Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə34/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   30   31   32   33   34   35   36   37   ...   148

________________Milli Kitabxana________________

***


Yox, yox, gözəllər eşqinə mən bir də qurban olmaram,

Hümmət məni azad edib, məhbusi-canan olmaram.

Ram olmaram sevdayə mən, baxmam rüxi-zibayə mən,

Ovçu gözəllər səpsə dən, quş kimi nadan olmaram.

Dilbərləri mən neylərəm, sevda yolun tərk eylərəm,

Bu qarğı atı peylərəm, mən mərdi-meydan olmaram.

Aldanmaram hər məhvəşə, söz vermərəm hər dilkəşə,

Pərvanə tək mən atəşə düşüb də büryan olmaram.

Dilbər ləbinə qanmadan gizli can atdım çox zaman,

Artıq ağıllandım, inan, bil, bir də heyran olmaram.

Yanmış söyüd tək indi mən, qəm saqisinə qəlbdən,

Oldum gözümdən qan süzən, yox, yox, meyəfşan olmaram.

Bir varlığam ki, heç zaman dostlar gözü tapmaz nişan,

Cananıma mən çatmadan məşhuri-dövran olmaran.

Daşdanmıdır canım mənim? İt qəlbli dövran düşmənim;

Qalmaz saralmış bu tənim, canı poladdan olmaram.

Gəzdim cahanı sərbəsər, yerdən tutub ərşə qədər,

Bir mərdə rast gəldim əgər, gələrəm, müsəlman olmaram.

Gəzdim dəyərsiz dünyada, gördüm cahanı bivəfa,

Yoxdur vəfa bir aşnada, bir ləhzə xəndan olmaram.

Abru edərdim arizu, nə üz qalıb, nə onda su,

Rüsvalığın çatmış sonu, mən bir də insan olmaram.

Gənclik şahı olmuş səvar, at çapmağa vermiş qərar,

Mənsə dalınca bir çapar, yainki səkban olmaram.




________________Milli Kitabxana________________

Öz qüdrətincə hər adam istər tapa divanda nam,

Divanları gəzdim tamam, bir yerdə elan olmaram.

"Zənd'I qələt bildim deyə, atəş mənə durmaz yiyə.

"Quran" qaçar məndən göyə, mən əhli-iman olmaram*.

Kəbə mənə məhrəm deyil, qibləm kəlisa həm deyil,

Qismət mənə Zəmzəm deyil, əhli-xümistan olmaram.

Üz döndərib mən Kəbədən, qaçdım kəlisadan da mən,

Xaqanini boş sanma sən, məqbuli-xaqan olmaram.

Etdim Cəlaləddini yad, məhv olsun bu zülmət daşı,

Ta ki, tapım ondan murad, kuyinə qoydum bu başı.

* * *


Baxdıqca ulduzlar qoşun, bayraqsa asman görsənər,

Şahın tası olmuş hilal, pərçəmsə Keyvan görsənər.

Zöhrə - Əsəddə gövhəri, Bəhram - əlində xəncəri,

Ulduzlar olmuş ləşkəri, fəthində "Quran" görsənər*.

Şahın ucalmış dövləti, dünyanı tutmuş şöhrəti,

Azdır hələ ki, rəyəti, Bolğar və Xəzran görsənər*.

Bəxtindən istərdim ki, şah qursun fələkdə ordugah,

Babildə cəm etsə sipah, mülkü Xorasan görsənər.

Şerim saçar dürrü göhər şahım qazandıqca zəfər,

Şahlar önündə baş əyər, boynunda fərman görsənər.

Dünya əyər ol şahə baş, qul olmağa eylər təlaş,

Taclardakı qiymətli qaş nəleyni-səkban görsənər.

Salsa atı bir nal əgər, Rüstəm onu şəmşir edər.

Mum alsa xatəmdən əsər, "hirzi-Süleyman" görsənər*.




________________Milli Kitabxana________________

Göy bir at olmuşdur fələk, ulduzlar onda zər, bəzək,

Dağ sağrısına etmə şəkk, vurmuş Axsitan, görsənər.

Könlü şad olsa bir kərə, Cəbril enər sanki yerə,

Kinlə baxarsa göylərə, aləmdə tufan görsənər.

Şahın atının ol qədər şahlar ayağından öpər,

Gəzsən nalından bir əsər, ləl ilə mərcan görsənər.

Ulduz edər şahə həsəd, cansız qalar yüz min cəsəd,

Şahdır Günəş, təxti - Əsəd, çərx isə meydan görsənər*.

Şah oxşayır qızmış filə, torla çıxıbdır sahilə,

Qurşaq tutub dərya ilə, timsah o sultan görsənər.

Cövza rikabından tutar, əqrəb ona çakər olar,

Üz bir Günəş, cismi - bahar, hər ləhzə xəndan görsənər.

Olmuş Günəş bir qul məgər, şahın ayağından öpər,

Eşqilə şahın hər səhər torpaqda qəltan görsənər.

Göylər - üzəngi, at - külək, sanki Süleyman atlanıb,

Atlı - pəri, at - div kimi, qüdrətli sultan atlanıb*.

Ədlilə mülkü əql tək canda o sultan bəsləyər,

Fəzlilə xəlqi bəsləyər, ləli necə kan bəsləyər.

Xülqü gülü etdi xəcil, rəyi sönən bir od deyil,

Bir gülşəkərdir rəyi, bil, nurla Sifahan bəsləyər.

İqbalı Xəzran fəth edər, ədlilə dolmuş ölkələr,

Hind ölkəsindən fil gələr, Xəzranda filban bəsləyər.

Gülzarə dönmüş ölkəsi, açmış səxavət kisəsi,

Şəmşiri neysan qətrəsi olmuş, gülüstan bəsləyər.

Cənnət - göhər şəmşirinə, duzəx – şərər şəmşirinə,

Hər kəs deyər şəmşirinə: hikmətdir, iman bəsləyər.



________________Milli Kitabxana________________

Açmış igidlik məktəbi, təlim edər şahlıq dəbi,

Ondan bilər hər mətləbi, hər şah ki, dövran bəsləyər.

Tale özü şahə gərək baş endirib, etsin kömək,

Meydanda çəkməkçün yedək şahlar çox heyvan bəsləyər.

Ordu - sürü, dövran - çoban, qoçdur şahın bəxti, inan,

Qayğı çəkən hər bir çoban qoç saxlayar, can bəsləyər.

Mehdi kimi çalmış zəfər, olmuş çoban, qayğı çəkər,

Dəccaldır dövran məgər? - Qurd kimi düşman bəsləyər*.

Dövran vəfasızdır yaman, yazda düşər qış nagahan,

Mehdi verər xalqa aman, Dəccal tüğyan bəsləyər.

Düşməndir hər insana şer, şeytan isə şər öyrədər,

İtdən, donuzdandır betər, bir şir ki, segban bəsləyər.

Şəni Güneş tək saçdı nur, Dərbənd işıqlandı, odur,

Zülmət içində san sudur, hikmətlə yəzdan bəsləyər.

Məğrur edər hər qəlbi şər, zülmü cahanı məhv edər,

Nə qurd dişi süsləndirər, nə zülm insan bəsləyər.

Ədlilə artar dövləti, cənnət tək imandan doğar,

Tapdıq adilə rahəti, çün şükr ehsandan doğar.

* * *


Şah əvvəlinci Mehdidir, Sani Süleyman olsun həm,

İnsan ona xidmətçidir, cinlər də dərban olsun həm*.

Olmuş fələk şahın qulu, camı Günəş, meylə dolu,

Keyvan-qılınc, nüsrət-yolu, Bəhram-peykan olsun həm*.




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə