Qəriblikdə dayandı,
Onun həssas ürəyi.
(Hümbət Əhmədli)
* * *
Son sözü əvvəl deyir,
Şıltaqlığı tutanda.
Özünü tərifləyir,
Kim ona söz atanda.
(Ramiz Abdullasoy)
* * *
O, şahmat sahəsində
Babat mütəxəssisdir.
Qazancı çox olsa da,
Xərcləməyə xəsisdir.
(Kamil Məmmədli)
* * *
Yarışlarda keçirir,
Günü, ayı sərasər.
Çalışmaqdan olubdu,
Eni-boyu bərabər.
(Həsən Həsənli)
* * *
Dostlarıyla təmasda,
Yastı danışmağı var.
Tapşırılan işlərə,
Ciddi yanaşmağı var.
(Muxtar Eyvazlı)
162
Yaqub Məğrur
Vətən naminə
163
Yaqub Məğrur
Vətən naminə
* * *
Yan-yörəsi, sağ-solu,
Dost-tanışla doludu.
Həyatda ömür yolu,
Müəllimlik yoludu.
(Hüseyn Qulusoy)
* * *
Direktoru sayılır,
O, bir orta məktəbin.
Olub ziyarətində,
Mədinənin, Məkkənin.
(Ramiz İmanlı)
* * *
Lüzum vardır həyatda,
Olsun sənin simsarın.
Xalqın qeydinə qalmaq,
İşidir bu həmkarın.
(Alim Babayev)
* * *
Hesabatı düzünə
Yazan mühasibdir o.
Məsul olduğu işə,
Tam mütənasibdir o.
(Cahangir Məmmədov)
* * *
Bu qız huri-mələkdir,
Dinmir, kim desə rəyin.
Bir baxışla ram edir,
Adamın lap ürəyin.
(Səma Salmanlı)
* * *
Mavi ala gözləri
Ona verir yaraşıq.
Təəssüf ki, çox olur,
Onun başı qarışıq.
(Mirvari Hüseynli)
* * *
Bəzi məsələlərə
Ciddi yanaşması var.
Baxıb rəfiqələrə,
Gülüb danışması var.
(Elnarə Əlisoy)
* * *
Ayparaya oxşayır,
Bu xanımın bənizi.
Gözləri xatırladır,
Coşqun Qara dənizi.
(Aybəniz Əlisoy)
* * *
Həm zil, həm də bəm səsi,
Sanki dürdü, incidi.
Muğamat zənguləsi,
Dünyada birincidi.
(Təyyar Bayramlı)
164
Yaqub Məğrur
Vətən naminə
165
Yaqub Məğrur
Vətən naminə
* * *
Onu ilk dəfə gördüm,
Bir “SƏHƏR SOVQATI”nda.
Məni məftun eylədi,
Musiqi qanadında.
(Zaur Mürsəlov )
* * *
O, toylar kralıdı,
Çox gözəldi ifası.
Xalqı feyziyab edir,
Musiqili havası.
(Güloğlan Həsənov)
* * *
Onun şaqraq, çağlar səsi
Alqışlanır hər bir yanda.
Hər muğamat zənguləsi
Dalğalanır kəhkəşanda.
(Elnarə Abdullayeva)
* * *
Məclislərdə as sayağı
Meydan sulayır bu aşıq.
Ona gümüşü papağı
Verir xüsusi yaraşıq.
(Aşıq Əhliman)
* * *
“İDEAL”da, “ANAR”da,
“KÖNÜL EVİ” tikib o.
Gənclərin, toy günündə,
Qayğısın çox çəkib o.
(İsrafil Cəbrayıllı)
* * *
Məxsusi boy-biçimdə
Var gözəl xitabları.
Oxucular içində
Sevilir kitabları.
(Elçin Hüseynbəyli)
* * *
Yazaraq şeirləri,
Sıralayır birbəbir.
Onun şair sirləri
İlham pərisindədir.
(Dayandur Sevgin)
* * *
Tərifləsən nə qədər,
Yaraşır Aydın Xana.
Onun şah əsəridir,
“VİRTUAL KİTABXANA”
(Aydin Xan Əbilov)
* * *
Yoğrulub bu Hacının,
Sanki sözlə güzarı.
Olub Azərbaycanın,
Fəxarətli yazarı.
(Əlisahib Əroğul)
166
Yaqub Məğrur
Vətən naminə
167
Yaqub Məğrur
Vətən naminə
* * *
O, müəllim işlədi,
İlk fəaliyyətində.
Şair olub tanındı,
Həcc səmimiyyətində.
(Əziz Musa)
* * *
Yüksək səviyyədədi,
Onun işgüzarlığı.
Hamını valeh edir,
Tənqidçi yazarlığı.
(Qorxmaz Abdulla)
* * *
Çox şeirlər həsr etdi,
“İLAHİ QİSMƏT”inə.
Ruha çevrilib getdi,
Tanrının hizmətinə.
(Osman Musa)
* * *
Tenor səslə havanı,
Titrədən boz qurddu o.
Dədəliyi bir yana,
Adi bir Qorquddu o.
(Bayram Qorqud)
* * *
Kitabların çapında,
Keyfiyyətlidi işi.
Dostları ilə paylaş: |