Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə34/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   27   28   29   30   31   32   33   34   35

İyirmi ildir Şuşanın gözləri yollardadı, 
Kəlbəcərin, Laçının qolları qandaldadı.
Cəbrayılım, Füzulim, Ağdamım... nə haldadı?
Haydı, tez silahlanın, qisas vaxtı çatıbdı!
Düşmən elə bilər ki, türk milləti yatıbdı!
Qisasa çağırış ruhu ilə səslənən, gözü yolda,
qulağı  səsdə  qalan  yurd  yerlərimizə  dönmək
əzmini, istəyini ifadə edən yuxarıdakı misralar
son dərəcə aktuallığı ilə bərabər, həm də “lazım
gələrsə, torpaqlarımızı işğaldan azad edərik” -
deyən  cənablara  qəti,  sərt  ittiham  təsiri
bağışlamırmı?  Narahat  şair  “Qarabağ  faciəsi”
publisistik 
yazısında 
mərd, 
mübariz
əsgərlərimizin döyüşə, qələbəyə olan xatircəmlik
ruhunu qıran xəyanətkarları, xainləri, vəzifə və
hakimiyyət 
mərəzinə 
tutulmuş 
yaramaz
rəhbərləri ciddi tənqid atəşinə tutur. 
“Gözlə Qarabağım, dönüb gəlirəm!” şeirində
isə şair üzünü bizi qəribsəyən anamız Qarabağa
tutub, sanki ürək-dirək verir:
Yurdsuz yaşamaqdan bezmişəm daha,
Hicran alovunda yanıb ölürəm.
Üzümü tuturam uca Allaha,
Gözlə Qarabağım, dönüb gəlirəm! 
Y.Məğrurun sərrast, ünvanlı, kəsərli misra və
sətirlərinin arxasından boylanan əsir-yesir yurd
yerlərimiz isə sanki dil açıb şikayətlənir, oxucunu
190
Yaqub Məğrur
Vətən naminə


191
Yaqub Məğrur
Vətən naminə
tənbeh edir: “Elə ha  deyirsiniz, gözlə, gəlirəm,
Qarabağ!”, ancaq... heç gəlib çıxmaq bilmirsiniz,
gözə  dəymirsiniz,  ay  nainsaflar!..”  Fəqət    “kişi
sözü  verən”  şair  bu  dəfə  daha  qətiyyətlidir,
israrlıdır, iddialıdır:
Yaqub, qalxıb qoşul, durna köçünə,
Qartal tək şığıyıb qopar fırtına!
Qəfil vəlvələ sal, düşmən içinə,
Qayıt, qalib kimi döğma yurduna!
-deməklə doğma yurd yerlərinə dönüşünə bizi
də inandıra bilir. Odur ki,
Mənim sadiq dostum qələmdir, bilin,
Yazır tarixini hər ayın, ilin.
Bağlı qapıları, kükrəyən selin
Coşqun dalğası tək açandır qələm,
Zülmətə gur işıq saçandır qələm!
-deyərək qələmini artıq süngüyə çevirib xain
düşmənlə açıq döyüşə girən şairi 60 illik yubileyi
münüsibəti ilə ürəkdən təbrik edir, bu döyüşdə və
yaradıcılığında yeni-yeni uğurlar diləyirəm.
Qorxmaz Abdulla,
AYB-nin üzvü, yazıçı - publisist,
Qarabağ müharibəsi veteranı.


QƏLƏMİYLƏ DÖYÜŞƏN USTAD                                                      
Yaqub  Məğrurun  baş  redaktoru  olduğu
“TƏHQİQAT”  qəzetini  təsis  etməsi  ilə  mənim
mətbuata gəlişim eyniyyət təşkil edir. On üç ildir
ki, onunla çiyin-çiyinə çalışırıq. Bu illər ərzində
sözügedən  qəzetin  iki  yüzdən  çox  sayı  çap
olunmuşdur.  Onu  bir  hüquq  müdafiəçisi  kimi
həmişə obyektiv və kəsərli sözü ilə nişan aldığı
ünvanı dəqiq vurmağı və sözü üzə şax deməyi
bacaran, yalançı mədhiyyəni sevməyən iti qələm
sahibi kimi görmüşəm. Üstəlik şairin şeirlərinin
yeddi almanaxda dərc edildiyinin, bir romanının,
bir sənədli povestinin və beş şeirlər toplusunun
çapdan  çıxdığının  və  həmçinin  bu  yaradıcılıq
nümunələrinə  görə  “PEŞƏKAR  JURNALİST”,
”İTİ QƏLƏM”, “QIZIL QƏLƏM”, “MÜQƏDDƏS
QƏLƏM”, “QIZIL ƏLLƏR”, “ARAZ MÜKAFATI”,
“ƏSRİN  ZİYALISI-İLİN  PUBLİSİSTİ”  və  s.
diplomlara  layiq  görüldüyünün  canlı  şahidi
olmuşam. Bu baxımdan Y.Məğruru mənim qədər
tanıyan ikinci şəxsin mövcudluğuna inanmıram.                                                                               
Böyük  ürək  sahibi  olan  bu  insan  gözəl  ailə
başçısı, qayğıkeş ata və səmimi rəhbərdir. O,
birmənalı  olaraq  obyektivliyi  sevən  haqq
carçısıdır. Nə doğru olmayan mədhiyyəni, nə də
belə  mədhiyyə  yazanları  sevmir.  Həyatda
həmişə real olmağı insanlara öyrədir.                                                
Onu  da  xüsusi  qeyd  etmək  lazımdır  ki,
Y.Məğrurun şəxsən tanıdığım onlarla yetirməsi
192
Yaqub Məğrur
Vətən naminə


193
Yaqub Məğrur
Vətən naminə
hal-hazırda  respublika  mətbuatında  müxtəlif
qəzetlərə  rəhbərlik  edirlər.  Onlar  istər  şəxsi
görüşlərdə, istərsə də məclislərdə, şairlə birgə
işləyərkən ondan həyat dərsi aldıqlarını, haqq-
ədaləti qorumağı öyrəndiklərini xüsusi vurğulayır
və bir ustad kimi ona həmişə minnətdarlıqlarını
bildirirlər.                                                                                     
Y.Məğrur qələm aləminə Qarabağ itkisindən
sonra qədəm qoyub. Onu iyirmi üç ildir ki, göyür-
göyür göynədən doğma yurdun həsrət yükünü
çiyinlərində gəzdirən şair bu illər ərzində qələmi
ilə döyüşə-döyüşə bu haqsızlığa son qoymağa
çalışıb.  Ancaq  hələlik  nəticəsiz  qalan  bu
çarpışmada  və  eyni  zamanda  ömür  yollarında
ona  can  sağlığı  və  yaradıcılığında  daha  uca
zirvələr fəth etməyi arzulayıram.                           
Həqiqət Sönməz,                                   
“TƏHQİQAT” qəzetinin məsul katibi.   


QƏLƏMİ NEYƏ ÇEVİRƏN 
YURD HƏSRƏTLİ ŞAİR
Azərbaycan ədəbiyyatına, mətbuatına verdiyi
töhfələri  ilə  böyük  oxucu  kütləsinin  rəğbətini
qazanmış vətən həsrətli şair Yaqub Məğrurun
həyat  və  yaradıcılığı  barədə  ürək  sözlərini
demək mənə də qismət olduğuna görə özümü
xoşbəxt sayıram. Ona görə ki, şairliyindən əlavə,
həm  də  hüquq  müdafiəçisi  və    “TƏHQİQAT”
qəzetinin  təsisçisi  və  baş  redaktoru  kimi
tanıdığım Yaqub müəllimin sözü gedən qəzetin
hər  sayını  necə  həvəslə  və  çətinliklə  çapa
hazırladığının dəfələrlə canlı şahidi olmuşam.                                                                                                                                                                
Əlbəttə ki, yeni iqtisadi çətinliklər dövründə
bütün  mətbuat  orqanlarının  problemləri  var.
Y.Məğrurun  çətinlikləri  isə  ümumiyyətlə  bitib-
tükənmir.  Çünki  dəyərli  bir  qələm  sahibi  kimi
onun  ən  böyük  problemi  Vətən  və  torpaq
həsrətidir. Odur ki, Y.Məğrur hər şeydən öncə
qəlbini  qarsıyan  hicran  yanğısını  söndürmək
üçün bu qəzeti yaşatmağı özünə mənəvi borc
sayır. Təkcə ona görə yox ki, bu redaksiya onun
iş yeridir və mənəvi təsəllisidir. Həm də ona görə
ki,  Yaqub  müəllim  qəzetin  hər  sayını
hazırlayarkən,  sanki  Qarabağ  torpaqlarının
üfüqünü görür, təkidlə ona qovuşmağın yollarını
axtarır.                     
Üstəlik,  onun  körpə  uşaq  kimi  iməkləyib
194
Yaqub Məğrur
Vətən naminə


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə