Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə34/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

 
77 
 
 Hər  bir    müstəqil    ölkə  öz  əhalisini  qorumaq,  yaşatmaq  məqsədilə  onun  ərzaq  və  ekoloji 
təhlükəsizliyini təmin etməyə səy göstərir. Zəlzələ, aşınma, su daşqını, quraqlıq, müharibə və digər 
fəlakətlər  zamanı  ölkə  əhalisi  aclığa  məruz  qalmasın  deyə  dövlət  çalışır  ki,  ərzaq  və  ekoloji 
təhlükəsizliyi öncə görə bilsin və özünün  ərzaq tədarükünü hazırlasın.  Ərzaq və ekoloji problemlər 
müxtəlif elm sahələrinin köməyi ilə həll oluna bilər. İqtisadiyyat, kimya, biologiya, fizika, iqtisadi 
riaziyyat,  coğrafiya,  seleksiya  və  digər  bu  kimi  elmlər  ölkəmizdə  ərzaq  təhlükəsizliyinə  dair  öz 
töhvələrini  layiqincə yerinə yetirməlidirlər. Ərzaq təhlükəsizliyi həm siyasi, həm iqtisadi, həm də 
sosial əhəmiyyətli  xarakter daşıyır. Siyasi əhəmiyyəti ondadır ki, ölkə öz tələbatını öz gücü ilə,öz 
daxili imkanları  hesabına ödəməklə daha çox öz müstəqilliyini təmin edir, heç bir xarici dövlətdən  
ərzaq asılılığı olmadan yaşaya bilir, daha qüdrətli dövlətə  çevrilir. İqtisadi əhəmiyyəti ondadır ki, 
ölkə  özünün    daxili  ehtiyatlarını,  ərzaq  potensialını  səmərəli  istifadə  etməklə  tələbatına  uyğun  
miqdarda, ucuz və keyfiyyətli qida məhsulları istehsal edir. Ərzaq məhsullarını uzaq regionlardan 
gətirmir və böyük nəqliyyat xərcləri sərf etmir. Məhsulu anbarlarda uzun müddət yığıb saxlamağa 
ehtiyac olmur.  Sosial əhəmiyyəti də böyükdür. Əhalinin ərzaq məhsullarına olan  tələbatının  yerli 
istehsal hesabına ödənilməsi həm ölkədə əmin amanlığı yaradır, həm də əhalinin əhval-ruhiyyəsini 
yüksəldir.  İqtisadi  təhlil  göstərir  ki,  respublikamızın  mövcud  torpaq  fondundan  tam  və  səmərəli 
istifadə  edilərsə,  İlkin  mərhələdə    10  milyon,  perspektivdə  isə  10-16  milyon  əhalini  ərzaq 
məhsulları  ilə  təmin  etmək  mümkündür.  Belə  olarsa,  yəni  ərzaq  tələbatı  respublikanın  daxili 
istehsalı  hesabına  ödənilərsə,  ekoloji  təhlükə  də  qat-qat  azalar.  Hazırda  Azərbaycan  vətəndaşının 
istehlak etdiyi çörək, ət və ət məhsulları, balıq və balıq məhsulları, süd və süd məhsulları, yumurta, 
şəkər,  meyvə,  tərəvəz,  kartof  və  digər  bu  kimi  məhsulların  müəyyən  bir  hissəsinin  sözün  həqiqi  
mənasında  mənşəyi,  yəni  harada  istehsal  edilməsi  bəlli  deyil.  Bu  isə  özlüyündə  əhalinin  istehlak  
etdiyi  ərzaq məhsullarının insan orqanizmi üşün nə dərəcədə təhlükəsiz olduğuna təminat  vermir. 
Bunu  əhalinin istehlak  etdiyi müxtəlif spirtli içkilər, mineral sular, meyvə-tərəvəz şirələri  barədə 
də  demək  olar.  Dünyanın    uzaq  regionlarından,  ölkələrindən  tez  xarab  olan  məhsulların  gətirilib 
satılması  da  məqsədəuyğun  deyil.  Bu  kimi  ekoloji  təhlükənin  aradan  qaldırılmasında  daxili 
istehsalın geniş inkişaf etdirilməsi mühüm rol oynaya bilər. 
 Biosferin  tərkib  hissəsi  olan  torpaq  ekoloji  mühitin  ən  mühüm  komponentlərindən  biri 
olmaqla  təbii  ehtiyat  kimi  maddi  nemətlərin  yaradılmasında  əvəzsiz  təbii  təbiət  cismidir  [3]. 
Torpaqların mühafizəsi, onların vəziyyətinə daimi nəzarətin təşkili, bir sözlə, torpaq monitorinqinin 
yaradılması probleminin ekoloji baxımdan mühüm şərt olduğunu böyük  uzaqgörənliklə bildiyindən 
ulu  öndərimiz  Heydər  Əliyev  hələ  SSRİ  zamanında  ölkəmizə  rəhbərlik  etdiyi  dövr  ərzində 
Azərbaycan  Respublikasını  Sovetlər  İttifaqının  ən  qabaqcıl  respublikalarından  birinə  çevirmişdi. 
Heydər  Əliyevin  kənd  təsərrüfatına  göstərdiyi  qayğı  və  diqqətin  nəticəsində  taxıl,  tərəvəz, 
üzümçülük  istehsalının  ixtisaslaşdırılması  və  təmərküzləşdirilməsi  sahəsində  həyata  keçirilən 
tədbirlər  nəticəsində  olduqca  böyük  nailiyyətlər  əldə  edildi.  Həmin  illərdə  Azərbaycan 
Respublikasında  bu  günki  islahatlar  üçün  də  zəmin  yaradan  aqrar  sahənin  inkişaf  etdirilməsinin 
əsasını  qoydu.Ulu  öndərimiz  Heydər  Əliyev  Azərbaycanda  əkinçilik  mədəniyyətinin  tarixini, 
torpaq-əkinçi  münasibətlərinin  daha  səmərəli  təşkilini  yaxşı  bildiyindən  ölkəmizə  ikinci  dəfə 
rəhbərliyi dövründə (1993-2003-cü illər) torpağın öz sahiblərinə pulsuz olaraq verilməsi haqqında 
qəti və tarixi qərar qəbul etdi. Nəticədə bu gün kənd təsərrüfatının sıçrayışlı inkişafını təmin edən 
torpaq  islahatları  həyata  keçirildi.  Hazırda  Heydər  Əliyev  ideyalarını  və  ictimai-siyasi  kursunu 
layiqincə  davam  etdirən  möhtərəm  prezidentimiz  İlham  Əliyev  24  noyabr  2003-cü  il  tarixində 
imzaladığı  "Azərbaycan  Respublikasında  sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri 
haqqında"  fərmanı ölkəmizdə aqrar sahənin inkişafında ən yeni və dinamik inkişafın başlanğıcını 
qoydu.  Qürurla  qeyd  etmək  yerinə  düşər  ki,  əsası  ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən 
qoyulmuş  aqrar  islahatları  bu  gün  onun  layiqli  davamçısı  möhtərəm  prezidentimiz  cənab  İlham 
Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham 
Əliyevin imzaladığı "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına 
dair  Dövlət  Proqramı"-nın  hazırlanması  haqqında   2  may  2008-ci  il  tarixli   sərəncamını  heç 
şübhəsiz  ki,  ulu  öndərimizin  imzaladığı  sərəncamın  davamı  kimi  qiymətləndirmək  olar.  İlham 
Əliyevin təsdiq etdiyi “Dövlət Proqramı”  ərzaq təhlükəsizliyinin əsasıdır. 
Abdullayev L.İ., Əzizova K.V. 
 
 


 
78 
 
 Ölkə başçısı  bu ili kənd təsərrüfatı ili elan edib. Ərzaq bazarlarında isə tələbin böyük fərqlə 
təklifi  üstələməsi  səbəbindən  son  vaxtlar  ərzaq  mağazalarının  qiymətlərindəki  artımın  qarşısını 
almaq və əhalini ərzaq məhsulları ilə tam təmin etmək məqsədi ilə ölkə prezidentinin "2008-2015-ci 
illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 
Proqramı"-na  aid  imzaladığı  Sərəncamla  prezidentimiz  cənab  İlham  Əliyev  kənd  təsərrüfatı 
sektorunun  qarşısında  xüsusi  vəzifələr  qoyur.  İnanırıq  ki,  möhtərəm  prezidentimiz  cənab  İlham 
Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  imzalanmış  "2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ümummilli 
liderimiz Heydər Əliyev arzularının, ideyalarının davamı kimi xalqımızın gələcək rifah halının daha 
da  yaxşılaşmasında  cənab  prezidentimiz  İlham  Əliyevin  rəhbərliyi  altında  öz  müsbət  həllini 
tapmaqla ölkəmizi və insanlarımızı daha təminatlı və təhlükəsiz gələcəyə aparacaqdır [4]. 
Elmi  yeniliyi:  məqalədə  ərzaq  təhlükəsizliyi  problemlərinə  toxunulmuş,  bu  sahədə  aqrar 
sahənin rolu tədqiq edilmiş, qeyd edilən problemin həlli yolları araşdırılmışdır.  
Tətbiqi əhəmiyyəti: bütün qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olur ki, gələcəkdə ərzaq 
məhsullarının sürətlə artırılması o qədərdə real deyildir. Lakin əhalinin ərzaq məhsulları ilə təmin 
edilməsi  imkanları  da  tükənməmişdir.  Odur  ki,  ərzaq  təhlükəsizliyi  problemi  bütün  dünya 
ölkələrinin və beynəlxalq təşkilatların daim diqqət mərkəzində olmalı, bu sahədə lazımi tədbirlərin 
görülməsi davamlı xarakter daşımalıdır. Məqalədə ərzaq təhlüəkizliyi ilə bağlı yuxarıda qeyd edilən 
tədbirlər bu baxımdan əhəmiyyətlidir. 
    
ƏDƏBİYYAT 
1. Həbibəyli Z.N. Ekologiya və fövqəladə hallar. Bakı: Elm, 2012, 380 s. 
2. Aslanov H.Q. Torpaqların meliorasiyası. Bakı: Elm, 2004, 473 s. 
3. Salmanov M.Ə. Ekologiya və biz. Bakı: Azərnəşr, 1989, 234 s.  
4. Dövlət Proqramı. (2008-2015) 
 
РЕЗЮМЕ 
ПРОДОВОЛЬСТВЕННАЯ БЕЗОПАСНОСТЬ КАК ОСНОВНАЯ ГЛОБАЛЬНАЯ 
ЭКОНОМИЧЕСКАЯ ПРОБЛЕМА  
Абдуллаев Л.И., Азизова К.В 
 
Ключевые  слова:  экономическое  развитие,  природные  ресурсы,  продовольственная 
безопасность, искусственные белки, аграрный сектор   
Автор  статьи  отмечает,  что  экономическое  развитие  составляет  основу  продовольст-
венной  безопасности.  В  связи  с  этим  проводятся  различные  мероприятия.  Продовольст-
венная  безопасность  как  глобальная  проблема  все  время  находится  в  центре  внимания. 
Основная цель – повышение уровня прдовольственной безопасности   
                                                       
SUMMARY 
FOODSTUFFS  SAFETY PROBLEM AS A QLOBAL ECONOMIC PROBLEM 
Abdullayev L.I., Azizova K.V. 
 
Key words: economic development, natural resources, food-stuffs, artificial protein, aqrarian 
sector 
 Economic  development  is  the  base  of  the  food-stuffs  safety.  A  number  of  measures  have 
been  implemented  connected  with  this  in  the  word.  So,  foodstuffs  safety  as  the  qlobal  problem 
always  is  in  the  centre  of  attention.  The  main  objective  is  more  increasing  the  level  foodstuffs  of 
safety. 
 
Daxil olma tarixi: 
İlkin variant 
21.10.2015 
 
Son variant 
01.06.2016 
Ərzaq təhlükəsizliyi əsas qlobal iqtisadi problem kimi 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə