VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə21/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
C fakepathLav vsait

İnkapsulyasiya xassənin adının görünmə sahəsini həmin xassənin aid olduğu obyektin sərhədləri dairəsində məhdudlaşdırır.

Varislik isə, əksinə, obyektin xassəsinin görünmə sahəsini bütün varislər üçün genişləndirir. Əgər varislik mexanizminin təsir sahəsinin bilavasitə qohum olmayan obyektlər üçün də genişlənməsi tələb olunursa, onda həmin obyektlərin ümumi valideyni olan obyektdə «abs» tipli mücərrəd xassə təyin edilir.

Polimorfizm eyni proqram kodunun müxtəlif tipli verilənlərlə işləyə bilməsini təmin edir. Başqa sözlə, polimorfızm müxtəlif tip obyektlərdə eyni adlı metodların olmasını mümkün edir. Obyekt-yönlü proqramın icrası zamanı eyni metodlar arqumentin tipindən asılı olaraq müxtəlif obyektlərlə əməliyyat aparırlar.

Obyekt-yönlü VB-də axtarış istifadəçinin sorğuda göstərdiyi obyektlə VB-də saxlanan obyekt arasındakı oxşarlığı müəyyənləşdirməkdən ibarət olur. İstifadəçinin göstərdiyi və «məqsəd» adlanan obyekt (onun xassəsi «goal» tipi ilə təyin edilir) ümumi halda VB-də saxlanan bütün obyektlər iyerarxiyasının altçoxluğu ola bilər. Obyekt-məqsəd və sorğunun nəticəsi VB-nin özündə saxlana bilər.

Verilənlərin obyekt-yönlü modelinin relasiya modeli ilə müqayisədə üstünlüyü obyektlərin mürəkkəb əlaqələri haqqında informasiyani əks etdirmək imkanının olmasıdır. Obyekt-yönlü model VB-nin ayrı-ayrı yazılarını və onların emalı funksiyalarını təyin etməyə imkan verir.

Obyekt-yönlü modelin çatışmazlığı onun mürəkkəbliyindən, verilənlərin emalının rahat olmamasından və sorğuların yerinə yetirilmə sürətinin aşağı olmasından ibarətdir.

90-cı illərdə obyekt-yönlü verilənlər bazalarının eksperimental protipləri mövcud idi. Hal-hazırda bu cür sistemlər geniş yayılmışdır. Onlara misal olaraq POET (POET Software firması), Jasmine (Computer Associates), Versant (Versant Technologics), O2 (Ardent Software), ODB-Jupiter, İris, Orion, Postyres sistemlərini göstərmək olar.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə