Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə26/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   22   23   24   25   26   27   28   29   ...   148

________________Milli Kitabxana________________

O, məni salmadı bir an nəzərdən,

Mən də onun üçün dürdən, göhərdən.

Boyunbağı düzdüm, xoşdur əməyim;

Bahasını ondan necə istəyim?!

Kim "Belə yazaram" desə, əbəsdir,

Bu hədiyyəm Şama, İraqa bəsdir.

Haqqım fəxr edəm, qoy bilsin cahan!

Mənəm söz mülükünə yeganə sultan.

Nə vaxt söz qılıncım qalxdı, yuxarı,

Qolu kəsik qaçdı söz oğrula.

Peyğəmbər şərinə and olsun, heç kəs,

Bu inci sözləri yarada bilməz.

Ağlım məni dünya pənahı sandı,

Ruhum ülviyyətin məddahı sandı.

Rəbbim bəlalardan qoy versin nicat,

Onun sayəsində düzəlsin həyat!

Bu din aləmində çoxlu hikmət var,

Lakin tək ədalət əbədi qalar.

Bir an kəsilməsin onun başından,

Allahın kölgəsi durduqca cahan.

Mələklər söylərkən mənim duamı,

Cəbrayıl qoy desin onlara: "Amin!"



________________Milli Kitabxana________________

FƏXRİYYƏLƏR

1.

Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı,

O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı.

Nə hər dizdən olar məktəb, nə hər şagird əzbərxan.

Nə hər qətrə olar nisan, nə hər dərya sədəf kanı.

Dizim üstü o məktəbdir ki, Nuh onda gəmi salmış.

Gəmim - Cudi dağı, gözdən axan yaş isə tufanı.

Bu cür insanlara Cudi dağı ancaq topuqdandır,

Dizinə onların çıxmaz su, tufan tutsa dünyanı.

Deyil bu məktəbə layiq o kəs ki, dərdi cuş etsə,

Qopub tufan dörd yandan, onun sarsılmaz ərkanı.

Dizi məktəb olan kəsdə gərək bir hümmət olsun ki,

Önündə it kimi diz çökdürə bilsin o, aslanı.

O insan ki, dözüb dərdə, baş əyməz mərdə, namərdə,

Onu diz çökdürə bilməz tutan dörd əlli dünyanı.

Bu məna Xızrını hər kəs ətəkdən tutsa Musa tək,

Suyu xatırladar Xızrı, əli möcüzdə Musanı*.

Onun təlqininin şərhi sükut ilə olar təvil,

Bütün təlimi müşküldür cəhalət isə bürhanı.



________________Milli Kitabxana________________

Mənim öyrəndiyim ilk söz bu məktəbdə "sükut" oldu,

Bəladır dil başa, lakin, sükutdur dərd dərmanı.

Məni ilk dərsdə ustad dildən eylədi məhrum,

O dilli bərbətə dilsiz, neyin üstündür əfğanı.

Qalarkən ney kimi dilsiz, dodaqdan can əta etdi,

Dedi: - Ney tək gözündən al nəfəs, -verdi bu fərmanı.

Məni təlqin butasında əritdi, yaxdı, ta məndə,

Nə şeytan hiyləsi qaldı, nə də ki, Adəm üsyanı.

Mənə öyrətdi çox şeylər, yazarsam cüzünü, çatmaz,

Səmanı dəftər etsəm də, mürəkkəb - cümlə dəryanı.

O "əbcəd" ki, mənə ustad təlim etdi təcridi,

Saralmış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı*.

O gün ki,sirri yoxluqdan ibarət "əbcəd"i bildim,

Unutdum varlığa baglı olan hər bir müəmmam.

Görüncə bilməməkdir bu qəribə məktəbin elmi,

Unutdum hafizəmdə yer tutan hər elmü ürfanı.

Qəribə elm öyrəndim, başa düşdüm ki, nadanam,

Əcəb ustaddır, təlim edir mən kimi nadanı.

Necə ayinədə tuti görər öz əksini, lakin,

Gələr nitqə təəccübdən, olar əksinin heyranı.

Ömür keçdi bu məktəbdə, hələ "əbcəd"dəyəm aciz,

Nə vaxt dərk eylərəm, aya, müəmmalı bu divanı.

Hələ körpə uşaqlar tək oyun ardındadur fikrim,

Bu hoqqabaz fələk heyran edir feliylə insanı.

Oyun həngaməsi qurmuş uşaqlar, mən baxıb gördüm,

Qara möhrə durar, göy möhrə dövr eylər bu meydanı*.



________________Milli Kitabxana________________

Budur, axır oyun bitmiş, yəqindir ki, çatıb axşam,

Günəş batcaq, bu adətdir, çatar həngamə payanı.

Ağıl qorxardı təbimdən, əlacı gördüm heyrətdə,

Necə Musa deyirkən eylədim tabutu zindam*.

Neçə Firondan Musa qaçırdı çarəsiz, indi,

Mənim əqlim də qaçmaqda edir təqlid Musanı.

Həvəs istərdi yüksəlsin, uca səflərdə yer tapsın,

Qolundan tutdum, atdım ki, ayaqda öz yerin tanı!

Behərsiz bir an olmuş əgər nəfsim əzəl başdan,

Bu gün şadəm ki, şəhd ilə dolubdur nəfsimin şanı.

Onu mürtədliyə mayil görüncə, adəti üzrə,

Açıldı sirri, mən kəsdim onun başını pünham.

Onu xəlvətdə dəfn etdim, məzarın qanla islatdım,

O qanlı qəbrə mən təlqin dedim ayati-imam.

Şəhidin qəbri zahirdə qan ilə islanar, amma,

Dolar müşk ilə daxildə, saçar can ətri-rizvanı.

Yoxumdur qorxu: o qəbri təbiət kaftarı söksün,

Şəriət məhtabın etdim gecə qəbrin nigahbanı.

Əgər nəfsin məzarında tikan bitmişsə, şükr eylə!

Tikan zahirdədir, sən batinə bax, gör gülüstanı.

Günəşdir hümmətim, rindəm, özüm aləmdə şahənşah,

Minib ərşi, yatırmışdır dizi üstündə İsanı*.

Bəli, dərvişdəki hümmət Günəş misli gərək olsun

Axı o, şahdan üstündür, nə yurdu var, nə sahmanı.

Süleymana bərabərdir hər hümmət sahibi dərviş,

O "rəbbi həbli" təblinin səsindən titrər eyvanı*.



________________Milli Kitabxana________________

Cahanla can iki bütdür düşüb dərviş ayağına,

Tamahla ehtiyac it tək olub zəncirli dərbanı.

O İskəndərsifət Xızrın hava - taxtı, ağıl - tacı,

O aqil sərxoşa süfrə - rzadır, can - mehmanı*.

Xəzinədarı - fikr, ilham, keşikçi - şər ilə tovfiq,

Əsiri - nəfs ilə amal, qul etmiş çərxi, keyhanı*.

Nə hind çibalı tək qurmuş sitəmlə qəsri-tağuti,

Nə Çin xaqanı tək zülm ilə düzmüş tacə mərcanı*.

Onun təslim ocağında odundur təxti çibalın,

Onun ixlas atına nal edərlər taci-xaqanı*,

Azadlıq meydanında at çapırmaq könlünə düşsə,

Kosu - amal olar, əqlin ayağı - əldə çovqanı*.

Mənim qəlbim evi göz-göz olub, onda pətəklər tək,

Eşikdən sadədirsə, var içində bal dolu şanı.

Hörümçəklər toru zahirdə bir tül pərdəyə oxşar,

İçində, halbuki, yoxdur çibindən başqa büryanı.

Nəyə lazım balıq tək zahiri pullu, içi bomboş,

Sədəf ol ki, üzün sadə ola, qəlbin göhər kanı.

İradə şahının, getdim, öpəm bir gün ayağından,

Məni taxta çıxardı, söylədi: öz mənzilin tam!

Salındı süfrə, əyləşdim, nəyə lazım mənə nemət,

Qidamdır duzlu göz yaşım, üzümdur zər nəməkdanı.

Məhəbbət camını verdi əlimə dost, şad oldum,

O camda Xızr içmişdir, deyirlər, abi-heyvanı.

Belə bir mənzili görmüş, dübarə hissə aldanmaz,

O məclis şirnisin dadmış bəyənməz noğlu, halvanı.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə