VeriLƏNLƏr bazalari ümumi məlumat



Yüklə 292,45 Kb.
səhifə19/44
tarix15.05.2022
ölçüsü292,45 Kb.
#87088
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   44
C fakepathLav vsait

Fırlanma (Rotate) əməliyyatı verilənlərın ikiölçülü təsviri zamanı tətbiq edilir. Bu əməliyyat nəticəsində verilənlərin vizual təsviri zamanı ölçülərin qaydası dəyişilir. Məsələn, şəkil 8(b)-də göstərilmiş ikiölçülü cədvəlin «fırlanması» nəticəsində X oxunda «İllər», Y oxunda isə «Məhsulun markası» təsvir olunacaqdır.

Aqreqasiya (Drill Up) va detallaşdırma (Drill Down) əməliyyatları istifadəçi üçün hiperkubdakı informasiyanın uyğun olaraq daha ümumi və daha detal təsvirini verirlər.

Aqreqasiya əməliyyatının mahiyyətini nümayiş etdirmək üçün fərz edək ki, şəkil 9-da göstərılən hiperkubdakı ölçülərdən əlavə «İstehsal sahəsi» və «Qurğu» ölçülərı də var. Qeyd edək ki, bu halda hiperkubdakı ölçülərın yuxarıdan-aşağıya iyerarxiyası olur: İstehsalat sahəsi, Sex, Qurğu.

Fərz edək ki, göstərilən hiperkubla illər üzrə zavodun qurğularında, sexlərində və istehsalat sahələrində istehsal olunan məhsulun miqdarı haqqında verilənlər toplanıb. Bu halda arqeqasiya əməliyyatı vasitəsilə iyerarxiyanın səviyyələrı üzrə yuxarı qalxaraq təyin etmək olar ki, qurğu, sex və istehsalat sahəsi üzrə istehsal olunan AI-93 benzinin miqdarı nə qədərdır.

Çoxölçülü modelin əsas üstünlüyü vaxtla bağlı olan böyük həcmli verilənlərin analitik emalının səmərəli və əlverişli aparılmasıdır. Relasiya modelli VBİS-də bu əməliyyatın aparılması böyük zəhmət və yaddaş sərfı tələb edır. Çoxolçülü modelın çatışmazlığı isə onun informasiyanın operativ emalının adı məsələləri üçün mürəkkəb olmasından ibarətdir.

Verilənlərin çoxölçülü modelini dəstəkləyən sistemlərə misal olaraq Arbor Software firmasının Essbase, Speedware fırmasının Media Multimatrix, Oracle fırmasının Oraclc Express Server, İnter Systems fırmasının Cache sistemlərini göstərmək olar [6]. Bəzi sistemlər, məsələn, Media MR (Speedware firması), eyni vaxtda həm çoxölçülü, həm də relyasiya modelli verilənlər bazaları ilə işləməyə imkan verirlər. Daxili modeli verilənlərin çoxölçülü modeli olan Cache sistemində verilənlərə 3 müraciət üsıılu reallaşdırılmışdır: birbaşa (çoxölçülü massivlər səviyyəsində), obyrkt və relasiya.


Yüklə 292,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə