İyirmi ildir Şuşanın gözləri yollardadı,
Kəlbəcərin, Laçının qolları qandaldadı.
Cəbrayılım, Füzulim, Ağdamım... nə haldadı?
Haydı, tez silahlanın, qisas vaxtı çatıbdı!
Düşmən elə bilər ki, türk milləti yatıbdı!
Qisasa çağırış ruhu ilə səslənən, gözü yolda,
qulağı səsdə qalan yurd yerlərimizə dönmək
əzmini, istəyini ifadə edən yuxarıdakı misralar
son dərəcə aktuallığı ilə bərabər, həm də “lazım
gələrsə, torpaqlarımızı işğaldan azad edərik” -
deyən cənablara qəti, sərt ittiham təsiri
bağışlamırmı? Narahat şair “Qarabağ faciəsi”
publisistik
yazısında
mərd,
mübariz
əsgərlərimizin döyüşə, qələbəyə olan xatircəmlik
ruhunu qıran xəyanətkarları, xainləri, vəzifə və
hakimiyyət
mərəzinə
tutulmuş
yaramaz
rəhbərləri ciddi tənqid atəşinə tutur.
“Gözlə Qarabağım, dönüb gəlirəm!” şeirində
isə şair üzünü bizi qəribsəyən anamız Qarabağa
tutub, sanki ürək-dirək verir:
Yurdsuz yaşamaqdan bezmişəm daha,
Hicran alovunda yanıb ölürəm.
Üzümü tuturam uca Allaha,
Gözlə Qarabağım, dönüb gəlirəm!
Y.Məğrurun sərrast, ünvanlı, kəsərli misra və
sətirlərinin arxasından boylanan əsir-yesir yurd
yerlərimiz isə sanki dil açıb şikayətlənir, oxucunu
190
Yaqub Məğrur
Vətən naminə
191
Yaqub Məğrur
Vətən naminə
tənbeh edir: “Elə ha deyirsiniz, gözlə, gəlirəm,
Qarabağ!”, ancaq... heç gəlib çıxmaq bilmirsiniz,
gözə dəymirsiniz, ay nainsaflar!..” Fəqət “kişi
sözü verən” şair bu dəfə daha qətiyyətlidir,
israrlıdır, iddialıdır:
Yaqub, qalxıb qoşul, durna köçünə,
Qartal tək şığıyıb qopar fırtına!
Qəfil vəlvələ sal, düşmən içinə,
Qayıt, qalib kimi döğma yurduna!
-deməklə doğma yurd yerlərinə dönüşünə bizi
də inandıra bilir. Odur ki,
Mənim sadiq dostum qələmdir, bilin,
Yazır tarixini hər ayın, ilin.
Bağlı qapıları, kükrəyən selin
Coşqun dalğası tək açandır qələm,
Zülmətə gur işıq saçandır qələm!
-deyərək qələmini artıq süngüyə çevirib xain
düşmənlə açıq döyüşə girən şairi 60 illik yubileyi
münüsibəti ilə ürəkdən təbrik edir, bu döyüşdə və
yaradıcılığında yeni-yeni uğurlar diləyirəm.
Qorxmaz Abdulla,
AYB-nin üzvü, yazıçı - publisist,
Qarabağ müharibəsi veteranı.
QƏLƏMİYLƏ DÖYÜŞƏN USTAD
Yaqub Məğrurun baş redaktoru olduğu
“TƏHQİQAT” qəzetini təsis etməsi ilə mənim
mətbuata gəlişim eyniyyət təşkil edir. On üç ildir
ki, onunla çiyin-çiyinə çalışırıq. Bu illər ərzində
sözügedən qəzetin iki yüzdən çox sayı çap
olunmuşdur. Onu bir hüquq müdafiəçisi kimi
həmişə obyektiv və kəsərli sözü ilə nişan aldığı
ünvanı dəqiq vurmağı və sözü üzə şax deməyi
bacaran, yalançı mədhiyyəni sevməyən iti qələm
sahibi kimi görmüşəm. Üstəlik şairin şeirlərinin
yeddi almanaxda dərc edildiyinin, bir romanının,
bir sənədli povestinin və beş şeirlər toplusunun
çapdan çıxdığının və həmçinin bu yaradıcılıq
nümunələrinə görə “PEŞƏKAR JURNALİST”,
”İTİ QƏLƏM”, “QIZIL QƏLƏM”, “MÜQƏDDƏS
QƏLƏM”, “QIZIL ƏLLƏR”, “ARAZ MÜKAFATI”,
“ƏSRİN ZİYALISI-İLİN PUBLİSİSTİ” və s.
diplomlara layiq görüldüyünün canlı şahidi
olmuşam. Bu baxımdan Y.Məğruru mənim qədər
tanıyan ikinci şəxsin mövcudluğuna inanmıram.
Böyük ürək sahibi olan bu insan gözəl ailə
başçısı, qayğıkeş ata və səmimi rəhbərdir. O,
birmənalı olaraq obyektivliyi sevən haqq
carçısıdır. Nə doğru olmayan mədhiyyəni, nə də
belə mədhiyyə yazanları sevmir. Həyatda
həmişə real olmağı insanlara öyrədir.
Onu da xüsusi qeyd etmək lazımdır ki,
Y.Məğrurun şəxsən tanıdığım onlarla yetirməsi
192
Yaqub Məğrur
Vətən naminə
193
Yaqub Məğrur
Vətən naminə
hal-hazırda respublika mətbuatında müxtəlif
qəzetlərə rəhbərlik edirlər. Onlar istər şəxsi
görüşlərdə, istərsə də məclislərdə, şairlə birgə
işləyərkən ondan həyat dərsi aldıqlarını, haqq-
ədaləti qorumağı öyrəndiklərini xüsusi vurğulayır
və bir ustad kimi ona həmişə minnətdarlıqlarını
bildirirlər.
Y.Məğrur qələm aləminə Qarabağ itkisindən
sonra qədəm qoyub. Onu iyirmi üç ildir ki, göyür-
göyür göynədən doğma yurdun həsrət yükünü
çiyinlərində gəzdirən şair bu illər ərzində qələmi
ilə döyüşə-döyüşə bu haqsızlığa son qoymağa
çalışıb. Ancaq hələlik nəticəsiz qalan bu
çarpışmada və eyni zamanda ömür yollarında
ona can sağlığı və yaradıcılığında daha uca
zirvələr fəth etməyi arzulayıram.
Həqiqət Sönməz,
“TƏHQİQAT” qəzetinin məsul katibi.
QƏLƏMİ NEYƏ ÇEVİRƏN
YURD HƏSRƏTLİ ŞAİR
Azərbaycan ədəbiyyatına, mətbuatına verdiyi
töhfələri ilə böyük oxucu kütləsinin rəğbətini
qazanmış vətən həsrətli şair Yaqub Məğrurun
həyat və yaradıcılığı barədə ürək sözlərini
demək mənə də qismət olduğuna görə özümü
xoşbəxt sayıram. Ona görə ki, şairliyindən əlavə,
həm də hüquq müdafiəçisi və “TƏHQİQAT”
qəzetinin təsisçisi və baş redaktoru kimi
tanıdığım Yaqub müəllimin sözü gedən qəzetin
hər sayını necə həvəslə və çətinliklə çapa
hazırladığının dəfələrlə canlı şahidi olmuşam.
Əlbəttə ki, yeni iqtisadi çətinliklər dövründə
bütün mətbuat orqanlarının problemləri var.
Y.Məğrurun çətinlikləri isə ümumiyyətlə bitib-
tükənmir. Çünki dəyərli bir qələm sahibi kimi
onun ən böyük problemi Vətən və torpaq
həsrətidir. Odur ki, Y.Məğrur hər şeydən öncə
qəlbini qarsıyan hicran yanğısını söndürmək
üçün bu qəzeti yaşatmağı özünə mənəvi borc
sayır. Təkcə ona görə yox ki, bu redaksiya onun
iş yeridir və mənəvi təsəllisidir. Həm də ona görə
ki, Yaqub müəllim qəzetin hər sayını
hazırlayarkən, sanki Qarabağ torpaqlarının
üfüqünü görür, təkidlə ona qovuşmağın yollarını
axtarır.
Üstəlik, onun körpə uşaq kimi iməkləyib
194
Yaqub Məğrur
Vətən naminə
Dostları ilə paylaş: |