VeriLƏNLƏr bazalari ümumi məlumat


VERİLƏNLƏR BAZASININ İDARƏ OLUNMASI



Yüklə 292,45 Kb.
səhifə24/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   44
C fakepathLav vsait

VERİLƏNLƏR BAZASININ İDARƏ OLUNMASI

Verilənlər bazasının idarə olunması linqvistik və proqram təminatı baxımından verilənlər bazasının idarəetmə sistemi, təşkilatı baxımdan isə verilənlər bazasının administratoru tərəfındən yerinə yetirilir.

1. Verilənler bazasının idarəetmə sistemi

Verilənlər bazasının mərkəzləşdirilmiş idarə olunmasını və verilənlərə müraciəti təmin etmək üçün linqvistik və proqram vasitələrindən ibarət xüsusi kompleks yaradılır ki, onun da adına verilənlər bazasının idarəetmə sistemi (VBİS) deyilir. VBİS informasiya sisteminin mərkəzi hissəsini təşkil edir.

Verilənlərin təsvir edilməsi üçün seçilən modeldən asılı olmayaraq, verilənlər VB-də əlaqələndirildmiş fayllar şəklində saxlanır. Odur ki, VBİS-in əsas funksiyalarına aşağıdakılar daxildir:


Bu əsas funksiyalardan əlavə müasir VBİS-lərdə sorğuya görə seçilən verilənlərin emalı (onlar üzərində hesab və məntiq əməllərinin aparılması) və çıxış sənədlərinin (hesabatların) lazımi formaya salınıb əks etdirilməsi də nəzərə alınır.

Şəkil 11-də verilənlər bazasının idarəetmə sisteminin sadələşdirilmiş sxemi verilmişdir. Burada VBİS-in əsas komponentləri olan verilənlər bazası, proqram təminatı, linqvistik təminat və onların əməliyyat sistemi ilə, VB-nin administratoru ilə və istifadəçilərlə qarşılıqlı əlaqələri göstərilmişdir. VBİS həm istifadəçi-şəxslərin, həm də istifadəçi-proqramların (tətbiqi proqramların) sorğularına cavab verir.






Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə