Xaqani Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə33/148
tarix14.07.2018
ölçüsü3,74 Mb.
#55496
1   ...   29   30   31   32   33   34   35   36   ...   148

________________Milli Kitabxana________________

Çərxin əliylə nazlı yar torpaqlar altında yatar;

Nalən cahana od salar, gər yadına canan gələ.

Getsən yalandan Kəbəyə, Kəbə dönər bütxanəyə,

Sidq ilə gəl meyxanəyə, Kəbə sənə qurban gələ!

Yox səndə imandan əsər, Kəbəpərəst olma hədər,

Arxında su yoxdur əgr bir körpü sal, asan gələ!

Zahidliyindir ağ yalan, kafırliyə oldun rəvan,

Saf qəlb ilə sərxoş dolan, ta qəlbinə iman gələ.

Şit zahid olmaqdan çək əl, göy uçsa da qoyma məhəl,

Qoy rəxnələr tapmış təməl kökdən ola viran, gələ.

Sağlıq de xaqan naminə, mey iç, sənə can bəxş edə,

Bəlkə o fateh şah sənə lütf ilə Turan bəxş edə*.

* * *


Məclis pərilər yurdudur bəzmi-Süleyman onda gör!

Quşlar durubdur səfbəsəf, bir xoş gülüstan onda gör!*

Davud əşkindən nişan peymanəyə qan axdı, qan,

Quştək sürahi verdi can, oldu nəvaxan onda, gör!*

Asilərə yoxdur əgər yol cənnətə, nə eyb edər?

Saqi üzünə qıl nəzər, yüz baği-rizvan onda gör!

Kəbə evində heç zaman büt aşiqinə yox aman,

Bütlər evini Kəbə san, Zəmzəm-xumistan onda gör!*

Almış dələ rəngi hava, boz kürk geyinmişdir fəza,

Od vur, işıqlansın səma, bir tülkü hər an onda gör!

Manqal dönüb olmuş qəfəs, tavusla qarğa həmnəfəs,

Əflakə göz dikmə əbəs, Mərrixü Keyvan onda gör!*




________________Milli Kitabxana________________

Şişmantuluq bir dayətək, zəncibədən, rumi-ürək,

Məryəm kimi doğsun gərək İsanı dehqan, onda gör!*

Zərrin damarlar meynədən qopdu, əzildi, indi sən

Qan küp damarından həmən tök, şireyi-can onda gör!

Bərbət düşüb cansız qalar, bir ölçüdə dörd rükn var,

Bir boydadır səkkiz damar, Zöhrəylə Mizan onda gör!

Ağlar rübab hey zərbədən, çömçə başı, kasə bədən,

Taxta ulaq, zərdən rəsən, əl boyda meydan onda gör!

Çəngin başı çılpaq qalıb, çiyninə atlas şal salıb,

Palas fitə belə çalıb, dizlərsə pünhan onda gör!

Bir körpə zəncidir tütək, on dayəsi var ağ, qəşəng,

Doqquz gözüysə şux-şəng, yüz gözsə heyran, onda gör!*

Dəfsə şahın çovqanına, min nəqşli eyvanına,

Ovlaqdakı cövlanına oxşar yüz heyvan, onda gör! *

İskəndəri-atəşsinan, hər sirri Xızrasa duyan,

Keyxosrovi-Arəşkəman həm sənsən, ey şah, həm atan! *

***


Dilbərlərin eşqində sən, gəl şərti başdan tazələ!

Yusif kimi qurdla barış, əhd ilə peyman tazələ!*

Ey xəstə aşiq, qorxmadan öz canını dosta inan,

Dilbərlər eşqində haman sövdanı başdan tazəle!

Saqi tökər dil, mey verər, mütrübdə var sonsuz hünər,

Meylə dolub peymanələr, al, iç meyi, can tazələ!

Saqi əlindən al şərab, iç nəşə ilə, ol xərab,

Zahidlər ilə olma bab, can ver və canan tazələ!




________________Milli Kitabxana________________

Küp arxasında keç otur, haldan düşüncə badə vur,

Artsın gözündə taki nur, torpaqla müjgan tazələ!

Dərdi unut, sən hər zaman şad ol, yaşa şən hər zaman,

Gümüş öküzdən hər zaman qan tök və qurban tazələ!

Mey sübh üçün olmuş səba, meydir yaza vermiş səfa,

Mey inci tək sərpər ziya, meylə şəbistan tazələ!

Narınca oxşar bu fələk, istər sənə qursun kələk,

Ahınla məhv olsun gərək, get səngbaran tazələ!

Ah ilə bir şivən qopar, olsun fələklər tarmar,

Dörd ünsürü xar eylə, xar, əşkinlə tufan tazələ!*

Bərkdir canı Xaqaninin, dərdin çəkər cananın,

Eşqin böyük divanının mətnində dastan tazələ!

Eşq atəşi odlar canı, dönməzdir aşiq peymanı,

Bağdaddakı könlün hanı? Şərvanda bir an tazələ!

Cam al ələ, çek, eylə dad, Bağdadədək mey iç azad,

Bağdadda yan eylə yad, eşqi binadan tazələ!

Bağdad bağdır, ya çəmən, mən baği-rizvan söylədim,

Orda gözəl vəsfində mən şövq ilə dastan söylədim.

* * *


Dəclə kənarında dünən bir afəti-can görmüşəm,

Həsrət gözümdən Dəclə tək axmış qızıl qan, görmüşəm.

Qəddi-sərvi-baği-İrəm, Şəmi-Şəbistani-hərəm,

Rüxsandır baği-Əcəm, kuyin gülüstan görmüşəm*.

Can şəhridir gül çöhrəsi, qəlbin teli - hər türrəsi,

Aləm onun sərgəştəsi, kuyində giryan görmüşəm.




________________Milli Kitabxana________________

Gizlənməyə tərrari-dun Bağdadda sazlar min oyun,

Tərrar zülfündə onun Bağdadı pünhan görmüşəm*..

Zülfüylə Dəclə mişkdəm, Dəclə "dalı" tək zülfü xəm,

Dəclə kimi əndamı həm olmuş xuraman, görmüşəm*.

Qatmış aya bafta, ipək, asmış buxağın tuq tək,

Parlaq aya göy bir ləçək örtmüş o canan, görmüşəm.

Əşkim kimi tər damənə axmış buxaqdan nur yenə,

01 nurdən mərmər sinə olmuş çıraqban, görmüşam.

Xaç kimi qıvrım telləri, İsa nəfəsli ləbləri,

Bunlar bir olduqdan bəri zülmət ara can görmüşəm.

Can cisminə pabəstədir, şəhla gözü tək xəstədir,

Qəlb - ağzı tək bir püstədir, qanlı və xəndan görmüşəm

Nazla ötərkən birbaşa, ardınca hey vurram başa,

Qəlbi, dişi çallam daşa, halım pərişan görmüşəm.

Məğrur görüb cananımı, mən qandım öz nöqsanımı,

Kuyində miskin canımı avarə, heyran görmüşəm.

Zənci kimi zülfü qara, oynar, səpilmiş rüxsara,

Mən göz qoyunca onlara hər ləhzə rəqsan görmüşəm.

Dəcləyə saldım ah mən, etdim təyəmmüm gah mən,

Ağlar göz ilə gah mən Bağdadda tufan gormüşəm.

Xaqani, ver can gövhəri, hərracda al ol dilbəri,

Çox sən kimi aşiqləri canana qurban görmüşəm.

Ver könlünü cananma, əzm eylə, yollan yanına,

Şirvanşahın fərmanına qəlbi nigəhban görmüşəm.

Cənnət kimi məclis qurar, ruhlar onun dərbanıdır,

Ulduzları bərhəm vurar, doqquz fələk meydanıdır.



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə