu layihənin icrası ilə Azərbaycan
Aİ ölkələri ilə və digər İEÖ-in təcrübəsinə və DTT-nın tələblərinə uyğun olaraq, ölkəmizdə
keyfiyyət infrastrukturu sahəsində islahatların aparılmasını nəzərdə tutur. Bu məqsədlə Aİ
Azərbaycana 2016-cı ildə 13,5 mln. avro yardım ayırmışdir. Onu da qeyd edək, 1992-ci ildən bu
günə qədər Aİ-nın Azərbaycana ayırdığı maliyyə yardımı 563 mln. avro təşkil edib.
ƏDƏBİYYAT
1. Əliyeva G.C. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin tədqiqi. Bakı: 2008.
2. Ələkbərov Ə.H., Vəliyev M.Ə., Məmmədov S.M. Beynəlxalq iqtisadi münasibətlər. Bakı:
Çaşıoğlu, 2010.
3.
AR Dovlət Statistika Komitəsinin illik hesabatları. 2006-2010-cu illər.
РЕЗЮМЕ
КОМПЛЕКСНОЕ ИССЛЕДОВАНИЕ ВЗАИМНЫХ ЭКОНОМИЧЕСКИХ
ОТНОШЕНИЙ МЕЖДУ АЗЕРБАЙДЖАНОМ И СТРАНАМИ ЕВРОСОЮЗА
Панахалиева М.О., Бабаева Т.П.
Ключевые слова: региональная экономическая интеграция, торговые отношения,
иностранные инвестиции, торговый оборот
Статья посвящена анализу взаимних экономических отношений между Азербайджаном и
странами Европы. В статье анализируются динамика развития торговых отношений между
Азербайджаном и странами Евросоюза, удельный вес стран Евросоюза в торговом обороте,
техническая и финансовая помощь стран Евросоюза Азербайджану для претворения в жизнь
проектов, нацеленных на развитие экономики Азербайджана.
SUMMARY
COMPLEX STUDY OF MUTUAL ECONOMIC RELATIONSHIPS BETWEEN
REPUBLIC OF AZERBAIJAN AND EUROPEAN UNION COUNTRIES
Panahaliyeva M.O, Babayeva T.P.
Key words: regional economic integration, trade relations, foreign investments, trade turnover
In the research, dynamics of trade relations development of Azerbaijan with European Union
countries, specific weight of EU countries in trade turnover, technical and financial support by EU for
Azerbaijan in order to implement projects directed to development of economy of Azerbaijan have been
analyzed.
Daxilolma tarixi:
İlkin variant
13.02.2017
Son variant
27.09.2017
Avropa ittifaqı ölkələri ilə Azərbaycan Respublikasının qarşılıqlı iqtisadi əlaqələrinin
kompleks tədqiqi
79
UOT 338.43
GƏNCƏ-QAZAX İQTİSADİ-COĞRAFİ RAYONUNDA KƏND
TƏSƏRRÜFATININ MÜASİR İXTİSASLAŞMA İSTİQAMƏTLƏRİ
1
ALLAHVERDİYEVA SAHİLƏ ƏBİŞ qızı
2
ALMƏMMƏDLİ MƏSUD GÜLALI oğlu
2
VƏLİYEV ALLAHVERDİ CAMAL oğlu
Sumqayıt Dövlət Universiteti, 1-dosent, 2-baş müəllim
e-mail: sahila.allahverdiyeva@mail.ru
Açar sözlər: Gəncə-Qazax, kənd təsərrüfatı, bitkiçilik, heyvandarlıq, təbii şərait, relyef
Gəncə-Qazax iqtisadi rayonu respublikamızın qərbində yerləşməklə olduqca əlverişli iqtisadi-
coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 12,48 min km
2
olmaqla ölkə ərazisinin
14,4 faizini təşkil edir. Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy,
Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir.
Həmin rayon və şəhərlər inzibati ərazi vahidlərinə, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinə
bölünür. İqtisadi rayonda 12 şəhər, 9 rayon, 2 şəhərdaxili rayon, 42 qəsəbə, 279 kənd inzibati ərazi
vahidləri və 521 kənd yaşayış məntəqələri vardır. 01 yanvar 2012-ci ilin əvvəlinə olan məlumata
görə, Gəncə-Qazax iqtisadi rayonunun əhalisi 1205,2 min nəfər və ya ölkə əhalisinin 13,1 faizini
təşkil etmişdir. Regionun əhalisinin 46,3 faizi şəhərlərdə, 53,7 faizi isə kəndlərdə yaşayır [1].
Şəkil 1. Gəncə-Qazax iqtisadi – coğrafi rayonunun xəritəsi.
Gəncə-Qazax maili düzənliyinin intensiv mənimsənilməsi və məskunlaşması XIX əsrin
axırında xeyli sürətləndi. Belə ki, bu dövrdə çar hökuməti tərəfindən suvarma işlərinə ilk dəfə
maliyyə vəsaitinin ayrılması nəticəsində suvarma qurğularının çoxalması, pambığa olan tələbat
Gəncə-Qazax maili düzənliyinin intensiv mənimsənilməsini və məskunlaşmasını sürətləndirdi.
Ərazinin mənimsənilməsində Bakı və Tiflisi birləşdirən dəmiryolu tikintisinin(1883-cü il) də başa
catması əhəmiyyətli rol oynamışdır [2].
Gəncə-Qazax mailli düzənliyi və Ceyrançöl ərazisi iqtisadi-coğrafi rayonun təsərrüfat
fəaliyyəti üçün əlverişli şəraitə malik hissəsidir. Orta dağlıq ərazilərdə dəmiyə əkinçiliyin inkişafı
üçün səmərəli imkanlar mövcuddur. Belə ki, rütubətin kifayət qədər olması və yağıntının, əsasən,
bitkilərin vegetasiya dövründə düşməsi, qara və qonur, qəhvəyi torpaqların yayılması dəmiyə
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017