Yaqub məĞrur vəTƏn namiNƏ Bakı



Yüklə 3,01 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix04.11.2017
ölçüsü3,01 Kb.
#8390
1   ...   27   28   29   30   31   32   33   34   35

185
Yaqub Məğrur
Vətən naminə
İcazə verin, qarşıdan gələn 60 illik yubileyiniz
münasibəti ilə Sizi ürəkdən təbrik edim! Ömrünüz
uzun, canınız sağ, uğurlarınız tükənməz olsun!-
deyim.  Uca  Tanrı  bizi  doğma  yurdlarmıza
qovuşdursun! Sizin şah əsərinizi o yurdda, gözəl
Qarabağda, cıdır düzündə oxuyaq və alqışlayaq!
İnşallah!..   
Həşim Həsənoğlu,                                                      
“SAHİL” qəzetinin baş redaktoru,                                              
yazıçı- publisist.
ELƏ DEYİRSƏN 
“GƏLİRƏM, QARABAĞ!”,
ANCAQ GƏLMİRSƏN 
DAĞDAN AĞIR HƏSRƏT YÜKÜ VAR
ONUN
Mən  Yaqub  Məğruru  çoxdan  tanıyıram.
Daşıyıcısı  olduğu  təxəllüsə  layiq  kişidir.
Zəhmətkeşdir, çətinliklərdən qorxmayandır, sözü
birbaşa qıpqırmızı üzə deyəndir. Ünsiyyətcildir,
obyektivdir, prinsipialdır. Dünya dağıla tutduğu
yoldan  çəkinən,  dönən  deyil  Məğrur.  Gözləri
həmişə gülür, lakin diqqətlə baxanda görürsən ki,
gözlərinin dərinliyində boy atmış qəm, kədər qat
bağlayıb.
Y.Məğrur  cəsarətli  qələm  sahibi,  məhsuldar
şair, “dişli” publisistdir. “Təhqiqat” kimi döyüşkən,
mübariz bir mediya təmsilçisinin təsisçisi və baş


redaktorudur. Onun indiyəcən çoxsaylı şeir və
publisistik yazı larından ibarət bir neçə kitabı çap
edilib. Soydaşlarını ciddi narahat edən sosial-
iqtisadi  problemlər,  zəmanədən,  taleyin
amansızlığından  şikayət,  tez-tez  rastlaşdığı
haqsızlıqlar,  eləcə  də  yurd,  vətən  həsrəti,
mənəvi  iztirablardan  qaynaqlanan  narahatlıq,
sözübütövlüyə, birliyə, həmrəyliyə çağırış şairi
düşündürən başlıca məsələlərdəndir. Qarabağ
mövzusu,  vətəndə  vətənsizlik  dərdi,  möhnəti,
qaçqın və məcburi köçkünlərin ağır həyat tərzi,
dolanışıq  qayğıları,  doğma  el-obaya  qayıdiş
istəyi Yaqub Məğrurun yaradıcılığından qırmızı
zolaq  kimi  keçir.  Onun  ”Gəlirəm,  Qarabağ!”
toplusunda  (“Təknur”  nəşriyyatı,  2014-cü  il,
redaktor Ə.Əroğul) dediklərimin bir daha şahidi
olduq. Burada öz həyat kredosuna sadiq qalan
müəllifin 
şeirləri, 
poemaları, 
publisistik
məqalələri,  poetik  deyimləri,  elegiyaları...
sərgilənib. Kitabdakı irili-xırdalı əsərlər bir an-
lama köklənib: birləşib, bütövləşib, qeyrətləşib
düşmən  tapdağında  can  verən  doğma  yurd
yerlərimizi  əsarətdən  qurtarmaq,  o  yerlərə
qayıtmaq...
Məlumdur 
ki, 
Qarabağın 
erməni
quldurlarından 
qeyrd-şərtsiz 
boşaldılması
haqqında dörd qətnamə mövcuddur. Fəqət uzun
illərdir onlar kağız üzərində qalıb, icrasına əməl
olunmur. AŞ PA adlanan qurum, ABŞ, Rusiya,
Fransa dövlətləri və ATƏT ötən müddət ərzində
186
Yaqub Məğrur
Vətən naminə


187
Yaqub Məğrur
Vətən naminə
nəinki irəliyə bir addım belə atmayıblar, əksinə,
müxtəlif 
sərsəm 
bəhanələrlə 
vəziyyətin
normallaşmasını,  ədalətli  sülhün  bərqərar
edilməsini  əngəlləməklə  məşğuldurlar.  Bu
baxımdan müəllif  “ATƏT-ə açıq məktub” şeirində
danışıqların 
uzadılmasını, 
həmsədrlərin
fəaliyyətsizliyini,  üzgörənliyini  kəskin  tənqid
atəşinə tutur:
İyirmi il bir nöqtədə durmusuz,
Millətimə ağır zərbə vurmusuz.
Çox danışıb xalqımızı yormusuz,
Varmı yeni “təklif-fikir” ay ATƏT? 
Bəşəriyyət  tarixində  heç  vaxt  misli-bərabəri
görünməmiş Xocali faciəsi barəsində çox yazılıb.
Ancaq Yaqub müəllimin məxsusi şeiri bunlardan
öz  kəskinliyi,  təsirliliyi  ilə  seçilir,  oxucunun
yaddaşını itiləyir: 
Türkün qəhrəmanlıq salnaməsində
Tarixə həkk olmuş andı Xocalı.
Qarlı-qiyamətli qış gecəsində
Nahaqdan tökülmüş qandı Xocalı!
Yaralarından  qan  sızan  Vətənimizn  cənnət
guşəsi,  füsunkar  “Qarabağın  qızıl  tacı”,
“xalqımızın  musiqi  və  mədəniyyət  beşiyi”  olan
Şuşanın  acınacaqlı  taleyi  Y.  Məğrurun  yozu-
munda görün necə poetikləşdirilib:


Tapdağı altında xain düşmənin
Iyirmi ildir ki, sızlayır Şuşa.
Onu qəribsəyən cəsur kəsləri
Zirvədən boylanıb gözləyir Şuşa.
Doğulub boya-başa çatdığı Cəbrayılın işğalı
müəllifin  dincliyini  büsbütün  əlindən  alıb,  onu
olmazın  dərdlərə  salıb.  O  müdhiş  günləri
xatırladıqca  tüstüsü  təpəsindən  çıxır  Yaqub
eloğlumuzun.  Cənnətmisal  rayonun  təbii
sərvətləri,  amansız  düşmən  tərəfindən  qolu
kəsilən Xan Çinarı, başı ağ çalmalı nurani-pirani
Ziyarət  dağını,  diş  göynədən  Çinar  Kəhrizini,
Dağtumas  yaylaqlarını  xatırladıqca  içində  bir
üsyan,  etiraz  dalğası  boy  verir.  “Cəbrayılsız
yaşamağa  haqqım  yoxdur”  qənaətinə  gəlir.
Bədbinləşir, doğma Vətəninin qoynunda ölməyi
arzulayır.  Bu  bədbinlik,  ümidsizlik,  carəsizlik
notlarının, harayın, çağırışın axar-baxarında o,
dərdini  “əsrlərə  sinə  gərən,  şahidlik  edən”
Xudafərin körğüləriylə bölüşür:
Qan qoxlu izimizsən,
Qəm-qüssəli sözümüzsən.
Yaş süzülən gözümüzsən,
Xudafərin, Xudafərin!..
-  deyə  fəryad  qoparır  şair.    Yaqub  Məğrur
“İlahi”  şeirində  fikrinin  məntiqi  davamı  kimi,
188
Yaqub Məğrur
Vətən naminə


189
Yaqub Məğrur
Vətən naminə
azərbaycanın  təkləndiyini,  köməksizliyini,  qarı
düşmənin  isə  amansızlığını,  qudurğanlığını
diqqətə çəkir. Böyük Yaradanın öznilə millətimizi
birləşərək  ayrılığa,  möhnətə  son  qoymağa
səsləyir:
Yaqub deyir: - Az Ərlərik, Azlarıq,
Nə qədər ki, bu dünyada biz varıq,
Vətən birləşincə heç vaxt susmarıq,
Sən özün birləşdir, bizi İlahi!  
“Şəhidlər”, “Can Qarabağ”, “Çadırda”, “Özümü
axtarıram”, “Dönək Qarabağa”, “Ay vətən oğlu”,
“Yurd daşı” və bir sıra başqa şeirlərində də o,
iyirmi  ildən  cox  vaxt  müddətində  hicranın  dar
ağacından, möhnətin dor ağacından asılıb qalan,
ayaqları doğma torpaqlarından üzülən bəxtikəm
didərginlərin əzab-əziyyətlə dolu zindan həyatı,
ağrı-acıları,  iztirabları,  mənəvi-ruhi  sarsıntıları
inandırıcı, təbii boyalarla əks etdirilib. Misallara
müraciət  edək:  “Nə  qədər  yardımla  dolanmaq
olar, 
Yan-yana, 
üst-üstə 
qalanmaq
olar?”(“Çadırda”);  “Didərgin  salındım  eldən-
obadan, 
Bilmədim 
kimlərə 
deyim
dərdimi”(“Özümü axtarıram”); “Xalqa Qarabağı
unutduraraq, 
Xəyanət 
etdilər 
doğma
Vətənə”(“Dönək Qarabağa”)... 
Diqqət  yetirin  ki,  şair  bütün  türk  millətini
səfərbərliyə necə çağırır:


Yüklə 3,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə